
Yanlış makiyaj dərinin yaşlanmasına səbəb olurQadınlar üçün makiyajın önəmi çoxdur. Qüsurların gizlədilməsi, gözəlliyin qabardılması, daha fərqli görünüş yaratmaq üçün makiyaj əla üsuldur. Bəzən ən kiçik detallarla belə, üzdə edilən ən xırda dəyişim insanın üz formasını dəyişə, onu ya çox əsəbi, ya da olduqca mülayim edə bilər. Bəzən isə edilən səhv makiyaj insanı digər insanlar içində gülünc vəziyyətə sala bilər.
Vizaj etmək bir növ rəsm əsəri çəkməyə bənzəyir. Əl qabiliyyəti nə qədər bacarıqlıdırsa, effekt də bir o qədər gözəl olacaq. Səhv edilən makiyaj isə dərini yorur, salladır və yaşlandırır. Elə bu səbəbdən bəzən qarşıdakı qadına yaşından qat-qat artıq yaş verirlər. Məlumdur ki, keyfiyyətli makiyaj vasitələri özü elə makiyajın ən vacib hissəsidir. Keyfiyyət dedikdə makiyajın hansı qablaşdırılmada, hansı firma olması nəzərdə tutulmur. Bəzən gözə çarpmayan firmaların məhsulları belə xanımları qeyri- adi, gözəl göstərə bilir. Əsas məsələ üzə oturan, düzgün seçilmiş vasitələrdir. Dodaq boyasının rənginə, kremlərin yumuşaqlığına fikir vermək isə onun keyfiyyətini dəyərləndirmək demək deyil. Düzgün seçilmiş vasitə və düzgün tətbiq edilmə dərinin gən və tarəvətli qalmasına səbəb olacaq.
Vizajist Gülnarə Mədətovanın fikrincə, ən gözəl gözəllik vasitəsi su və sabundur. Təmizlik dərinin birinci dostudur. Təmiz olmayan dəridə baxımlılıqdan, gözəllikdən söhbət belə gedə bilməz. İkinci halda dincəlmiş və qidalandırılmış üz dərisini təmin etmək, daha sonra onu hansısa kosmetik vasitələrlə yükləmək lazımdır. Təmizlənməyən və qulluq edilməyən dərini kosmetik vasitələr gözəl göstərmək yerinə daha yaşlı və yorğun göstərəcək: "Dərinin yaşı bəzən insan yaşından da çox ola bilir. Düzgün qulluq edilməyəndə və düzgün makiyajdan istifadə etmədikdə üz dərisi bədən dərisindən daha tez yaşlanır. Qırışlar artır, ya həddindən artıq yağlılıq, ya da çartlayacaq qədər quruluq yaranır. Yaşlanmış dərini artıq əvvəlki təravətinə qaytarmaq olduqca çətin olur və bir çox proseslər tələb olunur. Məsləhətim budur ki, məktəbi bitirənə kimi xanımlar ümumiyyətlə tonal kremlərdən, pudralardan, göz altına çəkilən korrektorlardan istifadə etməsinlər. O yaşlarda olan dərinin əlavə heç bir baxım və qulluğa ehtiyacı olmur, lakin edilən makiyaj dərini elə hala salır ki, qadın artıq 25 yaşına gəldikdə dəri mütləq qulluq tələb edir. Erkən yaşlanma başlamış olur. Ümumiyyətlə, 20-26 yaş arası xanımların bu məhsullaran istifadə etməsi məsləhət görülmür. Əgər dəridə qüsur, gizlədiləcək heç bir problem yoxdursa, gündəlik makiyaj adı ilə dərini yükləmək lazım deyil. Nəmləndirici krem və göz qələmləri ilə olduqca mülayim makiyaj etmək xanımları elə yaşlarına uyğun göstərəcək, dəri isə nəfəs alacaq".
