
Artıq 2014-cü il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin uğurlu dinamik inkişafı ili kimi qalacaqdır. Azərbaycan 2014-cü ildə də iqtisadi inkişafa nail olub, beynəlxalq mövqelərini möhkəmləndirib. Azərbaycan iqtisadi artım tempinə görə lider mövqeyini yola saldığımız ildə də qoruyub saxlayıb.
Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi, Dördüncü Bakı Beynəlxalq Humanitar və Gənclər siyasəti üzrə birinci Qlobal forumlara ev sahibliyi etməsi, Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının, “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimin, “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsinin, həmçinin ölkədə bələdiyyə seçkilərinin keçirilməsi, Azərbaycanın ikinci süni peykə- “Azərsky”a sahib olması, yeni sənaye müəssisələrinin açılması, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdir. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə beynəlxalq aləmdə etimadın göstəricisidir.
Azərbaycan 2015-ci ilin iyununda birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlara ciddi hazırlıq işləri görülür.
Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm atəşfəşanlıq təşkil edilib.
Bulvar ərazisində müxtəlif yerlərdə quraşdırılan hündür şam ağaclarının bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib.
Dəqiqələr ötdü və xalqımız 2015-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin səmasını əlvan rənglərə boyadı.
Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla və heyranlıqla seyr etdilər.
Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.
Qədəmlərin uğurlu olsun, 2015-ci il.
XƏBƏR LENTİ
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Azərbaycan boksçusu dünya birinciliyinin bürünc medalı ilə kifayətləndi
Kişilərin geyimlərində yol verdiyi səhvlər
Yerə nəhəng asteroid yaxınlaşır
Prezidentin köməkçiləri tanınmış videoblogerlə görüşdü
Uşağın terapiyaya getməli olduğunu göstərən hallar
17 kq-lıq pişiyə yiyə duran yoxdur
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Divarları bəzəyən 3D rəsmlər
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
WhatsApp-da daha bir yenilik
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yeni ildə tənbəl insanlar
Dünyaca məşhur villa satışa çıxarıldı-FOTO
Disney qəhrəmanlarının real həyatdakı bənzərləri
Görmə əlillərinə ağıllı ayaqqabı
Özünüzə nə qədər inanırsınız?(Test)
Sevimli cinsiniz: o da sizi sevirmi?
Birləşmiş Ərəb Əmirlikləri icbari hərbi xidmətə keçir
Paris qadınlarının gözəllik reseptləri
Kəsmikli-gavalılı piroq (foto resept)
Menstruasiya dövründə bunları etməyin!
Asteroid hansı ölkələri məhv edə bilər?
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Həftənin ən yaxşı fotoları
Güclü yağış Gəncədə 12 evi uçurdu
Dünyanın ən böyük sərnişin gəmisi tikildi
Qırmızı mərci sıyığı (foto resept)
Ebru Gündeş Bakıda konsert verəcək
Bir vaxtların uşaq ulduzlarının indiki halı - FOTO
Dəniz suyu da qızardı
Övladımızı oxudaq, əli çörəyə çatsın!?
Borş (foto-resept)
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Azərbaycana yeni iqtisadi təhlükə
Aydan Şener hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir
Karantin qaydalarının pozulması halları ilə bağlı AÇIQLAMA
Qadın din xadimləri də yetişdiriləcək
Qızıldan hicab geyindi, hər kəs ondan danışdı-FOTO
Bakıda güclü isti olacaq
Böyük sinəli xanımlar necə geyinməli
Hamı bu dili öyrənəcək
Milli Televiziya və Radio Şurası təəssüf edir
Qadin.TV ~ TV.Qadin.Net - Artıq istifadənizdədir!
Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı başlayıb
Sinəsini böyütmək istəyirdi həyatı kabusa döndü-FOTO
Vaqif Əsədova polkovnik rütbəsi verildi
Məşhurların tanınmayan nəvələri
Fransa Kuboku: PSJ öz evində biabır oldu















- ŞƏRHLƏR