"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilib.
Milli.Az xəbər verir ki, Azərbaycan Banklar Assosiayasından Trend-ə verilən məlumata görə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinin stimullaşdırılması, habelə bank sisteminin inkişafının sürətləndirilməsi məqsədilə 16 dekabr 2016-cı il tarixində "Nağdsız hesablaşmalar haqqında" qanun qəbul olunub.
Qanunvericilik bazasında aparılan bu dəyişikliklərin bank sistemində nağdsız hesablaşmalar, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə düzgün formada tətbiq edilməsi, vergi tətbiq ediləcək ödəniş əməliyyatlarının, xidmət və xidmət alıcıları ilə bağlı məlumatların müəyyənləşdirilməsi, həmçinin nağdsız hesablaşmaların çərçivəsinin formalaşdırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupu ilə Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələri arasında bir sıra məhsuldar görüşlər keçirilərək qarşılıqlı müzakirələr aparılıb.
Keçirilən görüşlərdə bank ictimaiyyətini yaxından maraqlandıran bir çox açıq məsələlər, o cümlədən elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC kodlar müzakirə edilmiş və aşağıdakı ilkin siyahı müəyyən edilib:
VERGİLƏRİN ÖDƏNİŞLƏRİNƏ CƏLB OLUNAN XİDMƏTLƏR | |||||
No | MCC | Təsvir | Təsvir (azərbaycan dilində) | Visa / Mastercard | Təsvir |
XİDMƏTLƏR (ÖDƏNİŞ ÜZRƏ 18%) | |||||
1 | 0763 | Agricultural Cooperatives | Kənd təsərrüfatı kooperativləri | Visa / Mastercard | Xidmət |
2 | 0780 | Horticultural and Landscaping Services | Bağsalma və landşaft dizaynı xidmətləri | Visa / Mastercard | Xidmət |
3 | 4215 | Courier Services-Air and Ground, Freight Forwarders | Kuryer xidmətləri - hava və quru vasitəsilə, ekspeditorlar | Visa / Mastercard | Xidmət |
4 | 4813 | Key-entry Telecom Merchant providing single local and long-distance phone calls using a central access number in a non-face-to-face environment using key entry | Fiziki kart olmadan yalnız kart məlumatlarının daxil edilməsi ilə aparılan yerli və beynəlxalq zənglərin edilməsi | Visa / Mastercard | Xidmət |
5 | 4814 | Telecommunication Services, including Local and Long Distance Calls, Credit Card Calls, Calls Through Use of Magnetic-Stripe-Reading Telephones, and Fax Services | Telekommunikasiya xidmətləri - yerli və şəhərlərarası zənglər, kredit kartı üzrə zənglər, maqnit zolaqlarının oxunması yolu ilə edilən zənglər və faks xidmətləri | Visa / Mastercard | Xidmət |
6 | 4816 | Computer Network/Information Services | Komputer şəbəkəsi / İnformasiya xidmətləri | Visa / Mastercard | Xidmət |
7 | 4821 | Telegraph Services | Teleqraf xidmətləri | Visa / Mastercard | Xidmət |
8 | 4899 | Cable, Satellite, and Other Pay Television and Radio Services | Kabel, peyk və digər ödənişli televiziya və radio xidmətləri | Visa / Mastercard | Xidmət |
9 | 5734 | Computer Software Stores | Kompüterlər üçün Proqram təminatı proqramları | Visa / Mastercard | Xidmət |
10 | 5960 | Direct Marketing-Insurance Services | Birbaşa marketinq - sığorta xidmətləri | Visa / Mastercard | Xidmət |
11 | 5962 | Direct Marketing-Travel-Related Arrangement Services | Birbaşa marketinq - səyahət - əlaqəli tənzimləmə sistemləri | Visa / Mastercard | Xidmət |
12 | 5967 | Direct Marketing-Inbound Telemarketing Merchants | Birbaşa marketinq - telemarketinqlə bağlı satıcılar | Visa / Mastercard | Xidmət |
13 | 6211 | Securities-Brokers/Dealers | Mühafizəçilər - Brokerlər/ Dilerlər | Visa / Mastercard | Xidmət |
14 | 6300 | Insurance Sales, Underwriting, and Premiums | Sığorta satışı, anderraytinq və sığorta haqqları | Visa / Mastercard | Xidmət |
15 | 7221 | Photographic Studios | Foto studiyalar | Visa / Mastercard | Xidmət |
16 | 7273 | Dating Services | Tanışlıq xidmətləri | Visa / Mastercard | Xidmət |
17 | 7277 | Debt, Marriage, Personal-Counseling Service | Borc, evlilik, şəxsi konsultasiya xidmətləri | Visa / Mastercard | Xidmət |
18 | 7278 | Buying/Shopping Clubs, Services | Alış/Ticarət klubları, xidmətlər | Visa / Mastercard | Xidmət |
19 | 7311 | Advertising Services | Reklam xidmətləri | Visa / Mastercard | Xidmət |
20 | 7321 | Consumer Credit Reporting Agencies | İstehlak hesabları təqdim edən kredit agentlikləri | Visa / Mastercard | Xidmət |
21 | 7333 | Commercial Art, Graphics, Photography | İncəsənət, qrafika, foto | Visa / Mastercard | Xidmət |
22 | 7339 | Stenographic and Secretarial Support Services | Stenoqrafiya və katiblik xidmətləri | Visa / Mastercard | Xidmət |
23 | 7361 | Employment Agencies, Temporary Help Services | İşədüzətmə agentlikləri, müvəqqəti yardın xidmətləri | Visa / Mastercard | Xidmət |
24 | 7372 | Computer Programming, Data Processing, and Integrated Systems Design Services | Proqramlaşdırma, məlumat emalı və inteqrasiya sistemləri üzrə dizayn xidmətləri | Visa / Mastercard | Xidmət |
25 | 7375 | Information Retrieval Services | İnformasiya axtarışı xidmətləri | Visa / Mastercard | Xidmət |
26 | 7392 | Consulting, Management, and Public Relations Services | Konsalting, idarəetmə və ictimai əlaqələr üzrə xidmətlər | Visa / Mastercard | Xidmət |
27 | 7395 | Photo Developing, Photofinishing Laboratories | Foto atelye, foto laboratoriyalar | Visa / Mastercard | Xidmət |
28 | 8111 | Attorneys, Legal Services | Vəkillər və hüquqi xidmətlər | Visa / Mastercard | Xidmət |
29 | 8398 | Organizations, Charitable and Social Service | Müəssisələr, xeyriyyəçilik və sosial xidmətlər | Visa / Mastercard | Xidmət |
30 | 8675 | Automobile Associations | Avtomobil assosiasiyaları | Visa / Mastercard | Xidmət |
31 | 8699 | Membership Organizations (Not Elsewhere Classified) | Üzvlük müəssisələri (Təsnifləşdirmə olmadan) | Visa / Mastercard | Xidmət |
32 | 8911 | Architectural, Engineering, and Surveying Services | Memarlıq, mühəndislik və araşdırma xidmətləri | Visa / Mastercard | Xidmət |
33 | 8931 | Accounting, Auditing, and Bookkeeping Services | Mühasibat uçotu, audit, mühasibat xidmətləri | Visa / Mastercard | Xidmət |
34 | 9402 | Postal Services-Government Only | Poçt xidmətləri - yalnız hökümətə aid | Visa / Mastercard | Xidmət |
No | MCC | Təsvir | Visa/MC | Təsvir | |
SON MƏHSUL ELEKTRON MAL KİMİ QİYMƏTLƏNDİRİLİR (ÖDƏNİŞ ÜZRƏ 18%) | |||||
35 | 5815 | Digital Goods Media - Books, Movies, Music | Rəqəmsal media malları - kitablar, filmlər, musiqi | Visa/MC | Xidmət |
36 | 5816 | Digital Goods - Games | Rəqəmsal mallar - oyunlar | Visa/MC | Xidmət |
37 | 5817 | Digital Goods - Applications (Excludes Games) | Rəqəmsal mallar - mobil əlavələr (Oyunlar istisna olmaqla) | Visa/MC | Xidmət |
38 | 5818 | Digital Goods - Large Digital Goods Merchant | Rəqəmsal mallar - iri rəqəmsal malların satıcısı | Visa/MC | Xidmət |
No | MCC | Təsvir | Visa/MC | Təsvir | |
MƏRC OYUNLARI, LOTEREYALAR VƏ DİGƏR YARIŞLARLA BAĞLI MCC-KODLAR (ÖDƏNİŞ ÜZRƏ 18%, UDUŞ ÜZRƏ 10%) | |||||
39 | 7800 | Government Owned Lottery (US Region Only) | Hökümətə məxsus lotereya (Yalnız ABŞ regionu üçün) | Visa/MC | Lotereya |
XƏBƏR LENTİ
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
Burak və Fahriye oğullarına bu ADI verəcək
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Qarabağda Ermənistan tərəfdən Azərbaycana qarşı vuruşan terrorçuların haradan gəldiyi məlum olub
Bütün dünyanı metro birləşdirəcək? - FOTO
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
10 erməni hərbçisi məhv edildi
Hava haqqında
Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir?
Hamiləlikdə istifadə edə biləcəyiniz bitki çayları
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Almaniyanın ən çox qaçan futbolçusu
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Televizora çox baxmağın yeni riskləri üzə çıxıb
İaşə obyektlərində sanitar qovşaqlardan istifadə qadağan olunacaq? - AÇIQLAMA
Ay və Günəş bundan sonra tez-tez tutulacaq - PROQNOZ
Film üçün tanınmaz hala düşdülər
Uşaqlar hansı hallarda stress keçirir?
Alman kilsəsindən müsəlmanlara dəstək
Şöhrət hərisliyinə düçar olan Suzanna
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Günün ulduz falı
Məşhurların milyon dollara satılan əşyaları
7 yaşlı azərbaycanlı qız dünya çempionu oldu
İrem Helvacıoğlu aylar sonra Etiraf etdi
Onu bağışlamaq olarmı?!
Kamran Əliyev Azərbaycanın baş prokuroru təyin edildi - SƏRƏNCAM
“Kurtlar Vadisi Pusu”nun aktyoru mədəsini kiçiltdi - FOTO
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
Doğulacaq körpənin cinsini açıqladılar-FOTO
Artıq çəkidən necə xilas olmaq olar?
Qat-qat xəmirli börək (foto-resept)
Natalya Podolskaya ikinci dəfə ana olacaq
Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO
Uçan Motosiklet təqdim olundu-FOTO
Axşam saat 20:00-dan sonra bunları yeməyin!
Onu unuda bilmirəm...
Acunun keçmiş həyat yoldaşı Şeymadan danışdı_FOTO
İnstaqramda ən çox izlənilən məşhurlar - Siyahı
Obama məşhurları Ağ evə dəvət etdi
Ridli Skot "Qladiator" filminin davamını çəkməyə hazırlaşır
Qurban Qurbanov: "Nəhayət..."
Daha bir təyyarə yoxa çıxdı
Tavada su börəyi
Qocalmağı gecikdirən maska.
"Makiyajsız çirkinsən" deyən izləyicisini cavabı ilə susdurdu - FOTO
Səbzi plov (foto resept)
Hadisə ailəsini sosial şəbəkələrdən SİLDİ
TOP 5
SORĞU
Qoç bürcü
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.