Giriş
Bağla

Rihannanın makiyaj sirləri

GÖZƏLLİK / Makiyaj

Rihannanın makiyaj sirləri

Rihanna saçları və makiyajıyla özünə xas bir tərzi olan ulduzlardandır. Bir çox qadın Rihannanın saçlarını və makiyajını heyranlıqla izləyir. Bir çoxları bu makiyajın sirlərini öyrənmək istəyir. Əgər siz də belə qadınlardansınızsa, Rihannanın tərzini əsas götürərək öz xüsusi makiyajınızı edə bilərsiniz. Rihannanın makiyajının necə edildiyi ilə maraqlanırsınız? Elə isə xəbəri sona kimi oxuyun. 

Dərinizi qorumaq üçün nəmləndirici kremlərdən aravermədən, hər gün istifadə etmək lazımdır. Tonal krem süngərini yüngül isladın. Daha sonra tonal kremi ​​bu süngərlə üzünüzə çəkin. Tonal krem bu yolla dəriyə daha rahat yayılır. Rihannanın hamar dərisinin sirri bundadır. 

Rihannanın makiyaj sirləri

Göz qapaqlarına bürünc rəngli tonlarda göz kölgəsi çəkin. Kölgəni yaxşıca yayın. Daha sonra gözlərinizin alt hissələrinə qara qələm çəkin. Eyni qələmlə gözlərinizin üstünə də qələm çəkin. Beləcə, gözlərinizdə bir haşiyə əmələ gətirmiş olacaqsınız. Burada diqqət etməyiniz lazım olan əhəmiyyətli nöqtə isə göz qələmini uzun formada çəkməkdir. Çünki Rihannadakı kimi dartılmış gözləri ancaq belə əldə edə bilərsiniz.

Rihannanın uzun kirpiklərinə həsəd aparırsınız? O zaman siz də onun sirlərindən istifadə edib həcmli kirpiklərə sahib olun. Kirpiklərinizin həcmli olması üçün kirpik üçün tuşu ikiqat çəkin. Kirpik üçün tuşu kirpiklərinizi qıvıraraq çəkin.

Rihannanın makiyaj sirləri

Şaftalı tonlarındakı ənliyinizi almacıq sümüklərinizi ortaya çıxaracaq şəkildə çəkin. Fırçanın köməyi ilə ənliyi yuxarıya doğru çəkin. Bu, üzünüzü daha canlı göstərər. Ənliyi aşağıya doğru çəkmək yanlışdır.

Rihannanın makiyaj sirləri

Rihanna adətən şaftalı tonlarındakı dodaq boyasından istifadə edir. Özəl gecə və günlərdə qırmızı tonlarını da seçir. Rihannanın makiyajında dodaq boyasının rəngi ilə göz kölgəsinin rəngi çox vaxt eyni tonlarda olur. Dodaqlarınız üçün şaftalı tonu ilə yanaşı, mərcan, qırmızı tonlarında dodaq boyalarını da seçə bilərsiniz. 




Şərhlər (38)

Sadəcə Azər Sadəcə Azər 2 May 2015 17:17 Cavab yaz

Bu xanimin gozleri hemise gozel olur
SS,, SS,, 5 February 2015 08:52 Cavab yaz

nedense bunu beyenmirem
gunay36 gunay36 29 January 2015 09:29 Cavab yaz

Gözel xanimdi. Qarabugdayi xanimlar bir basqa gözel olur. Tesekkurler .
Pervane01 Pervane01 13 December 2014 22:45 Cavab yaz

Mən hec bəyənmirəm bunu.ÖZü nədiki makyajıda nə ola. biggrin
SS,, SS,, 11 December 2014 16:00 Cavab yaz

bunun nəyi gözəldi
ESNA_2012 ESNA_2012 20 November 2014 22:24 Cavab yaz

Hər kəsə yaraşan makiaj üslubu var məncə
Deniz84 Deniz84 13 November 2014 08:31 Cavab yaz

Hər kəsə yaraşan makiyaj olunsa yaxşı olar. Bu xanım da gözəl xanımdır. Deməli ona yaraşan makiyaj edilir ona. Təşəkkürlər
mango_8645 mango_8645 8 May 2014 23:16 Cavab yaz

Bagişdiyin Amma Guya Rihanna ozu kimdiki bizde onun makyajida ne ola scratch_
gozel eliyeva gozel eliyeva 28 April 2014 23:19 Cavab yaz

Əla Rihannanin kotu makyajinin sirrini oyrendim teşekkür bunun tam tersini etsem gozel olaram wink
Ayten Ismayilova Ayten Ismayilova 10 April 2014 01:58 Cavab yaz

Səsi gözəldir amma nedense ozunu o qederde beyenmirem teşekkurler
minira72 minira72 10 April 2014 01:37 Cavab yaz

Maraqlı xəbərdi təşəkkürlər
ayten memmedov ayten memmedov 22 March 2014 14:24 Cavab yaz

dordun cu sac ne iyrencdi diablo
girl-2014 ayka girl-2014 ayka 18 March 2014 01:30 Cavab yaz

Men neynirem Rihannanin makyajindan eliyem crazy o zeng vurur menden meslehet alir sizede tesekkur ediremki Rihannaya menim elediyim makyajli seklini qoymusuz 1-inci sekildekini men bezemisem yahoo lol Cox saqolun maraqli movzuya gore air_kiss
cinoЕџ18 cinoЕџ18 17 March 2014 21:47 Cavab yaz

Cox sagolun melumatniz maraqli idi tanalni kremn vurulmasi daha maraqliydi
aliyeva.leman aliyeva.leman 5 March 2014 12:43 Cavab yaz

Xosum gelir Rihananin makyajindan yes
aysum97 aysum97 23 February 2014 23:58 Cavab yaz

Lazim deyil mene Rihanna makyaji. ozume ne yarashirsa o!
Aferinesma Aferinesma 23 February 2014 01:49 Cavab yaz

Cox beyenirem onun bob sac stilinn.
nilu nilu 22 February 2014 20:58 Cavab yaz

Rihannanın mahnılarını bəyənirəm,özünü çox da bəyənmirəm,xəbərə görə təşəkkürlər give_ros
Lady_Aylashka Lady_Aylashka 22 February 2014 15:24 Cavab yaz

Siz bunun makyajsiz halini gorsez bu xebere baxmaga qorxarsiz:)))
melek87 melek87 22 February 2014 14:39 Cavab yaz

Makiyajı düzgün etməyi bacarıram görənlər bəyənir.Bu qızda çox gözəl olmasada amma üzünə baxanda nəsə adamı cəlb edir amma bilmirəm nə unknown
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика