Gəzdim eli-obanı cənnət gördüm buranı.
Bu dəfə sizlərə bölgələrimizin şahı olan Qarabağımızdan yazacam. Qarabağımızın gözəlliyindən danışmağa bu xəbər bəs etməz. Hər daşında, hər qarışında bərəkət ,gözəllik olan bu bölgəmiz indi mənfur düşmənlərimizin əsarətindədir. O düşmənlər ki, torpağıımızı, sənətimizi, mətbəximizi mənimsəməyə çalışırlar. Qarabağ mətbəxi çox zəngindir. Növ-növ plovları, dolmaları dillər əzbəridir.
İlk öncə yeməklərdən başlayaq.
Ali müsəmma plov
Düyü duzlu suda qaynadılıb yarımhazır vəziyyətə çatdırılır, süzülür, yağlanır, bir hissəsinə zəfəran vurulur, qazmaq hazırlanır və dəmə qoyulur. Aş qarası hazırlamaq üçün qoyun əti doğranıb azca suda bişirilir və qızardılır. Daha sonra əti yağda qızardılmış soğan, albuxara, zəfəran şirəsi, darçın və az miqdarda ət suyu əlavə edilərək öz buğunda bişirilir. Düyü təpəcik şəklində qaba çəkilir, üstünə zəfəran şirəsi vurulmuş düyü tökülür, yanına aş qarası qoyaraq süfrəyə verilir.
Ümümiyyətlə Qarabağ bölgəsində plov çeşidləri çoxdur.
Turşu qovurma plov
Səbzi plov
http://qadin.net/index.php?newsid=8699
Çolpalı plov
Qiyməli plov
Boyanalı aş
Südlü plov
Əvəlikli aş
Şüyüdlü plov
Axtaçilov
Axtaçilov plov növlərindən biridir. Düyü yuyulur, qaynadılır. Süzülməsinə azca qalmış qabaqcadan yulub hazırlanmış axta zoğal qazana tökülür, düyü ilə 2-3 dəqiqə qaynadılıb süzülür. Qazmaq hazırlanır. Sonra süzülmüş düyü də onun üstünə tökülərək dəmə qoyulur. Süfrəyə verilərkən yanında badımcan dolması, və ya göyərtili kükü, həmçinin sarımsaqlı qatıq da verilir
Qatıqlı aş
Düyü duzlu suda bişirilir. Bişənə yaxın pərpətöyün göyərtisi doğranıb tökülür. Qarışmamış halda sinilərə tökülüb soyudulur.Qatığa sarımsaq vurularaq qatılaşmış düyü və göyərtinin üzərinə əlavə edilib qarışdırılır. Pərpətöyün əvəzinə şüyüd, dağ keşnişi, keşniş və nanə vurula bilər. Bu yemək yay fəslində hazırlanır.
Qırxbuğumlu aş
Düyü duzlu suda 3 saat saxlanılır. Düyünü qaynadırıq. Qaynadılan zaman qırxbuğum əlavə edirik. Sonra qazan dibinə qoyun əti düzülük üzərinə qırxbuğumlu düyü tökürük və yağ əlavə edib dəmə qoyuruq.
Şeştrəngli aş
Canına çəkmə
Qoyun əti noxudla birlikdə qaynadılır. Bişirdikdən sonra içərisinə yumru düyü tökülür. Suyu çəkilib yağa düşənə qədər bişirilir. Bişənə yaxın zoğal və ya zoğal axtası tökülür.
Qəlya
Quzu əti bişirilir.Yağa düşəndə bişmiş şabalıd, gavalı turşusu, heyva doğranıb əlavə olunur. Daha sonra zəfəran, darçın, duz, istiot əlavə edilir.
Bozartma
Göyərti kətəsi
http://qadin.net/index.php?newsid=12848
Yarpızlı, quzuqulaqlı Qarabağ dovğası
Qeyd edim ki, Qarabağ dovğasına noxud vurulmur.
İndidə şirniyyatlardan danışaq.
Qarabağ kətəsi
Saytımızda öz məxsusi yerini almış şirniyyatdır.
http://qadin.net/index.php?newsid=868
Qaysaba
Əridilmiş yağa çəyirdəkləri çıxarılmış xurma, qaysı, əncir mürəbbəsi vurulur. Meyvələr yumşalana qədər bişirilib, üzərinə darçın səpilib süfrəyə verilir.
Və əvəzolunmaz Qarabağ tortu
P.S. Sizlərdən də öz bölgənizə aid olan yeməkləri mənə təqdim etməyinizi xahiş edirəm. Ola bilsin ki, mənim də bilmədiklərim olar, sizlərdən öyrənərəm. Öncədən təşəkkür edirəm.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR