Hər kəsin həyatında yaxşı günləri və əksi olaraq pis günləri də ola bilər. Çətin günlərdən qaçmaq üçün əhvalınızı yüksəldəcək və həyata daha xoşbəxt baxmanızı təmin edəcək 10 təklif...
1. Qaraya deyil ağa fokuslanın
Şikayət etməyi buraxıb müsbət duyğular üzərinə sıxlaşın. Beləcə Amerikalı psixoloq Martın Seligmanın "öyrənilmiş çarəsizlik" dediyi "qəbul etmə" tələsinə düşməyin. Müsbət düşüncələrinizi və ideyalarınızı yadda saxlayın,zənginliklərinizi, potensialınızı dərk edin. Kaliforniya Universitetində aparılan bir araşdırmaya görə xoşbəxtliyimizin və dincliyimizin yüzdə 40-ı seçimlərimizin və həyata baxışımızın nəticəsdir. Öz özünüzü bu şəkildə təlqin edin: Əhəmiyyətli deyil, yaxşıyam, möcüzəyəm.
2- Əlinizdəkinə sevinin …
Əhvalınızı pozmaq çox asandı, bunun üçün bədbin psixologiyasına girməyiniz yetərlidir. Dünən bu gündən çox daha yaxşı idi, rəfiqəm məndən daha şanslı, bu kimi xəyal qurmağın nəyə faydası var? Belə fikirlər zehin və əhvalınızı pozurmaqla yanaşı, əlinizdəkinin qiymətini bilməyinizə maneə törədən, çatıla bilər hədəflərə və xoşbəxtliyə çatmaq üçün hərəkətə keçməyinizə mane olan "bölücü və dağıdıcı" fikirlərdir. Unutmayın, 1992-ci il Barselona Olimpiadaları ərəfəsində edilən bir araşdırma bürünc medal alan üçüncülərin, gümüş medal qazanan ikincilərdən çox daha xoşbəxt olduğunu təsdiqləyib. Çünki ikincilər "birinciliyi qaçırdım" deyə müvəffəqiyyətlərinin dadını çıxara bilməzkən, üçüncülər podiuma çıxmaqdan xoşbəxt idilər.
Səhv müqayisə etməkdən qaçın. Məsələn "Fatma nə qədər şanslı, onun bahalı avtomobili var" deyə heyfslənməkdənsə, "Mən şanslıyam, qonşum Telli təhsili olmadığından kiçik bir işlə çörək pulunu qazanmaq məcburiyyətindədir" deyə düşünün.
3- Dost, mütləq yaxşı yoldaş...
Bütün anketlər nə pul ,nə də müvəffəqiyyət tək başına xoşbəxtlik verə biləcəyini insanlara söyləyir. Əhəmiyyətli olan ətrafınızdakılarla saf əlaqələrinizdir. Tək yaşayan insanlarda depressiya riskinin evli və ya bir yoldaşıyla yaşayana nisbətən daha yüksək olmasının səbəbi budur. Hətta dostluq əlaqələrinin ailədən belə daha yaxşı bir "müsbət duyğu qaynağı" olduğu da deyilir. Avstriyalı Ernst Gehmacher "İnsanın özünü yaxşı hiss etməsi üçün ən az 4 möhkəm yoldaşı olmalı və həmin yoldaşına güvənməli, bütün sirrini çəkinmədən danışdığı və kömək alacağını bildiyi yoldaşla olması mütləqdir" deyir.
Cib telefon və dəftərinizi yeniləyin və yalnız həqiqətən dəyər verdiyiniz insanları yazın. Sıx və nizamlı xəbərləşdiyiniz, bir-birinizi könüldən axtarıb soraqlaşdıqlarınızı əhatənizdə saxlayın.
4-Gördüyünüz işə diqqətli olun...
