Hər faydalı sistemin yararlı olan xüsusiyyəti sömrüldüyündə, bədliyə istifadə edildiyində zərərli bir sistemə çevrilir. Yemək yemə gözəldir, hər bir qidada hər bir miqdarda mineral, vitamin, vücud üçün lazım olan protein, karbohidrat və yağlar mövcuddur. Vücuda qəbul edilən qidaları həzm edərək uygun forma salarıq və vücudun lazımi yerlərinə bu həzm edilmiş mikro qidaları göndərərək onlardan faydalanarıq. Qidalar enerji verir. Vücudu təmir edir, xəstəliklərə qarşı müqavimətimizi artırır, yəni qidalar vücud üçün faydalıdır. Bəs bu faydalı fəaliyyət necə pisə istifadə edilir? Nə az, nə də çox, ehtiyacımız qədər, yəni ölçüsündə yemək yemə ən ideal üsul kimi düşünə bilərik. Bəs ölçüsündə yemək yemədiyimizdə vücudumuzda nələr baş verir? Az yeyərsək və ya oruc tutarsaq nə olar? Çox yeyərsək nə olar? Köklük və bitmək bilməyən xəstəliklər Bəzi qidalar yuxarıda bəhs etdiyimiz bir çox fayda ilə bərabər istifadə edildiyində həzz verir. Bəziləri isə biz fərqində olmadan asılılıq yaradır. Yüksək miqdarda şəkər və karbohidrat tərkibli təbii qidalar da bu qrupa girir, asılılıq yaradır. Bir mağazadan satın ala biləcəyiniz hər hansı bir şey, peçenye, cipsi kimi paketli məhsullar, bütün unlu məmulatlar, çörək, makaron, plov kimi yeməklər çox az müddətlik enerji verər və vücud tərəfindən istifadə edildikdən sonra yenidən ehtiyac hiss edilər. Çoxumuz ideal çəkimizin üstündə olduğumuz halda üç yemək vaxtı yemək yeyib, bu azmış kimi bir dəatışdırmalıq istəyərik. Bunun səbəbi ac olmağımız, vücudumuzun enerjiyə ehtiyacı olması deyil, başda şəkər olmaqla, digər karbohidratlara olan asılılığımızdandır. Şəkər və yüksək karbohidratlı qidalar istifadə etdiyimizdə beynimiz bizə “ hmm o nədir elə mükəmməlmiş” mesajını verir. Bunun səbəbini isə minlərcə il əvvəlki müddətdə, bu cür yüksək şəkər və karbohidrat tərkibli qidaları asanlıqla əldə etməməmizdir. Düşünün vəhşi meşədə tapdığınız bitkilər, bəlkə mövsümə görə bir – iki göbələk, digər heyvanlar tərəfindən öldürülmüş heyvanların leşləri, o gün qismətimizdə nə varsa. Beynimizin zamanında nadir hallarda istifadə edilən bu qidaların verdiyi “ 10 dənə olsa 10 dənə yeyərəm” mesajını səhv izah edər. Gözəllikləri somrulan hər sistemdə olduğu kimi burada da, nəticə bəzi zaman həddən çox çəki, bəzi vaxt immune sistemi çökmüş bir bədən, ürək narahatlıqları, şəkər xəstəlikləri və s. siyahını uzatmaq olar. Amerika Milli Yaşlanma İnstitu, Neyrologiya araşdırma mərkəzi müdiri Dr. Mark Mattsona görə üç vaxt yemək və arada atışdırmalarla keçən “ vərdiş halı bəslənmə şəkili” həm qida sektorunun, həm də ilac sektorunun cibini dolduran bir yanaşmadır. Bəs o nə edək? O qədər yeməyib acmı qalaq? Ac qalarsaq ölərikmi? Sadəcə 10000 ildir məskunlaşdığımız həyatda, bir əkinçi cəmiyyəti olaraq yaşayırıq və bu an dünyada hal-hazırda gün heç doymadan keçirən insan sayı bir neçə “milyard” dan çoxdur. Yəni daim əlimizin altında bizi doyuracaq yeyəcəklərin olması yeni hal və bəzi insanlar üçün hələ də bir xəyaldır.