Makiyaj səhvlərindən danışan vizajist bildirir ki, gündəlik edilən makiyajlar da ziyafət makiyajlarına çatmaq üzrədir. Məhz bu cür ağır makiyajın düzgün edilməməsi isə üzə bir həftəlik qabaq yaşlanma verir. Nəzərə alınsa ki, bu cür makiyaj gündə edilir, o zaman üzün sürətlə qocaldığını deyə bilərik: "İstifadə olunan tonal kremlərin faktorlarına baxmadan alan xanımlar bilsin ki, onların dəri tipinə uyğun olanları var. Krem seçmək onun sadəcə dəriyə uyğun olub- olmamağını yoxlamaq deyil, eləcə də faktorlarının düzgün olmasıdır. Üzə vurulan tonal kremin altından mütləq və mütləq qoruyucu krem təbəqəsi çəkilməlidir. Makiyaj gün ərzində 7-8 saat üzdə qalırsa, əl üzə vurulmamalı, tez-tez vurulduğunda makiyaj yenilənməlidir. Əldən keçən mikroblar sürətlə dəridə artır və yağlı, kosmetikalı dəridə asanlıqla yayılır. Tonal krem üzə fırça ilə yayılmalıdır. Əl ilə vurulan krem düzgün tərəfə yayılmadıqda həm üzə oturmur, həm də zamanla üz dərisində boşalma yarada bilir. Göz ətrafına çəkilən aydınlaşdırıcı korrektorlardan problemsiz xanımlar ümumiyyətlə istifadə etməməlidir. Əgər göz altında və qapaqlarında qaralma, göyərmə şişmə yoxdursa korrektor çəkmək lazım deyil. Korrektor dərini hamarlaşdırır, dartır və nəfəs almasını əngəlləyir. Göz altı ən zərif nahiyədir və lazım olmadığı halda korrektor istifadə etmək dərini olduqca çox zədələyir".
Makiyajdan istifadə etdikdən sonra onun üzdən tamamilə təmizlənməsi də üz qırışmasına imkan verməz. Lakin qadınlar işdən sonrakı yorğunluq və müxtəlif bəhanələr ilə bundan da imtina edirlər. Əksər qadınlar üzlərini necə gəldi təmizlədiyi halda, bir çox xanımlar da elə makiyajla yatmağa üstünlük verir ki, bu da dərinin qocalması, qırışması, nəfəs ala bilmədiyi üçün rənginin boğuq olması, eləcə də dəridə civzə, ləkə və bir çox problemlərin yaranmasına şərait yaradır. Dəridə olan hər hansı bir yara və ya açıq civzələri də makiyajla bağlamaq məsləhətli deyil. Vizajist xüsusən qeyd edir ki, bu səhv xanımların üz yarası və hər hansı bir probleminin daha da qabarmasına və fəsadlar verməsinə səbəb ola bilər.
Mənbə:Ekspress.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Admiral" tortu (foto-resept)
Günün qoroskopu: o vərdişləri tərgidin
Rihanna onunla yenidən barışdı-FOTO
Zəmzəm suyunun faydaları
Həftə sonunun HAVAsı
Günün qoroskopu: heç bir lüzum yoxdur
Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”
Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq kinofestivala qatılacaq
Uşaqlar hədiyyə almaq üçün Şaxta babaya hücum çəkdilər
Azərbaycan dili - XVIII dərs
Məşhur aktyor Evləndi-FOTO
İstiotu süfrənizdən əskik etməyin
Azərbaycan milli uşaq oyunları-12
Selin Dion anası öldüyü gün konsert verdi-FOTO
"Gənc Alimə Məktublar" kitabı oxucu kütləsinə təqdim edilir!
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
İstehsal tarixindəki səhvlər
Yaxşı əti necə seçmək lazımdır?
Prezident sərəncam verdi
Daha gənc və parlaq dəriyə sahib olmaq üçün...
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır
Bayram namazı sabah qılınacaq?
"Eurovision 2018"in açılışı oldu-FOTO/VİDEO
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
“Whatsapp”da yeni funksiya
Saç düzləşdirən süd maskası
Antarktidada almaz yatağı aşkarlanıb
Varikozdan qorunmağın yolları
Prezident İlham Əliyev və Birinci xanım Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak ediblər - FOTO
Təbii yollar ilə dodaq rəngini dəyişdirmə
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
Oyun meydançasında faciə
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi bilindi
Türk bayrağına qarşı hərəkət sosial şəbəkəni "partlatdı"
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Meksikasayağı peroşki (foto resept)
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
İşdə sizə kömək olacaq oyuncaqlar
"Firdevs Yöreoğlu kimi tanınmaqdan yoruldum"
Qaranlıq qorxusu
Rusiya 1,7 milyard dollarlıq silah satdı
Skype-da iki yenilik var
Dünya çempionatının kosmosdan möhtəşəm görüntüləri
Həyatın yaranması prosesi laboratoriyada
Peyvəndin tərkibində alüminium və civə varmı? - VİDEO
Aslı Enverdən Təəccübləndirici Paylaşım
Londonda unikal Xocalı aksiyası
2013 MTV Film mükafatları mərasimi
Məşhur cütlük ayrı-ayrı tətilə çıxdı-FOTO
Bu gün onun 80 yaşı tamam olacaqdı: "Qarrinça, xalqın fəxri"















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]