10:31
Çili sahillərində güclü zəlzələ baş verib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidməti zəlzələnin dənizin 20,1 kilometr dərinliyində baş verdiyini və 8,2 bal gücündə olduğunu açıqlayıb. Episentr Çilinin şimalındakı İkike liman şəhərinin 100 kilometrliyinə təsadüf edib.
Təkanlar Qrinviç üzrə saat 23:46-da qeydə alınıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində 5 nəfər - 4 kişi və 1 qadın ölüb. Ölənlərdən 3-ü dağıntılar altında qalıb, 2-si isə infarkt nəticəsində dünyasını dəyişib.
Təkanlar nəticəsində okeanda sunami əmələ gəlib. Çili Hərbi-Dəniz Donanması 2,3 metr hündürlüyündə ilk sunami dalğasının zəlzələdən 45 dəqiqə sonra sahilə çatdığını açıqlayıb. Hakimiyyət orqanları sahillərdəki yaşayış məntəqələrinin əhalisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.
Ölkənin bəzi yerlərində torpaq sürüşmələri də baş verib, bəzi yollar kəsilib. İkike şəhərindəki qadın həbsxanasında cəza çəkən 300 məhbus qaçıb. Hələlik onlardan yalnız 16 nəfəri yaxalanıb.
-----------
10:11
Çilinin İkike şəhərində aprelin 1-də axşam baş vermiş güclü zəlzələdən sonra qadın həbsxanasından kütləvi qaçış baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Çilinin daxili işlər naziri Rodriqo Penyaililoya istinadən xəbər yayıb.
DİN-in məlumatına görə, həbsxanadan eyni vaxtda 300-dən artıq dustaq qaçıb. Hakimiyyət hələlik onlardan 16 nəfərini tutmağa nail olub. İlkin məlumatlara görə, islah müəssisəsinin bir hissəsi yeraltı təkanlar zamanı dağılıb ki, bu da kütləvi qaçış üçün şərait yaradıb.
KİV xəbər verir ki, Çilidəki zəlzələ zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Hündür binalara ziyan dəyməyib.
Bir qədər əvvəl hakimiyyət sunami təhlükəsi ilə əlaqədar ölkənin bəzi sahilyanı rayonlarından əhalinin köçürüldüyünü elan edib.
Çilinin Milli Seysmoloji Mərkəzinin dəqiqləşdirilmiş məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub.
----------
09:05
Çili sahillərində 8.2 bal gücündə zəlzələ baş verib.
APA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Xidməti Çili, Peru və Ekvador üçün sunamı təhlükəsi elan olunub.
Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Çilinin liman şəhəri olan İkike şəhərindən 86 km şimal-qərbdə yerləşib.
Sunami təhlükəsi ilə əlaqədar olaraq ölkə rəhbərliyi sahilyanı rayonların köçürülməsi barədə elan edib.
Rəsmi qurumların məlumatına görə, insan tələfatı yoxdur və binalara ciddi zərər dəyməyib.
Milli.Az

XƏBƏR LENTİ
Kral ailəsi Bekhemi seçdi
Kabaklı kotletlər (foto resept)
Elm yoxsulluğunun yaratdığı dəhşət
Dekorasiya ideyaları
Citroen C4 yeniləndi
Nazirdən pandemiya ilə əlaqədar olaraq şagirdlərin yerdəyişməsi ilə bağlı AÇIQLAMA
Evdə qırmızı dodaq boyasını necə hazırlamalı?
Metabolizmanı sürətləndirən içkilər
İnternet zaman anlayışını dəyişir
Merve Boluğur ilk dəfə yeni sevgilisinin üzünü göstərib
Rayonlara gediş-gəlişin bərpası yalnız bu halda mümkündür
"Rusiya və Türkiyə Qarabağda müharibəyə başlayırlar"
Bitcoin oğruluğu artıb
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kim Çen In komadadır
Arı sancmasında ilk yardım
Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
BÜRCLƏR bizə nə vəd edir?-30 Avqust
DİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Braziliyada beynəlxalq film festivalı başladı
Koronavirusa qarşı vaksinasiyaya əks göstərişi olan xəstəliklər - SİYAHI
İlham Əliyevdən silah mesajı
"Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir
Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Göbələkli şuba salatı (foto resept)
Türkiyənin məşhur serialında erməni tərifi - VİDEO
2011-ci il mətbəx modelləri
Günün ulduz falı
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Saç tökülməsinin qarşısını alan maska
Kənanın qardaşı yenidən evləndi-FOTO
Bu gecə göydən ulduz yağacaq
Qalın topuqlu ayaqqabılar
Məşhur professordan açıqlama: "Xaş yeyin!"-VİDEO
Köhnə əşyaları həyata necə qaytaraq?
Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?
Ağ vərəq
Eyni ölçülü kənd yumurtası almayın
Beren Saatdan Uşaq Açıqlaması-FOTO
2017-nin cins ətəkləri
"Eurovision"da Böyük Britaniyanın niyə sonuncu olduğu bilindi
Koronavirus peyvəndinin satış qiyməti açıqlandı
Yəhudi icmasından Azərbaycana dəstək BƏYANATI
Günün qoroskopu:Dəyişikliklərə hazır olun
Sevgilisini ağlatmaq üçün bunu etdi - FOTO/VİDEO
Kraliça astarı üzünə çevrilmiş paltar geydi
Alişan 2-ci dəfə ata olacaq
Qadın.Netlilərin körpələri-3
İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək - YENİLƏNİB

- ŞƏRHLƏR