Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
Kompüterlər mobil cihazlara uduzur
Gülben Ergen hər kəsi Təəccübləndirdi-FOTO
Maydan erməni naziri istəmir
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Billi Ayliş: “Donald Tramp ölkəmizi məhv edir” - VİDEO
Neft ucuzlaşdı
Mənzili kirayə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?
Azərbaycanda yetim, atılmış uşaqlara müjdə
Kəsmikli-ananaslı piroq (foto resept)
Windows 7 güclənir
Dövlət büdcəsi təsdiqləndi
Rusiya gəmisi Xəzərin Azərbaycan sahillərində xarab oldu
Heyvanlar metroda
İlin ilk Günəş tutulması oldu
İlham Əliyev tanınmışları mükafatlandırdı
Toy şamları
Gəlin buketləri
ASAN xidmət "Diplomat"da
Bu gün Azərbaycanda daha 352 nəfərdə koronavirus aşkarlandı, iki nəfər vəfat etdi
Evlilikdən əvvəl 5T qaydası
Okeanda 2 nəhəng burulğan tapıldı
Güləşçilərimiz Çeçenistan Prezidentinin Kuboku uğrunda yarışacaqlar
İzmir zəlzələsində möcüzə: 33 saatdan sonra dağıntılar altından sağ çıxdı - VİDEO
Cansu da ekranlara qayıdır
Azərbaycanda satılan bu dərmanlar bəla ola bilər
Nəqliyyat işçilərinin orta aylıq əmək haqqı artıb
Qeyri-adi və sevimli oyuncaqlar
Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
"Simpsonlar"ın taleyi necə olacaq?
Yuxunu qaçıran kölgə
Aclıq hissi yaradan qidalar
Dahilərdən gözəl sözlər-1
8 Martın Tarixi
Yanvar ayının HAVA proqnozu
Günün ramazan təqvimi (29 iyun)
Yağlı üz üçün təbii maskalar
Ətli göbələk ( foto-resept)
Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT
Bakıda aksiya keçirildi
Dua Lipadan cazibədar FOTOlar
Batil inanclar(satiristik,yumoristik)
HAVA necə olacaq?-6 Sentyabr
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
Tez-tez çimmək ziyandır?
"Bakı 2015"in medalı
İnstagramda yeni funksiya
Barak Obamanın reytinqi rekord səviyyədə düşdü















- ŞƏRHLƏR