Son illərdə edilən aclıq, oruc, fasiləli orucun təsirlərini incələyən elm adamları vücudun və beynin ac qalma halına mükəmməl adaptasiya olduğunu göstərirlər. Cənubi Kaliforniya Univeristetində aparılan və ötən iyun ayında nəşr olunan təcrübə nəticələrinə görə oruc tutmaq vücudun hüceyrələrə “ yenilənmə” mesajı verməsini təmin edir. İlk növbədə vücud enerji təsərrüfü etmək tərəfdən bəzi həmlələr edir. Vücudumuz qida çoxluğunda böyümə, qida azlığında və ya yoxluğunda isə böyüməni dayandıraraq təmir sisteminə keçir. Məsələn aclıqda, vücud hal-hazırda zərər görmüş və yaşlanmış immun sisteminə aid hüceyrələri parçalayır. Beləliklə, buradan enerji əldə edilir. Digər tərəfdən hüceyrələrimizdə zərər görmüş DNT –lər təmir edilməyə başlayır. Buda dolayı olaraq DNT –sı pozuq hüceyrələrin nizamsız bölünməsi nəticəsində yaranan xərcəngi qabaqlayır. Beyində isə, aclıq yeni beyin hüceyrələrinin törəməsinə, protein sintezini artıraraq var olan beyin hüceyrələrin bir-biri ilə əlaqəsinin güclənməsinə səbəb olur. Bunlar əslində hafizənin güclənməsi və yaşlılıqda meydana çıxan beyin xəstəliklərinin yaranmasını əngəlləmək üçün vacibdir. Bəs aclıq sonrası vücuda təkrar qida girincə nə olur? Aclıqla aktivləşən kök hüceyrələrindən yeni immun hüceyrələri törəyir və beləliklə, köhnə və zəifləmiş hüceyrələrin yerini yeni hüceyrələr alır, immun sistemimiz güclənir. Ac qalmaq asanmı? Aclıq üçün təklif edilən bir üsul həftədə iki günü az yemək yeyərək keçirməkdir. 7 günlük bir proqram düşünüldüyündə ilk iki gün normal yeməklərimizi yeyirik, sonra üçüncü gün sadəcə 500-600 kalori əistifadə edirik, dördüncü gün normal, beşinci gün yenə 500-600 kalori, altıcı və yeddinci günlər yenə normal yeyirik. 500-600 kalori istifadə edilən günlər yağ və proteini yüksək ( məsələn yumurta), karbohidratı az qidalar yemək vacibdir. Daha əvvəl qeyd etdiymiz kimi karbohidratlar tez enerji yaratsada tez istifadə edilir və aclıq hissi dərhal baş qaldırır. Digər bir metod isə sadəcə səhər 11-ilə axşam 7 arası yemək yeməkdir. Bu üsulun digər bir adı da fasiləli orucdur. 30 yaşını keçmiş, idman həyatı olmayan şəxslər üçün əslində iki vaxt yemək yetərlidir. 11-dən sonra gec bir qəhvəaltı ya da bir başa günorta yeməyi, sonra da erkən şam yeməyi şəklində iki vaxt yemək yeyilə bilər. Axşam 7-dən səhər 11-ə qədər təxminən 16 saat vücuda qida girməməsi ilə bağlı olaraq yaranan aclıq sayəsində vücuda “ yeniləmə” mesajı verə biləcəkdir. Az yeyib, yediklərimizdə seçici olarsaq, immuntetimiz güclənər və daha az xəstələnərik. Yaşamaq üçün yemək yemək təbii ki, şərtdir. Xərçəng, Altsaymer, Parkinson, ürək narahatlıqları, həzm pozuqluqları, artıq çəkilər qapımızı döymədən yemək yemə vərdişimizi yenidən gözdən keçirməliyik. Yemək yeyərkən ağzımıza apardığımız hər loxmanın bizəmi, yoxsa başqalarınamı? Faydalı olduğunu düşünmək lazımdır. Və ona görə hərəkət etmək üçün hələ də, vaxtımız var.
Dinçer Özaran
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR