Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır. Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edisə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzu və xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğu başa düşülə bilər. Bu, həm də həmin uşağın qardaşını qısqandığını göstərə bilər. Oyunlarda uşaqların daim "ata", "müdir", "komandir" rolları oynamaq istəməsi onlarda liderlik qabiliyyətlərinin inkişaf etdiyinə işarədir.
Əgər bir uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini qurursa, bu, onda təşkilatçılıq qabiliyyətinin olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını diqqətlə təhlil etməli və əldə etdiyi nəticələrə uyğun olaraq onlarla davranmalıdırlar.
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik
- ŞƏRHLƏR