Xəmir işlərini çox sevən xanımlar, bu dəfə sizlər üçün adi peraşki içlikli, dadı isə tamamilə fərqli olan konvertin hazırlanmasını təqdim edirəm. Konvert çox dadlı, ilk bişdikdə qızarmış xırt-xırtlı olur, sonra isə qaldıqca yumşalır, onda da ləzzətli olur. Bu konvertin ərzaqları nə dədər lazım olacaq tam bilinmir, çünki içlik zövqə görə çox da, az da ola bilər, sayını itədiyiniz qədər edə bilərsiniz. Amma yenə də təxmini olaraq bir konvertə lazım olan qədər ərzaqları qeyd edirəm. Özüm 7 konvert hazırlayıram, yəni bu ərzaqları 7 dəfə artırıram.
Tərkibi:
İçlik üçün:
1 baş soğan
3 ədəd ovuç içi qədər böyüklükdə kartof
Duz
İstiot
Sarıkök.
Xəmir üçün:
2 fincan un (bir kündəlik)
Duz
Su
Yağlanması və qızardılması üçün günəbaxan və ya qarğıdalı yağı.
Hazırlanması:
Əvvəlcə kartofu soyutma bişirib püre halına salırıq, soğanı isə xırda-xırda doğrayıb yağda qovururuq və duzü, istiotu, sarıkökü soğanı püreyə qatıb qoyuruq kənara.
Sonra isə un, duz və sudan adi bərklikdə xəmir yoğrulur. Xəmiri yumruq boyda kündələrə ayrırıq və nazik lavaşlar yayıb, lavaşın üzərini duru yağla yağlayırıq. Kündə çox iri olmalıdır ki, nazik lavaşı qatlayanda çox kiçik qalmasın.
Yağladığımız lavaşı üzbəüz qıraqlarını üst-üstə çıxmamaq şərtilə qatlayırıq.
Yenidən lavaşın o biri qıraqlarını üzbəüz qatlayın, amma nəzərə alın ki, qatladıqdan sonra dördkünc forma alınsın. Şəkildə göründüyü kimi.
Sonra lavaşın künclərini uc-uca gətirin və yenidən geri qayıdınki hər tərəfdən içərisi çuxur yer kimi qalsın.
İçərisinə püredən yayırıq.
Üz-üzə olan küncləri qatlayıb, hər açıq yeri tikiş kimi bərkidirik, ağzını kip bağlayırıq ki, püre görünməsin.
Tavaya yağ tökürük, yağ qaynar olduqdan sonra içərisinə atıb, iki tərəfli qızardırıq.
Onu doğrayıb yeyə bilərsiniz, kimisi marinada qoyulmuş pomidorla, kimisi qatıqla yeyə bilər. Zövqünüzə bağlıdır.
XƏBƏR LENTİ
Ağrı hiss etməmək xəstələri təhlükəyə atır
Dekorativ güzgülər
Dəriyə zərərli qidalar
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Nəhəng balığa görə üç akula ilə döyüşə girdi - VİDEO
Bədbəxtliyimizdən qurtulaq!
"LİKE" psixologiyası
Apple WhatsApp istifadəsinə məhdudiyyət qoyacaq
Azərbaycan klubuna UEFA Kubokunda "Barselona" rəqib olacaq?
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Facebook qənaətə keçdi
Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Azərbaycanda çimərliklərlə bağlı XƏBƏRDARLIQ
İran Sərhəd Polisi: Azərbaycanın işğal olunmuş ərazilərindən heç bir narkotik maddə keçirilmir
ABŞ-da əkizlər yüz il fərqi ilə başqa-başqa pandemiyaların qurbanı oldu
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aşbaz boşanır-SƏBƏB
Piyada keçidlərindən niyə istifadə olunmur?
Avto kredit, yoxsa lizinq?
Qızılgül küçəsi
İpoteka kreditlərində ödəniş azalıb
Rusiya ilə savaş başlasın!
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
Tanınmış aparıcı həyatını da verilişi kimi yaşayır - FOTO
Mərkəzi Bankdan avtomobil kreditlərinə dair açıqlama
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə...
Britaniyanın ilk tünddərili şahzadəsi: Anamı dayəm hesab edirdilər...
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Rihanna villasını 50 min dollara satır - FOTO
Asan 7 gəlinlik saç düzümü
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
Heyvanlar haqqında maraqlı məlumatlar
Müsəlmanlar üçün xüsusi telefon
Kələm maskası
Çinin TV-xəbərlərini robotlar aparacaq
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümüdür
Qan şəkərini azaldan ərzaqlar
Yaşıl qəhvənin faydaları
Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı
Oyun zamanı "Qarabağ"dan sürpriz
Günün ulduz falı
Xoşbəxtlik nədir?
Xərçəng olan müğənninin son halı heyrətləndirdi - FOTO
"Siçan" ilində sizi bu sürprizlər gözləyir...
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
Mövlana sözləri-3
- ŞƏRHLƏR