Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova “Dostluq” ordenini təqdim edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Lixanov “Dostluq” ordeni ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, P.Bülbüloğlu yazıçını 85 illik yubileyi münasibətilə təbrik edib və Azərbaycan dövlətinin başçısının təbrik məktubunu oxuyub. Məktubda qeyd edildiyi kimi, artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu A.Lixanovun rəhbərliyi ilə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır.
Məktubda deyilir: “Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər”.
Sonra P.Bülbüloğlu akademik A.Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamını oxuyub. Diplomat ordeni təqdim edərək deyib:
“Sizin töhfəniz olduqca böyükdür. Bu barədə çox danışır, çox yazırlar. Siz həqiqətən barənizdə deyilənlərin hamısına layiqsiniz. Sizin insani mahiyyətiniz, insanlara münasibətiniz, hər hansı mühüm tədbirdə iştirakınız həmişə bizim hamımız üçün böyük bayramdır. Mən bu tədbirdə iştirak edən hər kəsə, təbii ki, özümə də arzulamaq istərdim ki, biz Albert Anatolyeviçin 100 illiyini bu zalda qeyd edək və mən səfir qismində onu Azərbaycanın növbəti ordeni ilə təltif edim”.
A.Lixanov ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb:
“Bizi Heydər Əliyev ilə çoxillik dostluq telləri bağlayırdı. 1984-cü ildə mənim Sovet İttifaqında valideynlərini itirmiş uşaqların vəziyyəti barədə məktubum dəstəkləndi. Bu məsələ ilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev məşğul olurdu. Biz onunla görüşdük, SSRİ-də valideynlərini itirmiş uşaqların vəziyyəti barədə xeyli danışdıq, yeni sənəd hazırladıq. 1985-ci ildə çox mühüm qərar qəbul edildi və indiyədək bu qərar qüvvədədir. Sənəddə valideynlərini itirmiş uşaqlara yeni münasibət müəyyən edilmişdi. O dövrdə belə uşaqların sayı bir milyonu keçirdi”.
Albert Lixanov qeyd edib ki, Heydər Əliyev ilə onun dostluğu ümummilli lider Azərbaycana qayıtdıqdan sonra da uzun illər davam edib:
“Mən ideyalarıma xoş münasibət göstərdiyinə görə daim ona minnətdar olmuşam. Bu, bütün Sovet İttifaqındakı uşaqlara əsl dövlət münasibəti idi. Qərar qəbul olundu, iş yerinə yetirildi. Mən onun xatirəsi qarşısında baş əyirəm, ruhu şad olsun”.
XƏBƏR LENTİ
Bu gündən açıq havada fəaliyyət göstərən kafe və restoranlar açılır
Türkiyədə bir gündə 8 zəlzələ
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Şeron Stoun onu məşhurlaşdıran hərəkəti 25 il sonra TƏKRAR ETDİ
Emin koronavirusa yoluxubmuş
Dərinizi bahara hazırlayın
Buse toydan sonrakı ilk fotosunu paylaşdı-FOTO
Dəri xərçənginə yeni "köhnə" dərman tapıldı
Ardanın meydançada halı pisləşdi
Körfəz kənarında möhtəşəm bağ
Oğurlanan məlumatların sayı açıqlandı
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR
Rio-2016: Daha bir atletimiz mübarizəyə başlayır
Vətən Müharibəsində yaralanmış əsgərimiz müalicədən sonra evinə gətirildi - VİDEO
Kosmosda qəbristanlıq tapıldı
İtirilmiş və oğurlanmış telefonlar
Stil ikonum - Hadisə
Fransa Liqası: 7 oyunda qol yağışı
Hava haqqında
Ağız qoxusunun qarşısını alan üsullar
“Şuşada son çay”ın müəllifi olan dünya şöhrətli fotoqraf: “O torpaqların azadlığını görmək arzum idi” - VİDEO
Məşhurların uşaqlıq şəkilləri
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Sabahın HAVAsı
Qısa saçlar üçün bir-birindən gözəl modellər
Azərbaycan səmasında uçan obyekt göründü
İnsanı öldürən 10 ərzaq
Dünyanın ən qoca atasının arvadı qaçdı
Heç kəsə aidiyyatı olmayan şeylər
Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Öskürəyin müalicə üsulları
Yuvarlaq ayna modelləri
Səudiyyə də Suriyanı vurmağa başladı
Cəbhənin Goranboy istiqamətində diversiya cəhdi: Erməni komandir əsir götürüldü
Qarabağ görüşü başlayır
İspanlardan Arda Turana sərt cəza
Barmaqlarınızın formasına görə xarekteriniz
Qan verməyin insana faydası
Allergiya
Yumalı olduğunuz ərzaqlar
Kreativ əşyalar
Koronavirusla mübarizə üçün robot yaradıldı - FOTO
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
Təqaüdlərlə bağlı YENİ XƏBƏR
"Terminator 6" filmindən ilk FOTO
Niyə məhz Qadın.Net?
“Kosmik” malikanəsini Satışa Çıxardı-Rekord məbləğ-FOTO
Dəbli geyim nümunələri