Qısa müddətli də olsa, özünü yaxşı hiss etmənin yollarından biri məşğul olduğumuz işə diqqətini cəmləmək. Bu zaman dayanmış kimi olur, problemlərimizi unuduruq. Amerikalı Psixoloq Mihaly Csikszentmihalyinin flow (axın) dediyi an budur. Yaxşı bu "xoşbəxtlik anı" necə tutmaq olar? Maraq və bacarığınıza uyğun bir fəaliyyət seçərək… İş mühitində xoşbəxt anı tutmaq tətildə və ya boş vaxtlardan daha asandır. Bu təkrarçılıq tələb edən, monoton işlər üçün də belədir. Öz özünüzü motivasiya edəcək şəkildə hədəflər qoyun: Bu mövzuda necə daha yaxşı ola bilərəm? Daha az yorularaq bu işi necə edə bilərəm?
5-Uşaq kimi oynamaq…
Müşahidələr oyunçuların yalnız performansının deyil, optimizminin də daha yüksək olduğunu göstərir. Bir mütəxəssis "Əgər oyun oynamaqdan imtina etsək zehnimiz mexanikləşər, sanki quruyar" deyib. Əgər həyatı çox ciddi qəbul etsəniz, əyib bükməkdən imtina edər, dəyişdirəbilmə fürsətini də qaçırarsınız. Bərabər yoldaşınızla, uşaqlarınızla, dostlarınızla oyun oynayın. Kağız oyunları, kompüter oyunları, şahmat, dama, nərd və s. nə olsa! İctimailəşməyə çalışın, həm mütəxəssislərin dediyi kimi "gərçəkləri şəkilləndirməyi" öyrənin, həm də çətinliklərinizi bir müddət üçün unudub boşalın…
6-Hər gün bir işi bitirin...
Müsbət psixologiya mütəxəssisi Ilona Bonivell "Zamanın yaxşı istifadə edildikdə əldə olunan xoşbəxtlik, insanın özünü yaxşı hiss etmə səbəblərindən biridir" deyir. Davamlı işini bitirə bilməmək,çatdırmamaq hissi isə insanı bədbəxt edir. Daha az işlə çalışıb, özünə daha çox zaman ayırmaq bir üsul təbii ki ola bilər,,amma bəhanəyə çevrilməsi riski var. Boniwell daha asan bir üsul təklif edir: "Əgər hər gün bir şeyi istədiyimiz kimi nəticələndirə bilsək, bir böyük proyektin hər gün bir kiçik parçasını tamamlasaq, özümüzü çox xoşbəxt hiss edərik".
Yəni özünüzə hər gün üçün mümkün və istifadəsi yalnız sizə qalmış bir hədəf qoyun: Başladığınız kitabı oxuyub qurtarın, bir yemək reseptini sınaqdan keçirdin, bir tikiş işini bitirin və s… Sonra da sona çatdırdığınız işin verdiyi həzzi yaşayın.
7.-Vipassana metodunu sınayın...
Mütəxəssislərə görə hər 5 amerikalı şirkət idarəçisindən biri meditasyon edirmiş və ən çox tətbiq olunan metod da Vipassana imiş. Yəni "dərininə görmək" ya da "olanı olduğu kimi görmək. Burda üsul beyni boşaltmaq deyil əksinə ətrafdakı obyektləri tam olaraq və olduğu kimi qəbul etmək. Məsələn, çanta yalnız bir çantadır. Beləcə acgözlüyə, həsədə, qısqanclığa, hirsliliyə bir son verər və daha az kədərlənərsiniz.
8-Pis bir vəziyyətdən faydalanın
İnsanın çətin bir vəziyyətdən sonra yenidən özünü ələ almaq üçün mütəxəssislər "elastikiyet" anlayışını istifadə edirlər. Dözmək, problem ilə yaşamağı öyrənmək , yola vermək deyil, "faydalanma" yəni yaşadığı çətinlikdən müsbət bir şey əldə etməkdən bəhs edirik. Hər şeyi hazır tapan insanlar ən kiçik şeydən belə bədbəxt olarlar və kiçik bir problemi belə böyüdərlər. Halbuki bir çətinlik yaşamış və bunu "elastikiyet"ləri sayəsində müsbətə çevirə bilən insanlar bunu bacarmış olmanın verdiyi xoşbəxtlik və etibarla özlərini daha yaxşı hiss edərlər.
