ANS PRESS xəbər verir ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İsmayıl Ağayev konfrans haqqında iştiraçılara məlumat verib, ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qondarma “məhkəmə” hökmünə beynəlxalq təşkilatların ikili standartla yanaşdığını bildirib.
Tədbirdə iştirak edən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev və oğlu Babək Əsgərov çıxış edərək girovluqda olan qardaşının azad edilməsi istiqamətində fəaliyyət göstərən,öz etiraz səsini qaldıran Azərbaycan dövləti başda olmaqla bütün təşkilatlara minnətdarlıq edib.
Qarabağ Müharibəsi Veteranları Birliyini sədri Fizuli Rzaquliyev Qarabağ ətrafında sülh danışıqlarının səmərə vermədiyini hamı tərəfindən birmənalı şəkildə qəbul edildiyini söyləyərək, Qarabağın erməni işğalından azad edilməsi istiqamətində Azərbaycanı tez bir zamanda müharibəyə başlamağa çağırıb.
Konfransda çıxış edən akademik Vəli Əliyev, DAK-ın Qərbi Azərbaycan departamentinin rəhbəri Səməndər Mehdiyev, Akif Məmmədov, araşdırmaçı Qafar Çaxmaqlı, XX Əsrin Qadınları İB-nin sədri Mahirə Əmirhüseynova, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Rizazadə, prof. Ənvər Əhməd və başqaları Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, eyni zamanda azərbaycanlı girovlara qarşı qeyri-insani əməllərini qeyd edərək dünya birliyini
işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Konfransda 30-dan çox QHT rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.
Sonda beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul olunub. Sonda qəbul olunmuş bəyanat Beynəlxalq Diaspor Mərkəzi, Dünya Azərbaycanlıları Konqresi, ASİM-DER, Azərbaycan Müharibə Veteranları Birliyi və konfransda iştirak edən digər QHT-lər tərəfindən imzalanıb.
Bəyanatda deyilir: "Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə Azərbaycan ərazisi olan Dağlıq Qarabağda qondarma “məhkəmə” qurularaq, onlar haqda hökm çıxarılmışdır. Bütün dünyanın və beynəlxalq təşkilatların Azərbaycanın ərazisi kimi tanıdığı, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etmək üçün gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və onlara qarşı uydurma “istintaq prosesinin” qurulması və işgəncələrin həyata keçirilməsi beynəlxalq humanitar, hüquq və Cenevrə konvensiyalarının müddəalarının kobudcasına pozulmasıdır.
Azərbaycanlı girovlardan işgəncələr altında ifadələrin alınması və onlara azərbaycanlı olduqlarına görə divan tutulması dünya ictimaiyyətinin diqqətindən yayınmamalıdır. Ermənistan hakimiyyətinin əsl çirkin məqsədi girovlardan təziq vasitəsi kimi Azərbaycana qarşı istifadə etməkdir. 25 ildən artıqdır ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistan dövləti azərbaycanlı əsir və girovlara qarşı eyni, qeyri-insani, bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq işgəncələrini davam etdirməkdədir.
Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə nizamlayıcısı rolunu oynayan ATƏT-in Minsk qrupu hər bir suveren dövlət kimi Azərbaycan Respublikasının da ərazi bütövlüyünü tanıyan BMT-nin Təhlükəsizlik Şurası, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatlar hələ də Ermənistanın işğal siyasətinə göz yumur. Bundan cəsarət alan Ermənistanın, Azərbaycan vətəndaşlarına, dinc sakinlərə qarşı erməni silahlı birləşmələri tərəfindən həyata keçirdiyi hərbi cinayətlər cəzasız qalmaqdadır və onlara heç bir beynəlxalq hüquq müstəvisində qiymət verilməməkdədir.
Ermənistan hakimiyyəti öz təcavüzkar əməllərini, hərbi cinayətlərini ört-basdır etmək məqsədilə Azərbaycan ərazilərində qondarma Dağlıq-Qarabağ rejimi yaratmışdır. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı məhz bu qondarma rejim tərəfindən qurulmuş qondarma “məhkəmə” hökmünün heç bir əsası ola bilməz. Bütün bunları qeyd edərək, Ermənistan hakimiyyətini beynəlxalq hüququn norma və prinsiplərinin məsuliyyətini dərk etməyə və azərbaycanlı girovların dərhal azad olunmasına çağırılmasını beynəlxalq təşkilatlardan tələb edirik.
ATƏT-in Minsk qrupunu, BMT-nin Təhlükəsizlik Şurasını, xüsusilə qərbin aparıcı dövlətlərini ikili standartlardan əl çəkməyə, təcavüzkar Ermənistana qarşı təziqlərin artırılmasına və işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı çıxarılmış qətnamələrin icra edilməsinə çağırırıq."
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Amine Gülşe vida partisi verdi-FOTO
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Ramazan ayının 14-cü gününün duası
Zövqlü qablar
77 kq arıqlayan qadın: "Kimsə inanmırdı, amma bunu etdim" - FOTO
Su krantını açanda dəhşətə gəldi - Şok FOTO
Azərbaycanda çimərliklərin istifadəsi ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Əliyev Ərdoğana qapıları açdı
Bir almanın iki yarısı
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
"Ermənistana əl uzatdıq, lakin əlimiz havada qaldı"
Hande Ataizinin gözəllik sirri məlum oldu
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Can sıxan çatlaqlara son
Kiçik top biskvitlər (foto resept)
Bakıdan İrandakı azərbaycanlılara dəstək
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Google Glass dirçəlir
Lukaşenkonun rəqibi ölkəni tərk etdi
ABŞ-ın peyvəndi nə vaxt hazır olacaq?
Mürəbbələrin faydaları
Nikolas Keycə iki kobra hücum etdi-FOTO
2 kiloqramlıq daş udan şəxs-FOTO
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Oteldən küçəyə pul səpələndi-FOTO
Ətlə ayran birlikdə qəbul edilərmi?
Sitrusların nəhəngi - pomelo
Bergüzar Korel məhkəməlik oldu-SƏBƏB
WhatsApp-da yeni məhdudiyyət
Niyə bəzi insanlar sevgini tapa bilmir?
Selin Dion mahnısını yarımçıq qoydu-SƏBƏB
Bu ölkədə koronavirus 102 gün sonra yenidən baş qaldırdı
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Bakıda külək yenidən coşacaq
Arıqlamaq istədi ölümdən döndü-FOTO
Hava haqqında - 23.09.2013
Təcili inflyasiya tapşırığı verildi
Türkiyənin yeni azərbaycanlı baş naziri
Hazal Kaya şəkər xəstəliyinə tutuldu
Krallıq toyuna Kate Middletonun damğası
Luis Enrike: "Bu varianta əl atmaq fikrim yoxdur"
Amanda 300 yaşlı ruhdan ayrıldı, həyatı alt-üst oldu-FOTO
Stressə yox
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Neslihan düşərgəni zibillərdən təmizlədi-FOTO
Evlər söküləcək, yerində yol salınacaq
Pelin Karahan yenidən rəsm çəkir-FOTO
Hollivud aktyoru qəzaya düşdü
Hitlerin daha bir sirrinin üstü AÇILDI
Kişiləri xəyanətə nə vadar edir?
- ŞƏRHLƏR