Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerindən arayış” adlı yeni elektron xidməti istifadəyə verib.
ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, artıq yeni xidmət “Elektron Hökumət” portalında (www.e-gov.az) yerləşdirilib. Eyni zamanda nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində eyni adlı bölməyə daxil olmaqla “Elektron Hökumət” portalındakı həmin xidmətə keçid etmək mümkündür.
Artıq vətəndaşlar işəgötürənə müraciət etmədən, buna vaxt və vəsait sərf etmədən (nəqliyyat xərci) iş yerindən arayış əldə edə biləcəklər. Belə ki, müxtəlif təşkilatlar (dövlət və özəl qurumlar, banklar, məktəblər, bağçalar, səfirliklər və s.) tərəfindən vətəndaşlardan onların iş yerlərinə və əmək haqlarına dair arayışlar istənildiyi hallarda, onlar “İş yerindən arayış” adlı elektron xidməti vasitəsilə onlayn formada bunu əldə edə bilərlər.
Vətəndaşlar yeni elektron xidmətdən istifadə edərək ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün, əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən iş yeri haqqında arayış əldə etmək imkanına malikdirlər. Bununla yanaşı, iki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışdığı halda vətəndaşa hansı iş yerinə dair arayışı təqdim etməsi üçün seçim etmək imkanı da verilir.
Elektron arayışda növündən asılı olaraq işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, həmçinin arayışın etibarlılıq müddəti və s. məlumatlar da dolğun şəkildə öz əksini tapır. Eyni zamanda “İş yerinə dair arayış” adlı növbəti elektron xidmət arayış təqdim olunan quruma bu arayışı formalaşdırmış əmək müqaviləsi bildirişi üzrə dəyişikliklər barədə məlumatı əldə etmək imkanı verir. Lakin bu məlumatın ötürülməsi vətəndaşın razılığı şərti ilə və arayışın etibarlılıq müddətində mümkündür.
Qeyd edək ki, belə bir e-xidmətin istifadəyə təqdim edilməsində məqsəd vətəndaşların real vaxt rejimində və rahat şəkildə arayış əldə edə bilməsinə, bu prosesdə yarana biləcək bürokratik və ya süründürməçilik hallarının aradan qaldırılmasına imkan yaratmaqdır. Həmçinin bu tədbir nəticəsində vətəndaşların qeyd olunan arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyatı şəxslərinə müraciət etmələrinə və kağız formasında arayışları almalarına, beləliklə, onların, eləcə də qeyd olunan şəxslərin müəyyən qədər vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, müvafiq hallarda vətəndaş tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması üçün arayışın təqdim olunduğu qurumlar həmin sənəddə əksini tapan ştrix-kod vasitəsilə "Elektron hökumət" portalında olan "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həyata keçirə bilər. Bununla, arayış təqdim edilən təşkilatlarda vətəndaşın fərdi məlumatlarının dəqiq göstərilməsinə əminlik yaranmaqla, bu və ya digər halda onlara saxta arayışların və qeyri-düzgün, şişirdilmiş şəkildə əmək haqqı məlumatlarının təqdim olunması halı tamamilə aradan qaldırılır.
XƏBƏR LENTİ
Uber maşın yerinə velotaksi göndərəcək-FOTO
Dinim sünnilik yox İslamdır
Yeni "Terminator"o olacaq-FOTO
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Hava haqqında
Mənə bir "hə" de!..
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Hadisenin cavabı gecikmədi:"Onun da..."
Qadınlar kişilərdə olmasını istədiyi 5 xüsusiyyət
Saçları uzadan xardal yağı
Rihanna yeni kolleksiyasını təqdim etdi-FOTO
Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə
Hamiləlikdə ürəkbulanma necə keçər?
Ah, bu meteorizm problemi
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Windows 7 güclənir
Azərbaycan tarixindən yüz şəxsiyyət-53
"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - FOTO
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
"50 Cent" Hollivud ulduzu oldu
Avropalı parlamentari: "Ermənistan işğala son qoymalıdır"
XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır
Yanvarın 12-dək bunlar etsəniz, BÜTÜN İL BOYU... - VACİB TÖVSİYƏLƏR
Günün ulduz falı
"Cəhənnəmdə yan! Əclaf!" - M. Qorbaçovun 85 yaşı tamam olur
22 kilo arıqlayan it
İlham Əliyev Qarabağ atları ilə bağlı sərəncam verdi
Milyarderlərin sayı rekord həddə çatıb
Yaşa görə ideal yuxu müddəti
Frappucino (foto-resept)
FHN-dən novruz bayramı xəbərdarlığı
4 yaşlı “Youtube” ulduzu - FOTO
Bu aktyorların maaşları açıqlandı
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Müəllimlərin bəzək əşyalarına – Qadağa
Fransanın xarici işlər naziri istefa verdi
Ancelina Coli yenə övladlığa uşaq götürür
“Eurovision-2019” -da bu ölkələr iştirak edəcək
Aleyna Tilki dava saldı-VİDEO
Sızanaqlardan xilas olan qadın danışdı-FOTO
II Elizabet həyat yoldaşı Filipp ilə birlikdə Milad bayramını təklikdə qeyd edir
Yeni il süfrəsində 3 səhvi etməyin
Millimizin üzvünün maaşı açıqlandı - Ayda 25 min qazanacaq
Bu günün tarixi (20.10.2014)
"Rembo" komadan ayıldı!
İran XİN Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasını pisləyib
Əlilləri istirahatə göndərdilər
"İstanbullu gəlin" üçün stilini dəyişən aktrisa-FOTO
HAVA necə olacaq?
"Donuz qripi" Azərbaycanın bir addımlığında















- ŞƏRHLƏR