9.Təmizlik teparisini tətbiq edin
Nizamsız bir həyat mühiti stress və sinir səbəbidir. Qarışıqlıq zaman itgisidir, səbrimizi yox edər, əhvalımızı pozar. Yəni gərəksiz əşyalara mənəvi dəyərlər yükləməyin, atın getsin. Sizə pis xatirələri davamlı xatırlatmalarına, içinizi qarartmalarına, sizi keçmiş acı xatirələrlə yaşatmağa icazə verməyin. Təmizləyin, atın... Eyni şəkildə kompüterinizdə, sənədlərinizdə, fotoşəkillərinizdə, cibinizin ünvan dəftərində də möhkəm bir təmizlik edin.
10-Başınızda da təmizlik edin
Hedonist adaptasyon, insanın gündəlik kiçik xoşbəxtliklərə alışması və qiymətini bilməməsi vəziyyətidir. Məmnun olmaq, zövq almaq demək beyində enforfin kimi hormonlarının ifraz olunması deməkdir. Halbuki zamanla bu hisslərdən məhrum olmaq, zövq almaz olarıq. Hər gün eyni şeyləri etməkdən imtina edin, həyatınıza yeniliklər, yeni zövqlər qatmağa çalışın.
Bunlar çox sadə şeylər ola bilər… Məsələn sabah səhər naharınızı balkonda edin, işə fərqli bir yoldan ətrafınıza baxaraq gedin, 3 ayda bir salonun mebellərinin yerini dəyişdirin. Sadə dəyişikliklərlə də həyatınızı rəngləndirmək mümkündür,yetər ki, bunu istəyin..
XƏBƏR LENTİ
Günün qoroskopu: yaşam arealınızı daha rahat edin
Uşaqlığınız yadınızdadır?
Kıvanç Tatlıtuğ xəstəxanalıq oldu-SƏBƏB
Valideynlərin diqqətinə: körpələrə vurulan peyvəndlər autizm yaradır?
Ermənilərə xəbərdarlıq edildi
Biz bunun gerçək olduğunu düşünmədik!
Sinələrin sallanma səbəbi
Humus (foto resept)
11 yaşlı Gövhər “Mücize 2” filmində rol alacaq
Minlərlə yeni iş yeri açılacaq
Zövqlü ziyafət çantaları
Android üçün olan WhatsApp-da mükəmməl funksiya
Ulduz cütlük koronavirusa yoluxdu
Sosu və Haru
Ağdam rayonunun işğalından 23 il ötür
Valideynlərin yol verdiyi səhvlər
Koronavirus artıq İtaliyadadır
Bakı Metropolitenində yenilik
Üz quruluşuna görə papaq seçimi
Dünyanın ən ağıllı ölkələrinin SİYAHISI
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Keçən il
Dünyanın o biri tərəfi...
Nazir qadınları təbrik etdi
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Tez qırılan saçlar üçün maskalar
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı - RƏSMİ
Burun əməliyyatından əvvəl nə etməli?
Matcha çayının faydaları
1-6 aylıq körpənin inkişaf cədvəli
Cəbhədə erməni hərbçilər öldürüldü
Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şirinbiyan haqqında bilmədiklərimiz (2)
“İstanbullu gəlin” böyük UДћURA İMZA ATDI - FOTO
31 Avqust- Qubadlı
Yaraları sarınarkən “Can Qarabağ, ana yurdum” oxuyan əsgərimiz - VİDEO
Rəşid kimi olmayacaq...
Soyuq havanın dəriyə təsiri
XİN rəhbəri: “Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq”
Gülşən çanta üstündə məhkəməlik oldu
Balalarımızın şirin sözləri
Kağız parçalarından hazırlanmış əl işləri
Ağ dərili model özünü qraltdı - FOTO
Ayrılıq ağrısının yaratdığı fiziki ağrılar
Soyuq havalarda uşaqları necə geyindirməli?
- ŞƏRHLƏR