Zülallar
Bədənin bütün hüceyrələrinin quruluşunda rol alan zülalların ən kiçik vahidi aminoasitlerdir. Amin turşularının bir qismi bədəndə olmur və çöldən alınmaq məcburiyyətindədir. Bu əhəmiyyətli maddələrin kafi miqdarda alınması hamiləlikdə çox əhəmiyyətlidir.
Zülal alınması çox əhəmiyyətlidir
Şəkərlər və yağlar: bütün şəkərli qidalar bədəndə qlükoza, frukoz və galaktoz olmaq üzrə üç ayrı hissədən birinə parçalanır. Şəkərli qidaların əsas funksiyası bədəni enerji ilə təmin etməkdir. Bədəndə şəkər anbarları qaraciyərdə olur. Şəkərlər qidalarda geniş şəkildə olduqda şəkər əskikliyi əlamətləri görülməsi çox nadirdir və hamiləlik dövründə şəkərli qidaların çox miqdarda alınmasının sizə və körpənizə faydası yoxdur. Bütün yağlar parçalandıqda yağ turşuları adı verilən maddələrə çevrilir. Bu yağ turşuları enerji anbarı yaratmaq funksiyaları ilə yanaşı, hüceyrə pərdəsinin quruluşunda da əhəmiyyətli rol oynayır.
Kalsium
Kalsium sümük və dişlərin möhkəm olmasında və qorunmasında əsas maddədir. Ayrıca, əzələ toxumalarının sıxılma funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rolu vardır. Qanın laxtalanmasının təmin edilməsində də əhəmiyyətli vəzifələri var. Qanda hər zaman müəyyən sərhədlər içərisində kalsium var. Ehtiyac olduqda lazım olan kalsium sümüklərdəki anbarlardan təmin edilir. Bətninizdəki körpənin skelet sistemi və dişlərinin inkişafı baxımından kafi dərəcədə kalsium almaq vacibdir. Bu ehtiyacı qarşılamaq üçün nizamlı qidalanmadan əlavə gündə ən azı bir stəkan süd içməniz lazımdır. Süd içə bilməyən ana namizədləri kalsiumu pendir, qatıq ya da digər süd məhsullarından ala bilərlər. Xüsusilə üçüncü trimesterdə körpə skelet sistemi və dişlərinin inkişafının ən sürətli mərhələsindədir və kalsiuma ehtiyacı əhəmiyyətli dərəcədə artır. Bu dövrdə kalsium ana namizədinin sümüklərində süd istehsalında istifadə edilmək üçün yığılır. Balanslı qidalanan ana namizədində kalsium əksikliyi əlamətləri nadir olaraq müşahidə edilir. Hamiləliyin son dövrlərində ayaqlarda görülən sıxılmalar kalsium tərkibli dərmanlarla müalicə edilə bilir. Günəş şüalarından faydalanma fürsəti çox olmayan (qapalı yerlərdə işləyən), D vitamini və kalsiumu ala bilməyən ana namizədlərində ağır hipokalsemi (qanda kalsium düşmə) və buna bağlı olaraq bədəndə istəksiz tetanik sıxılmaların ortaya çıxması mümkündür. Ancaq hal-hazırda bu faktlara çox nadir hallarda rast gəlinir.
Dəmir
Dəmir qırmızı qan hüceyrələrinin içində olan və hemoqlobin (həm dəmir) molekulunun əsas hissələrindən biridir. Hamiləlik vaxtında qan həcminin 50 % artdığı nəzərə alınsa, nizamlı dəmir qəbulunun nə dərəcə əhəmiyyətli olduğu aydın olar. Xüsusilə hamiləliyin son 6 həftəsində körpə həyatının ilk 6 ayında ehtiyacı olan dəmiri almaqdadır. Bunun əhəmiyyəti böyükdür, çünki ana südü körpənin bütün dəmir ehtiyacını qarşılaya bilmir. Ana namizədlərinin hamiləliyin ilk yarısından sonra nizamlı olaraq gündə 30-60 mq elementar dəmir almaları tövsiyə edilir. Hamiləlik əsnasında istifadə edilən dəmir dərmanları bəzi ana namizədlərində ürək bulanması, mədə yanması ya da qəbizliyə səbəb ola bilər. Bu mənfi təsirlərin daha yüngül yaşanması üçün dəmir dərmanlarını yatarkən almaq lazımdır. Dəmir dərmanları bəzi ana namizədlərinin nəcisinin qara rəngdə olmasına səbəb ola bilər. C vitaminindən zəngin qidalar (pomidor, sitrus bitkiləri) ya da süd məhsulu olmayan, kalsiumdan zəngin qidalar (brokkoli, badam kimi) dəmirin sorulmasını artırır. Dəmirlə zəngin qidalar qaraciyər və böyrək, qırmızı ət, yumurta sarısı, quru meyvələr, alma suyu, göy noxud, ispanaq, paxla, mərcimək, badam, qoz kimi qidalardır. Ancaq yenə də bu qidalar hamiləlikdəki gündəlik dəmir ehtiyacını tam olaraq qarşılaya bilmir, bunun üçün də hamiləlikdə dəmir müalicəsi almaq məsləhət görülür.
XƏBƏR LENTİ
“Kurtlar Vadisi Vətən” təqdim olundu: Polad Ələmdar həyat yoldaşı ilə qala gecəsində
Kahının inanılmaz faydaları
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Souslu kotlet (foto resept)
Sabahın HAVASI
Yeni planet kəşf edildi
Apple və Google məlumatları paylaşır
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Serenayın bu fotosu "like" atəşinə tutuldu
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Mehriban Əliyeva UNESCO-nun Baş direktoru ilə görüşüb - FOTO
Göylər eşqim qədər mənə əzizdir..
Kəpəkli saçlar üçün maska
Qədərində yeyin, sağlam olun!
Südlü şirniyyat (foto-resept)
"Güldür Güldür" Şousu faciə ilə bitdi!-FOTO
DİM buraxılış imtahanı ilə bağlı komissiya yaratdı
Təbii antibiotiklər
Azərbaycan otellərinin 1 gecəlik qiyməti - ŞOK
Azərbaycanda peşə məktəblərini bitirənlərə müjdə
Putin səsvermədə birdəfəlik qələmdən istifadə etdi-VİDEO
Saçlarınız üçün lazım olan qidalar
Doğuşdan sonra idman
Dişlər onurğa sınığı olan pasiyentləri həyata qaytaracaq
Kartof pirojnası (foto resept)
Məşədi İbad yeganə əxlaqlı adamdır...
Məşhur ekstrasens Koronavirusun Bitəcəyi Tarixi Açıqladı
Bayram süfrəniz üçün pendirli şam ağacı(foto resept)
Bunları bilirsinizmi?
Yeni avtobuslar gəlir
Jan-Klod van Dam Türkiyədə idman mərkəzləri açacaq
Toyuq içalatından peraşki (foto resept)
Fahriye və Burakın övladına milyonluq təklif
Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu
HAVA necə olacaq?-16 yanvar
Sızanaq izlərini yox edən maskalar
Torta Mikki Maus görünüşünün verilməsi
50 yaşlı nənə dördəm doğdu - FOTO
Gözəllik üçün maskalar
İstirahət gününün hava proqnozu
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Limonlu maffınlər (foto resept)
Bürclər necə üzr istəyir?
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
İrem Derici şikayətləndi
Antonio Vivaldi
Bu məkanda insan 1000 il yaşaya bilər
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Sadə mantı (foto-resept)
- ŞƏRHLƏR