Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə Cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory
literary of Persia. London).
İstanbulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər İstanbulda
nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.
1884-cü ildə Bakıda doğulmuСЋ Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur.
1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat Partiyasının Mərkəzi
Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə işləmişdir. 1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstanbula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
1915-ci ildə I Dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir.
Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb elmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
Cümhuriyyənin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstanbula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.
Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində İstanbulu tərkə məcbur qalınca o öz çalışmalarını Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939).
İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.
1944-cü ildə bol.eviklər Buxarestə yaxınla.ınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. Isveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə sərhədinə yaxın Freyburq 1/B Şəhərinə gəldi. 1944-cü ilin oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa məcbur oldu. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur.
Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan Şairi Nizami” adına kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələr nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.
“Dünya”, 21 may 1954-cü il
XƏBƏR LENTİ
O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem
Böyürtkənli çörək( foto resept)
Dodaq boyasının zərərləri
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Belarusda saxlanılan etirazçıları 15 ilə qədər həbs gözləyir
Aylıq HAVA proqnozu açıqlandı-FEVRAL
Gürcüstan-Tbilisi (3)
Magistraturaya qəbul planı açıqlandı
Android itəndə özünü tapacaq
Məşhur prodüser Noel Fişer həbs olunub
Müəllimlərin nəzərinə: İkinci mərhələ başlayır
Səmra “Eurovision-2016”-nın finalında səhnəyə neçənci çıxacaq?
ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanıldı
Müəllimləri izləyən xəstəliklər
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü, 230 yeni yoluxma - RƏSMİ
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
ABŞ tarixində ilk qadın prezident?
Günün ulduz falı
ÜST koronavirusdan sonra kəskinləşən xəstəliklərin adını açıqladı
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Boş dəbilqələr: Düşmənin etiraf etmədiyi itkilərinin görüntüləri
Ermənilər Naxçıvan-İrəvan dəmir yolunun bərpasını istəyir
Azərbaycanda daha 97 nəfərdə koronavirus aşkarlandı, bir nəfər vəfat etdi
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Əkizlər bir-biri ilə evlənir - FOTO
Bu gecə ilk Qədr gecəsidir
WhatsApp-da YENİLİK!
Berliner ponçik (foto resept)
İndoneziya qorxuya düşdü
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Kseniya Sobçak COVID-19 virusuna yoluxub
Oğlan uşağı otağında interyer
Ebrudan HAMİLƏLİK açıqlaması
Azərbaycanda imkansız ailələrə xoş xəbər
Ukrayna xalqı məhv ola bilər
Qəhvəyi peçenye (foto resept)
Neslihan Atagüllə müsahibə - VİDEO
Bakıya 10 vaqonluq müasir qatar gətirildi - FOTO
Günün qoroskopu: problemlər sanki yarışa giriblər
Günün qoroskopu: İşlərinizi qaydasına salın
“WhatsApp”da gizli funksiya tapıldı
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Şanlı tariximizə düşən anım və zəfər günləri - VİDEO
Yuxuya rahat getmək üçün nə etməli?
İİV-ə yoluxanların sayı artıb
Evdə idman hərəkələri
Kobud satıcılar sizi də əsəbləşdirirlər? - MÜZAKİRƏ
Möhtəşəm üzük modelləri
Çəhrayı rənglə hansı rəngləri uyğunlaşdırmalı?
Koronavirusa yoluxmamaq üçün bunu etdilər – FOTO/VİDEO















- ŞƏRHLƏR