
Həkimlər tez-tez sabunla yuyunmağı məsləhət görmürlər. Belə ki, onların fikrincə, sabunla yuyunduqda dərinin qoruyucu təbəqəsi yuyulub gedir. Nəticədə bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. Amma sabunla yuyunmadan dayanmaq da olmur. Xüsusilə də yayda gigiyenik qaydalara yuyucu vasitələr olmadan əməl etmək olmur.
Dermatoloq Kamilə Rzayevanın sözlərinə görə, dərinin təmizliyinə riayət etmək çox vacibdir: "Həftə ərzində insanın dərisindən 300 qram yağ və 7 litr tər ifraz olunur. Dərinin qoruyucu funksiyası pozulmasın deyə dərini müntəzəm olaraq bu ifrazatlardan təmizləmək lazımdır. Əks halda dərinin üzərində xəstəlik yaradan mikrobların artması, göbələklərin yaranması üçün əlverişli şərait yaranır".
K.Rzayeva bildirib ki, hər gün 15 dəqiqə yuyunmaq məsləhətdir: "Suyun istiliyi 37-38 dərəcə olmalıdır. Bədəni gündəlik yuyarkən hamam lifindən istifadə etməyin. Hamam lifi əvəzinə əlin iç tərəfi ilə bədəni yumaq və eyni effektə nail olmaq olar. Lakin bədənin elə hissələri var ki, yük daha çox düşdüyündən həmin hissələri hamam lifi ilə yumaq məqsədəuyğundur. Belə hissələrdə dərinin üst hissəsi quruyur və yenisi ilə əvəz olunur. Həmin qurumuş təbəqəni təmizləmək üçün bərk hamam liflərindən, ayaq üçün daban daşından istifadə etmək olar. Bütün bədənə isə həftədə 1-2 dəfədən çox olmamaq şərtilə yumşaq hamam liflərindən istifadə edin. Sabunla və ya bədən geli ilə həftədə 1-2 dəfə yuyunmaq, sabun və geli bədəndən yaxşı yumaq məsləhətdir. Əks halda onlar dərini qurudacaq".
Onun dediyinə görə, məhz sabun köpüyü kiri təmizləyir: "Köpük çox olduqca daha təmiz yuyunuruq. Bu səbəbdən də sabunun maye forması ilə deyil, sabun köpüyü ilə yuyunmaq məsləhətdir" deyən həmsöhbətimiz əlavə edib ki, sabun seçərkən təbii materiallardan hazırlanan və ya uşaq üçün olan yuyucu vasitələrə üstünlük verilməlidir. Sabunun hazırlanması reseptləri ilə maraqlanıb ev şəraitində də gözəl və təbii sabunlar hazırlamaq olar: "Yalnız su ilə yuyunduqda mikrobların əksəriyyəti qalır. İsti suda bədəndə toplanan çirkin yalnız 25-30 faizi həll olur. Sabunla isə bütün kiri götürmək mümkündür. Lakin antibakterial sabunlarla hər gün yuyunmaq ziyandır. Antibakterial sabun yalnız mikrobları deyil, dərinin qoruyucu təbəqəsini də tamamilə yuyub aparır. Bu cür sabunla dəridə yara, kəsik və başqa zədələnmələr olan zaman yumaq lazımdır".
Dermatoloq qeyd edib ki, sabun seçərkən dərinin tipi nəzərə alınmalıdır. Normal dəri sahibləri istənilən ətirli və rəngli sabunlardan istifadə edə bilərlər. Dəri çox zərif və allergiyaya meyllidirsə, sabun seçimində diqqətli olmaq lazımdır. Allegiyalı dəri üçün müxtəlif əlavələri olan sabunlardan istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, belə dəriyə sahib olanlar uşaq sabunlarından istifadə etsinlər. Uşaq sabunları uşaqların zərif dərisi üçün nəzərdə tutulub və allergik reaksiyalara səbəb olmur. Bu sabunlara lanolin və borat turşusu da əlavə olunur. Onlara ətirli və rəngləyici sintetik maddələr də qarışdırılır.
Dərisi quru olanlara xüsusi sabunlardan - lanolin və bitki yağları əlavə olunanlardan istifadə məsləhətdir. Dərisi yağlı olanlar isə istənilən sabundan istifadə edə bilərlər. Amma dəridə sızanaqlar varsa, sızanaqlara qarşı sabunlarla yumaq lazımdır.
Müsahibimiz məsləhət görür ki, sabun alarkən qablaşdırmanı diqqətlə oxuyun: "Sabunlar təbii və sintetik olur. Sintetik sabunlar dərini lazım olandan daha yaxşı təmizləyir. Quru dərili insanlar sintetik sabunlardan ümumiyyətlə, istifadə etməməlidir. Yağlı dərisi olanlar belə sabunları seçə bilər. Amma belə sabunlarla yuyunandan sonra yaxşı yaxalanın".
