Xəmir işlərini çox sevən xanımlar, bu dəfə sizlər üçün adi peraşki içlikli, dadı isə tamamilə fərqli olan konvertin hazırlanmasını təqdim edirəm. Konvert çox dadlı, ilk bişdikdə qızarmış xırt-xırtlı olur, sonra isə qaldıqca yumşalır, onda da ləzzətli olur. Bu konvertin ərzaqları nə dədər lazım olacaq tam bilinmir, çünki içlik zövqə görə çox da, az da ola bilər, sayını itədiyiniz qədər edə bilərsiniz. Amma yenə də təxmini olaraq bir konvertə lazım olan qədər ərzaqları qeyd edirəm. Özüm 7 konvert hazırlayıram, yəni bu ərzaqları 7 dəfə artırıram.
Tərkibi:
İçlik üçün:
1 baş soğan
3 ədəd ovuç içi qədər böyüklükdə kartof
Duz
İstiot
Sarıkök.
Xəmir üçün:
2 fincan un (bir kündəlik)
Duz
Su
Yağlanması və qızardılması üçün günəbaxan və ya qarğıdalı yağı.
Hazırlanması:
Əvvəlcə kartofu soyutma bişirib püre halına salırıq, soğanı isə xırda-xırda doğrayıb yağda qovururuq və duzü, istiotu, sarıkökü soğanı püreyə qatıb qoyuruq kənara.
Sonra isə un, duz və sudan adi bərklikdə xəmir yoğrulur. Xəmiri yumruq boyda kündələrə ayrırıq və nazik lavaşlar yayıb, lavaşın üzərini duru yağla yağlayırıq. Kündə çox iri olmalıdır ki, nazik lavaşı qatlayanda çox kiçik qalmasın.
Yağladığımız lavaşı üzbəüz qıraqlarını üst-üstə çıxmamaq şərtilə qatlayırıq.
Yenidən lavaşın o biri qıraqlarını üzbəüz qatlayın, amma nəzərə alın ki, qatladıqdan sonra dördkünc forma alınsın. Şəkildə göründüyü kimi.
Sonra lavaşın künclərini uc-uca gətirin və yenidən geri qayıdınki hər tərəfdən içərisi çuxur yer kimi qalsın.
İçərisinə püredən yayırıq.
Üz-üzə olan küncləri qatlayıb, hər açıq yeri tikiş kimi bərkidirik, ağzını kip bağlayırıq ki, püre görünməsin.
Tavaya yağ tökürük, yağ qaynar olduqdan sonra içərisinə atıb, iki tərəfli qızardırıq.
Onu doğrayıb yeyə bilərsiniz, kimisi marinada qoyulmuş pomidorla, kimisi qatıqla yeyə bilər. Zövqünüzə bağlıdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
6 yaşlı Leyla hər kəsi heyrətləndirdi-FOTO
Bakının 3 rayonunda su problemi olacaq
Körpəni ana südündən necə ayırmalı?
Brent neftinin qiyməti 49 dollar ətrafında dəyişir
İlham Əliyev: “Bu, son 100 ildə dünyanın görmədiyi vandallıqdır”
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Çağla Şikel görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Abu-Dabidə yeni Luvr müzeyi açıldı-(FOTO)
Arı sancması hansı halda ölümə səbəb ola bilər?
Su yoqasının faydaları
İsrail "Eurovision 2019"a ev sahibliyini itirə bilər
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Murat Boz Survivorda
Hind mədəniyyəti - 1
Limon içlikli peçenye (foto resept)
Günün qoroskopu: Münaqişə etməyin!
Tərəvəzli balıq dürüm (foto resept)
Çindən gətirilən Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib
"Hiss etdim ki, elmdə yeni nə isə etməliyəm" - FOTO
Bahar alergiyasının səbəb olduğu xəstəliklər
Sürücülərə xəbərdarlıq
Çiyələkli piroq (foto resept)
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
HAVA necə olacaq? 28 İyun
27 aprelin hava proqnozu
Azərbaycanın iqtisadi uğurları beynəlxalq miqyasda etiraf olunur
İş qadınları üçün paltarlar
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Dəbli çantalar
BÜRCLƏR bizə nə vəd edir? -20 MAY
Dünyaca məşhur turizm saytından Azərbaycana qarşı böyük tərbiyəsizlik
Azərbaycanda ən çox qar yağan yer açıqlandı
Günün qoroskopu:Uğurlu gündür!
Bürclər içində ən sadiq kişi
Bir- birindən rəngli və gözəl güllər
Manatın məzənnəsi
Azərbaycanda görünməmiş hal: hamilələr niyə bu gün doğmaq istədi?
Məşhur aktyor vəfat etdi-FOTO
Azərbaycanda idman federasiyası dağılır?
Köz bibərli noxud salatı (foto-resept)
Bergüzar qışda yay FOTOlarını paylaşdı
100% Yeni Zelandiya yağı - Best Cow!
Nə istədiyini bilirsənmi?
Bakıda möhtəşəm bina tikilir
Saçınızı sağa ayırırsınızsa…
Peyğəmbərimizin sevdiyi qidalar
Qaymorit nədən əmələ gəlir?
10 erməni hərbçisi məhv edildi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]