Türkiyəli dietoloq Mürşüd Özener orucun bir çox xəstəliklərin müalciəsində effektli təsiri olduğunu bildirib
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi yağların yandırılması nəticəsində şəkər və xolesterin səviyyəsinin yaxşılaşdığını deyib:
"Orucun immunitetə bir çox faydası var. Gündəlik həyatda çox enerji verən qidaları yemək insanlarda zamanla insulin müqaviməti, köklük və şəkər xəstəliyinin inkişafına səbəb olur. Qənnadı məhsullar, şəkər nisbəti yüksək olan meyvələr, xəmir xörəkləri, ağ çörək, plov kimi ərzaqlar qara ciyəri yağlandırır. Beləliklə, orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir və öz funksiyalarını yerinə yetirə bilmir. Oruc qaraciyərin işini asanlaşdırır və tarazlayır. Bədən yenidən daha mühüm funksiyalarına yönəlir, orqanizmin infeksiyalarla mübarizə və özünü xəstəliklərdən qoruması asanlaşır. Orqanizminin oruc tutduğunu insan bütün qida maddələrini tamamilə həzm etdikdən sonra anlamağa başlayır. Bu vəziyyət qanda şəkərin səviyyəsini aşağı salaraq orqanizmdə halsızlıq və süstlük, baş ağrısı, ürəkbulanmanın əlamətləri ilə özünü göstərir. Orqanizm enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəlir. Daha sonra enerji mənbəyi kimi bədəndə və qaraciyərdə toplanan yağlardan istifadə edir. Yağların yandırılması ilə həm artıq çəkilər gedir, həm də şəkər və xolesterin səviyyəsi yaxşılaşır”.
Dietoloq Ramazan ayında bədənin uzun müddət susuz qalması və onun təsirlərini haqqında fikirlərini belə ifadə edib:
“İnsan bədəni gün ərzində 2 litr suya ehtiyac duyur. Odur ki, imsakda və iftarda su çox için, bitki çaylarına, duzsuz ayran və az şəkərli kompotlara yer verin. Qazlı və çox şəkərli içkilər qəbul etməyin. Orqanizmin karbohidrat ehtiyacı isə aşağı karbohidratlı qidalarla qarşılanmalıdır.
Paxla şorbası, tam taxıllı çörək, bulqur plovu, xurma və az şəkərli alma, çiyələk kimi meyvələr yeyilməlidir. Orqanizm üçün lazım olan zülal ehtiyacını da yüksək zülal tərkibli ərzaqlarla qarşılamaq lazımdır. Məsələn, yumurta, qatıq, balıq, toyuq və ət, ya da yaşıl mərci kimi məhsullara üstünlük verilməlidir.
Bədənin yağ ehtiyacını zeytun yağı, yaxud da fındıq və qoz kimi çərəzlərlə qarşılamaq olar. İftarı 1-2 stəkan su, 1 xurma və ya 2 qaysı, 1-2 zeytun və ya 2 qoz ilə açmalıyıq. Daha sonra həzm sistemini asanlaşdırmaq üçün 1 kasa şorba, bir dilim qara lavaş və ya 1 dilim tam taxıllı çörəklə açmalıyıq. Yeməyə bir az fasilə verdikdən sonra da 1 boşqab ətli qiymə, toyuq, balıq, ya da paxla yeməyi ilə yekunlaşdırın. İftara tərəvəz salatını da daxil etməliyik. Mədə və həzm xəstəliklərinin qarşısını almaq üçün tərəvəzləri buxarda bişirin və ya qaynadın. Qızartma və ağır şirniyyatlardan uzaq durmağa çalışın. İftardan sonra 2-3 saat meyvə və qatıq və ya bir pay südlü şirniyyat yeyin”.
Mürşüd Özener onu da əlavə edib ki, oruc tutan şəxslərin imsakda durması vacibdir:
“İmsakda su çox içməliyik ki, orqanizm zəifləməsin. Keyfiyyətli protein tərkibli yumurta, az duzlu pendir, şor və ya bir stəkan süd, 3 qoz və ya 1 qaşıq zeytun yağı ilə tam taxıllı çörək yeməliyik. Sellüloz mənbəyi olan xiyar isə gün ərzində yarana biləcək qəbizliyin yaranmasına mane olacaq. Qara çayı çox dəmləməyin. Şoraba zeytun, turşu, pendir kimi duzlu qidalar susuzluq hissi yarada bilərlər. Meyvə qrupundan da 1 ədəd meyvə yemək olar. Səhər yeməyi yeyə bilməyənlər doyurucu olması üçün imsakda ən azından bir kasa yaşıl mərci şorbası ilə zeytun yağı əlavə edilmiş çoban salatı yeməlidir ki, bədən zəifləməsin”
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sırğa modelləri
Koronavirusa qarşı ömürlük immunitet qazanmaq olar?
Təbii gözəllik vasitəsi: Hind Yağı
Bayraq küləyə tab gətirməyib
Müslüm Gürses 21 milyona film çəkdi-FOTO
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
“McDonaldКјs” işçisi- 1600 dollar ziyan vurub
Sərnişinlərə şad xəbər: “Sahil” stansiyası...
Bu qadağa da ləğv olundu
Göz yaşlarının intiharı
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
İlk iş gününün hava proqnozu açıqlandı
Günün ulduz falı
Muğanbank İsmayıllı rayonunda yaşıllaşdırma aksiyasında iştirak edib
Əhvalı yüksəldən məşğuliyyət
Çanta modelləri
Sualtı jim üzrə yeni rekord vuruldu - VİDEO
Tatlısəsdən evlənmə təklifi-FOTO
Kəsmikli tort (foto resept)
Qadın idmançımız Avropa çempionatının finalında
Dəriyə parlaqlıq verən ərzaqlar
Bərbərxana və gözəllik salonları yenə bağlı qalacaq?
Şokoladlı tort (foto resept)
Bu da yeni Nissan Qashqai
Pamelanın 12 günlük keçmiş əri yenidən nişanlanıb
Avropa İttifaqı sərhədlərin açıldığı ölkələrin sayını azaltdı
Seriala baxıb evdən qaçan qadınlar
48 saat dayanmadan oyun oynadı-FOTO
Günün qoroskopu: Sevdiklərinizə zaman ayırın
Doğru insanı tapdığınızı göstərən işarələr
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Bu ölkədə insanları elektron bilərzik vasitəsilə izləyəcəklər
İran şahının qapısını dəvətsiz açan azərbaycanlı - Əbdül Hüseynov
HAVA necə olacaq?
Bu ölkə gözəl qadın "fabriki"dir
Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur
Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran xəstəxanasında ölən körpənin yaxınlarına kömək edib
3 günə arıqladan banan pəhrizi
Ana-atalığın verdiyi məsuliyyət hissi
Ərəb şeyxi rəsmi qarşılandı
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
Dazlaşma problemi olanlar, çarə tapıldı
Bazar, mağaza və yarmarkalar belə fəaliyyət göstərəcək - RƏSMİ
Lolita qonorarını açıqladı
Geyim kombinasiyaları
Erməni cərrah: “Ermənistan hərbçiləri arasında ölən və yaralananlar həddən artıq çoxdur”
2017-nin dəbli şərfləri
Arıqladan kokteyllər - RESEPTLƏR
Körpə biskviti ilə kökəlmə
Ürək üçün ideal MƏHSUL















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]