Əgər cəbhə xəttində hərbi əməliyyatlar yenidən bərpa olunsa, ermənilər Azərbaycan Ordusu qarşısında uzun müddət tab gətirə bilməyəcəklər. Ordumuz qısa zamanda ərazilərimizin bir hissəsini qaytarsa, onlar qorxudan qoyub qaçacaqlar. Hələ bu son 3-4 günlük əməliyyatlardan sonra artıq cəbhə zonasına yaxın kəndlərdəki ermənilər qaçmağa başlayıblar. Əgər böyük müharibə başlasa, nəinki işğal edilmiş ərazilər yenidən Azərbaycana qaytarılacaq, ümumilikdə Ermənistanın dövlət kimi mövcudluğu təhlükə altında olacaq.Bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenantYaşar Aydəmirov deyib.Aprelin 2-dən etibarən cəbhədəki vəziyyəti şərh edən hərbi ekspertin sözlərinə görə, 1994-cü ildə atəşkəs razılığı əldə olunandan bəri cəbhə xəttində belə bir hərbi əməliyyat olmayıb:
"Cəbhədə bir neçə gün ardıcıl təxribatlar törədən Ermənistan cavabını da layiqincə aldı. Azərbaycan tərəfdə həyata keçirilən əməliyyat zamanı birinci eşolondan və az bir hissə də ehtiyat eşolondan istifadə olundu. Son hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü ermənilərə göstərdi və onlarda olan özünəgüvəni sarsıtdı. Geri qaytarılmış ərazilərdə ələ keçirilən yüksəksiklər isə bizə bundan sonra bir neçə km geniş əraziyə nəzarət etməyə imkan verir".Generalın fikrincə, əldə olunan atəşkəs razılığına baxmayaraq, ermənilərin yenə də Azərbaycanın yaşayış məntəqələrini, mülki obyektləri, eləcə də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaqda məqsədi bizi sarsıtmaqdır. Amma onlar buna nail ola bilməyəcəklər:"Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşdə bildirdi ki, əgər ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, cavablarını layiqincə alacaqlar. Sözsüz ki, növbəti əks zərbə əvvəlkindən daha sərt, daha kəskin, daha geniş miqyaslı olacaq.Cəbhədə gedən son döyüşlər zamanı Azərbaycan Ordusunun ön xətdə yerləşən hissələrinin bəzi ehtiyat bölmələri tərəfindən ərazilərimizi işğal etmiş Ermənistan silahlı birləşmələrinə qarşı hücum əməliyyatları yox, sadəcə əks həmlələr olub. Ermənilər hələ, sadəcə, həmlələrdən sonra bu qədər tələfat verib qaçmağa başlayıblar. Bəs Ordumuz tam hücuma keçib ehtiyat qüvvələrdən istifadə etsə, necə olacaq?! Cavab bəllidir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu Qala kimin qalasıdır?
Uzun saçlar üçün maskalar
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Dünya mədəniyyətinin ilkləri
Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişikliklər edilib
Nazirdən repetitor xidmətinin bərpası ilə bağlı AÇIQLAMA
Albalı piroqu
Gənc xanımlar üçün çanta modelləri
Azərbaycan tarixindən yüz şəxsiyyət-78
Cəfəri maskası
4 günə 5 santimetr arıqladan detoks
BVF son proqnozu açıqlayıb
Bilirsinizmi?
Xeyirxahlığın ölmədiyini göstərən şəkillər
Küçələrin ən gözəl yaradıcılıq nümunələri
Bakıda 1 000 manata çörək
Uşaqların yaşına görə boşanmanın təsiri
"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi - FOTO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Azərbaycan kəndində ilk
Düzgün ayaqqabı seçimi
Mehmet Əli Ərbil Son Halı ilə Qorxutdu-FOTO
Kağızdan hazırlanmış donlar
Çox təmizlik Alzheimer riskini artırır
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Dadlı görünən çantalar
Xərçəng olmamaq üçün bunu etməyin
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Narın faydası və zərəri
Dünyada internet nə vəziyyətdədir?
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
Ermənistanda aclıq gözlənilir
Pareidoliya
Prezident işğaldan azad olunan torpaqlarda quruculuq işləri ilə bağlı tapşırıqlar verdi
İsti havada başımız niyə daha çox ağrayır?
Ağacları sevən pişiklər
2021-ci ilin qeyri-iş günləri açıqlandı - RƏSMİ
88 yaşlı modelin cavanlıq şəkilləri
Piyləri artıran… fruktoza
Kompüteriniz üçün maraqlı şəkillər
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Gözəl dırnaqlar
Məşhur cütlük ayrıldıqdan sonra-FOTO
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Ziynet Salı toy tarixini açıqladı
Firuşkamızın əl işləri
Çilli qız gözəlliyi ilə diqqət çəkdi-FOTO