Qadin.NET / Kartoflu konvert (foto resept)

Kartoflu konvert (foto resept)

Xəmir işlərini çox sevən xanımlar, bu dəfə sizlər üçün adi peraşki içlikli, dadı isə tamamilə fərqli olan konvertin hazırlanmasını təqdim edirəm. Konvert çox dadlı, ilk bişdikdə qızarmış xırt-xırtlı olur, sonra isə qaldıqca yumşalır, onda da ləzzətli olur. Bu konvertin ərzaqları nə dədər lazım olacaq tam bilinmir, çünki içlik zövqə görə çox da, az da ola bilər, sayını itədiyiniz qədər edə bilərsiniz. Amma yenə də təxmini olaraq bir konvertə lazım olan qədər ərzaqları qeyd edirəm. Özüm 7 konvert hazırlayıram, yəni bu ərzaqları 7 dəfə artırıram.

Tərkibi:

İçlik üçün:

1 baş soğan

3 ədəd ovuç içi qədər böyüklükdə kartof

Duz

İstiot

Sarıkök.

 Xəmir üçün:

2 fincan un (bir kündəlik)

Duz

Su

Yağlanması və qızardılması üçün günəbaxan və ya qarğıdalı yağı.

Hazırlanması:

Əvvəlcə kartofu soyutma bişirib püre halına salırıq, soğanı isə xırda-xırda doğrayıb yağda qovururuq və duzü, istiotu, sarıkökü soğanı püreyə qatıb qoyuruq kənara.

Kartoflu konvert (foto resept)

Sonra isə un, duz və sudan adi bərklikdə xəmir yoğrulur. Xəmiri yumruq boyda kündələrə ayrırıq və nazik lavaşlar yayıb, lavaşın üzərini duru yağla yağlayırıq. Kündə çox iri olmalıdır ki, nazik lavaşı qatlayanda çox kiçik qalmasın.

Kartoflu konvert (foto resept)

Yağladığımız lavaşı üzbəüz qıraqlarını üst-üstə çıxmamaq şərtilə qatlayırıq.

Kartoflu konvert (foto resept)

Yenidən lavaşın o biri qıraqlarını üzbəüz qatlayın, amma nəzərə alın ki, qatladıqdan sonra dördkünc forma alınsın. Şəkildə göründüyü kimi.

Kartoflu konvert (foto resept)

Sonra lavaşın künclərini uc-uca gətirin və yenidən geri qayıdınki hər tərəfdən içərisi çuxur yer kimi qalsın.

Kartoflu konvert (foto resept)

İçərisinə püredən yayırıq.

Kartoflu konvert (foto resept)

Üz-üzə olan küncləri qatlayıb, hər açıq yeri tikiş kimi bərkidirik, ağzını kip bağlayırıq ki, püre görünməsin.

Kartoflu konvert (foto resept)

Tavaya yağ tökürük, yağ qaynar olduqdan sonra içərisinə atıb, iki tərəfli qızardırıq.

Onu doğrayıb yeyə bilərsiniz, kimisi marinada qoyulmuş pomidorla, kimisi qatıqla yeyə bilər. Zövqünüzə bağlıdır.

Kartoflu konvert (foto resept)
Nuş olsun!
28 mart 2014
GO BACK