Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə Cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory
literary of Persia. London).
İstanbulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər İstanbulda
nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.
1884-cü ildə Bakıda doğulmuСЋ Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur.
1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat Partiyasının Mərkəzi
Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə işləmişdir. 1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstanbula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
1915-ci ildə I Dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir.
Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb elmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
Cümhuriyyənin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstanbula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.
Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində İstanbulu tərkə məcbur qalınca o öz çalışmalarını Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939).
İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.
1944-cü ildə bol.eviklər Buxarestə yaxınla.ınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. Isveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə sərhədinə yaxın Freyburq 1/B Şəhərinə gəldi. 1944-cü ilin oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa məcbur oldu. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur.
Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan Şairi Nizami” adına kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələr nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.
“Dünya”, 21 may 1954-cü il

XƏBƏR LENTİ
Sayı durmadan artan "smaylik"lər
Koko Şanel tərzi: eleqant xanım geyimləri
Hava haqqında
Məşhur aparıcı özünü belə ifşa etdi - FOTO
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Azərbaycanda iki yerdə zəlzələ oldu
Azərbaycanın alacağı koronavirus peyvəndi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Ən zövqsüz geyim"...
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon
Mütəxəssis məsləhəti: 35 yaşdan sonra tibbi müayinələr...
Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub
2018-in dəbi nələrdir?
Baş nazirdən işsiz şəxslərlə bağlı MÜHÜM QƏRAR
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Qadınlar üçün ən gözəl 10 ölkə - Azərbaycan neçəncidir? - SİYAHI
Həyatda dörd şey
Süd,bal və kələm
Yatmış gözəl pəhrizi
Ermənistanın Fars körfəzi iddiası
Daimi ordusu olmayan ölkələr
400 telefonu var, mesaj yaza bilmir
10 dəqiqədə 100 kalori yandırmağın yolları
Dəbli, yarım boğazlı çəkmələr
Demi Moore-nin gözəllik sirləri
Xəzəryanı ölkələr nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağanı uzadıblar
Maraqlı dibçəklər
“Bakıelektrikşəbəkə” ASC əhaliyə xəbərdarlıq edib
Ermənilərin növbəti təxribatı - FOTO
Sevgi haqqında deyimlər
İsmayıllıda zona birinciliyi
Qadın ölümündən 55 gün sonra ana oldu
Təhlükəsizlik tədbirləri gücləndırilib
Günün ulduz falı
Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)
Dənizin ortasında yaşayan qəbilə
Üzdəki tükləri aradan qaldıran maska
Yay aylarında enerjimizi qoruyaq
28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO
Gəlin namizədlərinə ayaqqabı modelləri
Film festivalında jüri olacaq - FOTO
Bakıya Yeni İl vitrinlərdən gəlir
Şumaxerdən xəbər var
Tıxacda böyüyən uşaqlar
Üzgüçülərimizdən 2 qızıl, 1 gümüş medal
Çəltik (düyü)
2014-cü ilin ziyafət geyimləri
Bu cür yaşam ölümü tezləşdirir
Bir rəsm əsərinin oxunuşu
Azərbaycanın təbii-coğrafi şəraiti-1

- ŞƏRHLƏR