Qadin.NET / Xanımlar, bundan xəbəriniz var?

Xanımlar, bundan xəbəriniz var?


Yanlış makiyaj dərinin yaşlanmasına səbəb olur
Qadınlar üçün makiyajın önəmi çoxdur. Qüsurların gizlədilməsi, gözəlliyin qabardılması, daha fərqli görünüş yaratmaq üçün makiyaj əla üsuldur. Bəzən ən kiçik detallarla belə, üzdə edilən ən xırda dəyişim insanın üz formasını dəyişə, onu ya çox əsəbi, ya da olduqca mülayim edə bilər. Bəzən isə edilən səhv makiyaj insanı digər insanlar içində gülünc vəziyyətə sala bilər.

Vizaj etmək bir növ rəsm əsəri çəkməyə bənzəyir. Əl qabiliyyəti nə qədər bacarıqlıdırsa, effekt də bir o qədər gözəl olacaq. Səhv edilən makiyaj isə dərini yorur, salladır və yaşlandırır. Elə bu səbəbdən bəzən qarşıdakı qadına yaşından qat-qat artıq yaş verirlər. Məlumdur ki, keyfiyyətli makiyaj vasitələri özü elə makiyajın ən vacib hissəsidir. Keyfiyyət dedikdə makiyajın hansı qablaşdırılmada, hansı firma olması nəzərdə tutulmur. Bəzən gözə çarpmayan firmaların məhsulları belə xanımları qeyri- adi, gözəl göstərə bilir. Əsas məsələ üzə oturan, düzgün seçilmiş vasitələrdir. Dodaq boyasının rənginə, kremlərin yumuşaqlığına fikir vermək isə onun keyfiyyətini dəyərləndirmək demək deyil. Düzgün seçilmiş vasitə və düzgün tətbiq edilmə dərinin gən və tarəvətli qalmasına səbəb olacaq.

Vizajist Gülnarə Mədətovanın fikrincə, ən gözəl gözəllik vasitəsi su və sabundur. Təmizlik dərinin birinci dostudur. Təmiz olmayan dəridə baxımlılıqdan, gözəllikdən söhbət belə gedə bilməz. İkinci halda dincəlmiş və qidalandırılmış üz dərisini təmin etmək, daha sonra onu hansısa kosmetik vasitələrlə yükləmək lazımdır. Təmizlənməyən və qulluq edilməyən dərini kosmetik vasitələr gözəl göstərmək yerinə daha yaşlı və yorğun göstərəcək: "Dərinin yaşı bəzən insan yaşından da çox ola bilir. Düzgün qulluq edilməyəndə və düzgün makiyajdan istifadə etmədikdə üz dərisi bədən dərisindən daha tez yaşlanır. Qırışlar artır, ya həddindən artıq yağlılıq, ya da çartlayacaq qədər quruluq yaranır. Yaşlanmış dərini artıq əvvəlki təravətinə qaytarmaq olduqca çətin olur və bir çox proseslər tələb olunur. Məsləhətim budur ki, məktəbi bitirənə kimi xanımlar ümumiyyətlə tonal kremlərdən, pudralardan, göz altına çəkilən korrektorlardan istifadə etməsinlər. O yaşlarda olan dərinin əlavə heç bir baxım və qulluğa ehtiyacı olmur, lakin edilən makiyaj dərini elə hala salır ki, qadın artıq 25 yaşına gəldikdə dəri mütləq qulluq tələb edir. Erkən yaşlanma başlamış olur. Ümumiyyətlə, 20-26 yaş arası xanımların bu məhsullaran istifadə etməsi məsləhət görülmür. Əgər dəridə qüsur, gizlədiləcək heç bir problem yoxdursa, gündəlik makiyaj adı ilə dərini yükləmək lazım deyil. Nəmləndirici krem və göz qələmləri ilə olduqca mülayim makiyaj etmək xanımları elə yaşlarına uyğun göstərəcək, dəri isə nəfəs alacaq".

Makiyaj səhvlərindən danışan vizajist bildirir ki, gündəlik edilən makiyajlar da ziyafət makiyajlarına çatmaq üzrədir. Məhz bu cür ağır makiyajın düzgün edilməməsi isə üzə bir həftəlik qabaq yaşlanma verir. Nəzərə alınsa ki, bu cür makiyaj gündə edilir, o zaman üzün sürətlə qocaldığını deyə bilərik: "İstifadə olunan tonal kremlərin faktorlarına baxmadan alan xanımlar bilsin ki, onların dəri tipinə uyğun olanları var. Krem seçmək onun sadəcə dəriyə uyğun olub- olmamağını yoxlamaq deyil, eləcə də faktorlarının düzgün olmasıdır. Üzə vurulan tonal kremin altından mütləq və mütləq qoruyucu krem təbəqəsi çəkilməlidir. Makiyaj gün ərzində 7-8 saat üzdə qalırsa, əl üzə vurulmamalı, tez-tez vurulduğunda makiyaj yenilənməlidir. Əldən keçən mikroblar sürətlə dəridə artır və yağlı, kosmetikalı dəridə asanlıqla yayılır. Tonal krem üzə fırça ilə yayılmalıdır. Əl ilə vurulan krem düzgün tərəfə yayılmadıqda həm üzə oturmur, həm də zamanla üz dərisində boşalma yarada bilir. Göz ətrafına çəkilən aydınlaşdırıcı korrektorlardan problemsiz xanımlar ümumiyyətlə istifadə etməməlidir. Əgər göz altında və qapaqlarında qaralma, göyərmə şişmə yoxdursa korrektor çəkmək lazım deyil. Korrektor dərini hamarlaşdırır, dartır və nəfəs almasını əngəlləyir. Göz altı ən zərif nahiyədir və lazım olmadığı halda korrektor istifadə etmək dərini olduqca çox zədələyir".

Makiyajdan istifadə etdikdən sonra onun üzdən tamamilə təmizlənməsi də üz qırışmasına imkan verməz. Lakin qadınlar işdən sonrakı yorğunluq və müxtəlif bəhanələr ilə bundan da imtina edirlər. Əksər qadınlar üzlərini necə gəldi təmizlədiyi halda, bir çox xanımlar da elə makiyajla yatmağa üstünlük verir ki, bu da dərinin qocalması, qırışması, nəfəs ala bilmədiyi üçün rənginin boğuq olması, eləcə də dəridə civzə, ləkə və bir çox problemlərin yaranmasına şərait yaradır. Dəridə olan hər hansı bir yara və ya açıq civzələri də makiyajla bağlamaq məsləhətli deyil. Vizajist xüsusən qeyd edir ki, bu səhv xanımların üz yarası və hər hansı bir probleminin daha da qabarmasına və fəsadlar verməsinə səbəb ola bilər.

Mənbə:Ekspress.az

11 aprel 2014
GO BACK