Növbəti iş həftəsinin ilk iş gününün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin gözlənilir. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-11° isti olacaq.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir piramida 5 milyard dollara başa gəlir
Azərbaycanda pensiyaçıların kreditləşməsi dayandırılıb
Bu gün Yel çərşənbəsidir
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Günün ulduz falı
İmtahan nəticələri açıqlandı
Bərdənin intiqamı döyüş meydanında alındı - ANBAAN VİDEO
Xəzərdə zəlzələ olub
Azərbaycanda zəlzələ olub
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Çilidə sunami: ölənlər var
150 dollarlıq yığcam smartfon
“İnstaqram”da Yenilik!
“Dovşan”ı 154 milyona satdı - FOTO
"Arka sokaklar"ın Mesutu yenidən ata olacaq
HAVA necə olacaq?-28 noyabr
"İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlandı
Siz kimi məsləhət görürsünüz?
Nüsrət sərvətini açıqladı - Şok rəqəmlər
Sızanaqlardan sonra olan ləkələrə son
127 yaşlı Eyfel
Halit Ergençdən Ozan Güvənlə bağlı gözlənilməz addım - FOTO/VİDEO
Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Body-art
Qadın idmançılarımız dünya reytinqində birinci oldular
Məşhur aktrisa diqqət çəkdi-FOTO
İraqda bir ailəni tarixdən sildilər: bir gecədə 18 nəfər güllələndi
Bu üsul sizi bəyaz dişlərə qovuşduracaq
Magistraturada boş yerlər qalıb
Çiyələkli, bananlı şeyk (foto resept)
Zayn Malik dayı olacaq-FOTO
Azərbaycan muğamını elmi cəhətdən öyrənəcək yeni şöbə yaradılır
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi -Siyahı
Pul haqqında 7 səhv fikir
DSMF sədri sığorta-pensiya sistemində gözlənilən islahatların əsas istiqamətlərini açıqladı
Azərbaycan əhalisinin sayı açıqlandı
Milli Qəhrəman Çingiz Qurbanov haqqında film
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
Xərçəngdən qoruyan vitaminlər
Hovuzda üzərkən gözlərinizi infeksiyadan qoruyun
Sxem üçün ərizə verildi
İran XİN: “Silah aparılması üçün ölkəmizin ərazisindən istifadə edilməsinə əsla icazə vermərik”
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
300 milyon dollarlıq rəsm
Antibakterial sabunların hansı mənfi təsirləri var?
Girovlarımıza azadlıq
Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO/FOTO
Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib - VİDEO














