Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Ürək Damar Mərkəzində dünyada ilk dəfə unikal əməliyyat həyata keçirilib.APA-nın məlumatına görə, bu barədə Mərkəzin rəisi, uzman doktor Anar Əmrah bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
A. Əmrahın sözlərinə görə, kəskin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş Şahin Qurbanov adlı xəstədə təcili angioqrafiya nəticəsində ektazik – yəni genişlənmiş tac ana damarın tamamilə trombla tutulması aşkarlanıb: "Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsi və trombolitik dərmanların tətbiqinə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə geniş idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən katetrlə, gücləndirilmiş ultrasəs dalğaları ilə trombolizis bu xəstəyə uyğun olduğu üçün dünyada ilk dəfə tac arteriyasına tətbiq etdik və uğurlu nəticə aldıq".
Həkim onu da qeyd edib ki, 12 saatlıq müalicədən sonra damarlara təkrar angioqrafiya ilə baxılıb və tromb ilə tutulmuş damarın tamamilə açılması görünüb. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edilib və kafi vəziyyətdə evinə yazılıb.
"Çox sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər imza atıblar. Əminliklə deyə bilərik ki, Hərbi Hospitalımız öz tibbi təminatı və kadrları ilə hər cür xəstə və yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərmək iqtidarındadır", - deyə A. Əmrah vurğulayıb.
Mərkəz rəisi onu da vurğulayıb ki, noyabrın 8-də Ürək Mərkəzində Azərbaycanda ilk dəfə daha bir əməliyyat icra olunub. Əməliyyat 73 yaşında ciddi aorta qapaq darlığı ilə ürəyin artım fraksiyası 25% olan xəstədə, bud arteriyasından girilərək anesteziya verilmədən, katetr ilə döş qəfəsi açılmadan, aorta qapağın yerləşdirilməsi həyata keçirilib. Aparılan uğurlu əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Qış üçün 8 milyonluq maşın aldı-FOTO
İnstaqramda yeni funksiya
"Azərbaycanın yaraşıqlı kişi siması-necə olmalıdır?!"
Yunanıstanda 6,7 ballıq zəlzələ
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
Turistlər üçün ən ucuz Avropa şəhərləri
450 min avroluq Mercedes
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bahalı rəsm əsərləri
Koronavirus yayda niyə zəifləmədi? - Tanınmış professor açıqladı
Qırmızı banan olduğunu bilirdinizmi?
Sağlam arıqlamaq üçün pəhriz
Onun doğru insan olmadığını göstərən 5 işarə
Kokos yağının möcüzəvi faydaları
Kenan Kalavın acı taleyi
Donmuş mayaklar
Güldürən heyvanlar
Ən böyük brilliant satıldı
Yumşaq robotlar məsafədən idarə olunacaq
Uşaqlarda burun qanaması
Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb - VİDEO
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
"İlin qadını" oldu - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Optimizm Polyannaçılıq deyildir
Conni Deppin keçmiş xanımından ETİRAF
İrem Derici 20 kq kökəlib-FOTO
Günün qoroskopu: insanlara fikir verin
Blinçikli dadlı qəlyanaltı (foto resept)
Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO
Sosiskalı peraşki (foto resept)
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
"Rəhbərlərin xanımları": Stalinin arvadı Bakıda dəfn olunub?
46 dəqiqəyə 3 kiloqram kökələrək rekord qırdı-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-16
Pis hava şəraitinə baxmayaraq axtarışlar davam edəcək!
Kişilər üçün idman tərzi
Dünyanın ən böyük şousu başlandı
Oruc tutanlar - EHTİYATLI OLUN!
Souslu makaron (foto resept)
Paolo Dibala koronavirusa yoluxdu
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR olacaq
Qurbanlıq haqqında ən çox verilən suallar
Estoniya - Azərbaycan oyununun başlanma vaxtı bilindi
Senia Şeyma Subaşını sevindirdi
- ŞƏRHLƏR