Onun dediyinə görə, ən çox əllərimiz kirləndiyi üçün əllərin yuyulması xüsusilə vacibdir. ABŞ alimlərinin apardıqları təcrübələrə görə, əldə 4700 növdən çox bakteriyalar var.
İnsanların əksəriyyəti əllərini yumadığı üçün infeksiyalara yoluxur. Əlləri yemək yemədən əvvəl, ayaqyoluna gedəndən sonra, xəstə ilə ünsiyyətdə olduqda, heyvanlara əl vurduqda, ictimai nəqliyyatdan istifadə etdikdən sonra yumaq lazımdır.
Qeyd edək ki, əlləri yuyarkən insanların ən çox etdiyi səhv çirkli əlləri ilə kranın tutacağını açdıqdan sonra əllərini yuyub həmin tutacağı bağlamasıdır. Nəticədə krandakı bütün çirk əllərində qalır.
Dermatoloqun fikrincə, gigiyenik qaydalara əməl etmək üçün əlləri düzgün yumaq tələb olunur: "Bunun üçün kranı açıb əlləri və kranın tutacağını sabunlamaq lazımdır. Sabunladıqdan sonra kranı və əli yumaq, bir də əlləri sabunlamaq, dırnaqların altına da sabun sürtmək lazımdır. Bu proses 30 saniyə çəkməlidir. Bundan sonra kran bağlanmalı və təmiz dəsmaldan istifadə edilməlidir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sağlamlığın sirri
Ərdoğanın yeni kabineti nəyi dəyişəcək?
Koronavirus peyvəndi ən azı 2 il infeksiyadan qoruyacaq
İlham Əliyevin sənət adamlarının təkliflərinə cavabı
Kişilər üçün ondan yaxşısı?
“ASAN xidmət” mərkəzləri sabahdan müvəqqəti bağlanır
Günün qoroskopu: çevik, hiyləgər, fəndgir olun
Xoruldayanı xəbərdar edir
“Facebook” istifadəçilərinin nəzərinə
Günün qoroskopu: uzaqdan vacib xəbərlər ala bilərsiniz
İlk iş gününün hava proqnozu
HAVA necə olacaq? 27 İyun
Balıq kotleti (foto-resept)
Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort- FOTO/VİDEO
“WhatsApp”da bu da olacaq
Azərbaycanda kolleclərə qəbul olmuş abituriyentlərin nəzərinə
İlham Əliyevdən erməni diplomata sərt cavab
Türkiyədə çevriliş CƏHDİ: Azərbaycandakı banka 3,6 mlrd.-lıq zərbə
Mərciməkli kuskus plovu (foto resept)
Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb
İlk dəfə menstruasiya olan yeniyetmələrə necə izah etməli?
İşdən qovuldu, lotereyada 3,3 milyon dollar uddu
Murad Yıldırım ilk dəfə ata olacaq
Davamlı yaranan aclıq hissinin qəribə səbəbləri
Şaxtalı günlərdə qripdən ən yaxşı müdafiə üsulu
Mehmet Ali Ərbilin adı şirə verildi - Foto
Ən kasıb ölkələr açıqlandı
Saakaşvili prezident seçkilərində "Gürcü arzusu" namizədinin qələbəsini tanıdı
2021-ci ilin saç trendləri
Mustafa Sandalın keçmiş xanımının hər kəsdən gizlədiyi yeni sevgilisi - FOTO
Dünya gözəli bu tarixdə ərə gedir
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Qadınların ətəklərini gödəldən inqilab
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Gözlərinə tütün basanlar
Azərbaycanda şimşək çaxacaq, dolu düşəcək
Qocalmağı gecikdirən maska.
Mətbəxdə işinizi asanlaşdıracaq üsullar
Əsl donuz faciəsi
Böyük Feysbuk qalmaqalı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
Şəkidə Prezident Kuboku uğrunda çövkən üzrə yarışlar başa çatıb
AZAL-dan Ukraynaya uçuşlarla bağlı açıqlama
Sosial şəbəkədən pul qazana bilərsiniz
"Mühteşem ikili" FİNAL EDİR
Çəhrayı rəngli fil balası - VİDEO
Koronavirusa inanlar, inanmayanlar və onunla üz-üzə qalanlar - VİDEO
Varşavada 5,3 metrlik piton axtarılır
Aktyorun yeni imici bəyənildi - FOTO
Onu özünə aşiq et















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]