
Avqustun 16-da DİN-in Daxili Qoşunlarının Bakı şəhərin də və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin təntənəli andiçmə mərasimləri keçirilib.
ANS PRESS-in məlumatına görə, Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildirilib ki, mərasimdə Daxili Qoşunların Baş İdarəsindən yüksək rütbəli hərbi qulluqçular, qoşunların Veteranlar Şurasının üzvləri, həmçinin əsgər valideynləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, tədbirin rəsmi hissəsi açıq elan olunub.
Nümunəvi-Göstərici Hərbi Orkestrin ifası ilə Döyüş Bayrağı sıra meydanına gətirildikdən sonra Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə mərasim iştirakçılarına geniş məlumat verilib.
Qeyd olunmuşdur ki, hərbi xidmət keçmək Azərbaycanın vətənpərvər oğullarının şərəf borcudur. Gənc əsgərlərə xitabən vurğulanmışdır ki, Vətənimiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə hər an hazır olmalıyıq. Hərbi andın mahiyyəti də məhz bundan ibarətdir.
Gənc əsgərlər hərbi anda gətirilərək Vətənə sədaqət andı içdikdən sonra şəxsi heyətə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının təbriki çatdırılıb.
Daxili Qoşunların Komandanının hərbi and içmələri münasibətilə gənc əsgərlərə ünvanlanmış təbrikində hər bir əsgərin Vətənə layiqli övlad olacağına inam ifadə edilmişdir. Xüsusi olaraq vurğulanıb ki, ümummilli lider Heydər Əliyev məktəbinin davamçısı Respublika Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrin, o cümlədən Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğı və diqqət sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırır: "Hərbi and içərək Respublikamızın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə hər biriniz bu müqəddəs andın mənasını tam dərk etməlisiniz. Bu gün hər bir vətəndaşın təhlükəsizliyi, hər qarış torpağımızın müqəddaratı məhz sizin nümunəvi xidmətinizdən asılıdır".
Daxili Qoşunların sıralarına yeni daxil olmuş gənclərimizin Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaqları, dövlətçiliyimizin qorunması, inkişafı və tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəkləri də təbrikdə əks olunub.
Tədbirdə çıxış edən digər natiqlər ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən, Hərbi andın şərəf və məsuliyyətindən, eləcə də Daxili Qoşunlarda yaradılan hərtərəfli şəraitdən söhbət açıblar.
Mərasim şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.
XƏBƏR LENTİ
Cəlbedici insanların 4 xüsusiyyəti
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərman
Gələn il bir saniyə uzun olacaq
Müdafiə Nazirliyindən düşmənin yaydığı növbəti yalana SƏRT REAKSİYA
Doğru bilinən yanlışlar
Hava haqqında
Çindən koronavirusla bağlı SENSASİON ADDIM-Gizli sənədlər üzə çıxdı
Bələdiyyələrlə bağlı mühüm qərar
Şüşə olmasaydı
Cənubi Koreyada zəifləmiş koronavirusun bazasında yeni peyvənd hazırlanıb
Avropanın ən varlı adamı daha da varlandı
Hər dörd qadından biri...
Tuba Büyüküstün əkizlərinin Yeni il partisində - FOTOLAR
Əhya gecələri nə zamandır?
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
Nizami Gəncəvi ilə bağlı yeni faktlar ortaya çıxıb
Çində peyvənd labaratoriyasına qaz sızdı, minlərlə insan bakteriyaya yoluxdu
İrina Şeyk imicini dəyişdi - FOTO
Bakının 112 il yaşı olan binasında yaşamaq mümkün deyil
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
İlham Əliyev dünyanın ən ağıllı robotu ilə görüşüb - FOTO
Qocalmadan qaralın
İstirahət gününün HAVAsı
Mütəxəssis: “Düzgün müalicə nəticəsində vərəm tam sağalır”
İstirahət günü yağış yağacaq
Bakıda icazəsiz küçəyə çıxan COVID-19 xəstəsi aşkarlandı
50 yaşlı Bred Pitt qocalmaq bilmir
Türkiyədə qar yağdı, məktəblər bağlandı
Məşhur aktrisa qəfildən öldü-FOTO
Ermənilərin başına raket yağdırıldı
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Aqata Kristinin əsərinin adı dəyişdirildi
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Van Dam rəqsi ilə gündəm oldu - VİDEO
Azərbaycandan 4 mlrd.-lıq gəlir
Hədiyyə ilə bağlı etiket qaydaları
Sadə sinikers tortu(foto resept)
Avroda gözlənilməz ucuzlaşma
Düzgün tənəffüs sağlamlığa gedən yoldur
Məşhur aktrisa jurnalistləri hədələdi-SƏBƏB
Məşhur aktyorun davranışı görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Peşə məktəblərinə qəbulla bağlı YENİLİK
Günün qoroskopu: özünüzə vaxt ayırın
Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb
Bakı məktəblərində çalışan müəllimlərin 96 faizi sınaq qiymətləndirilmədə iştirak edib
Günün ulduz falı
Vanilin faydaları
Mədəndə axtarış-xilasetmə əməliyyatı sona çatdı
Tənbəl heyvanlar















- ŞƏRHLƏR