Utandığımız üçün çox vaxt söyləyə bilmərik. Amma meteorizm (qaz) məsələsi əhəmiyyətli tibbi gerçəkdir. Bəzən ağrılı da ola, hətta infarktla belə nəticələnə bilər. Qazı çıxarıb rahatlanmaq imkanı varsa, özünüzü sıxmaq, əslində ciddi bir tibbi problemdir.
Meteorizm necə əmələ gəlir?
Bağırsaqlardakı qaz - azot, hidrogen, oksigen, karbon və metan qazlarından ibarətdir. Yeyilən qidaların həzm edilməsiylə əmələ gəlir. Xüsusilə də hava udulması qazı artırır. Qarında toplanan qaz hər kəsə eyni narahatlığı vermir. Bəziləri qaz toplandıqca çox ağrı və şişkinlik hiss edir, bəziləri isə çox rahat şəkildə xaric edə bilirlər.
Laktozaya qarşı dözülməzlik varsa...
Bu vəziyyətdə süd və süd məhsullarında olan laktoza şəkəri şiddətli qaz yaradır.
Təbii olaraq yeməklərlə yaranan qaz:
Bütün yeməklər həzm sistemində parçalanır və hər kəs yediklərini həzm etdirdikdən sonra az və ya çox da olsa qaz yaranması adi haldır.
Psixoloji səbəblər
"Psixologiyayla meteorizmin nə əlaqəsi var" deməyin, çünki bəzən sağlam qidalansanız belə, yalnız stressə bağlı olaraq bağırsaqlardakı spazm həddindən artıq qaz yaranmasına səbəb ola bilər.
Lifli qidalar
Dənli bitkilər, tərəvəzlər, meyvələr bəzən qaz əmələ gətirə bilər. Xüsusilə qabıqlı yeyilərsə, qaz daha da artar.
Quru paxla və paxlalılar
Quru paxla yeyərkən də meteorizm olur. Səbəbi də içində bədənin həzm edəbilmədiyi iki ədəd karbohidratın olmasıdır. Bakteriyalar bu iki maddəni həzm edərkən qaz əmələ gəlir. Bunlardan metan qazı və karbon pis qoxunun da səbəbidir. Amma bağırsaq xərçəngindən qorunmaq üçün mütləq bol paxlalı qidalar və lobya yemək lazımdır.
Bəzi xəstəliklər
İshal, bağırsaq infeksiyaları, xoralı kolit, həssas bağırsaq sindromu, bəzi parazit xəstəlikləri də meteorizmə səbəb ola bilər.
Süni dadlandırıcılar və bəzi dərmanlar
Mannitol və sorbitol başda olmaqla bəzi dadlandırıcılar, antibiotiklər və bəzi dərmanlar da meteorizmin səbəbi ola bilər.
Nə etməli?
Əvvəlcə hava udmamaq üçün yemək yeyərkən, xüsusilə də tikəni udarkən danışmayın! Yavaş-yavaş, dik oturaraq, kiçik loxmalar halında, çeynəyərək, stressiz bir şəkildə yeyin. Saqqız çeynəmək, yemək əsnasında siqaret çəkmək, borucuqdan istifadə etmək, həddindən artıq soyuq və ya isti yemək hava udmanı artırır. Zirə və zəncəfil qazı azaltmağa kömək edir. Bol isti su içmək, bəzi bitki çayları da müsbət təsir edir. Həkiminizlə məsləhətləşərək lazım olduqda həzmə köməkçi tibbi dərmanlardan da istifadə edilə bilər.
Bundan başqa, qarına saat əqrəbi istiqamətində ilıq küncüt yağı ilə masaj etmək əzələləri rahatlaşdırır və spazmı azaldır. Hətta qazı daha rahat xaric etməyə yardım edir. Qaz sancısında eynilə körpələrin etdiyi kimi qıçları qarına doğru çəkmək də faydalıdır. Qaz çıxsın deyə turşulu, şəkərli, qazlı içkilər içmək səhvdir.
Meteorizmə qarşı bitki çayı
Yarım çay qaşığı razyana toxumu
Yarım çay qaşığı cirə
1 çay qaşığı zirə
1 ədəd mixək
Üşütmə varsa zəncəfil, ağrı varsa çobanyastığı əlavə edə bilərsiniz. Bütün bu qarışığı 1 böyük fincan qaynar suda 4-5 dəqiqə dəmləyib, süzün. Şəkər əlavə etmədən gündə 2-3 fincan içə bilərsiniz.
Köməkçi ədviyyat qarışığı
2 xörək qaşığı zirə
2 xörək qaşığı zəncəfil tozu
1 çay qaşığı qara bibər
1 çay qaşığı keşniş tozu
1 çay qaşığı duz
Hamısını nəm almayacaq şəkildə eynicinsli olana qədər qarışdırın, bağlı bir şüşə qabda saxlayın və yeməklərinizə əlavə edin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bollivud aktyorları (2)
Dünyanın ən bahalı akvarium balıqları
Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər
Kəşf edilmiş güzgü
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Nataliya Oreyro 17 il sonra məktub tapdı-FOTO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Android-li telefonlardan pul oğurlanır
Ayaqları gözəlliyinə kölgə saldı - FOTO
Gəlin makiyajından əvvəl və sonra
Tuşdan istifadə qaydaları
Bu qidalar iştah kəsir
Rostomyan: Məqsədimiz Bakıda himni səsləndirmək idi
Devid Bekhem İlk Dəfə Bunları Açıqladı-FOTO
“Amazon” satıcısız marketlər şəbəkəsi açır
Tehranda ABŞ səfirliyi yenidən açılacaq?
Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO
Bu rayonlar üzrə pensiyalar köçürülür - SİYAHI
Balıq küftəsi (foto resept)
Günün qoroskopu: Uğurlu gündür!
İçi doldurulmuş pomidor (foto resept)
"Yaz günü" salatı (foto resept)
Limon duzu nədir?
Qadınlar arasında şahmat üzrə dünya çempionu bəlli oldu
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur aparıcılar həbs olunur-SƏBƏB
52 min insana şad xəbər - Əmanətiniz geri qaytarılacaq
ABŞ prezidentində koronavirus simptomları yoxa çıxdı
Haqqımızı necə qoruyaq?
Məşhur aktrisa canlı yayımda koronavirusun fəsadlarını nümayiş etdirdi
Krem karamel şirniyyatı (foto-resept)
"Hasarları təcili şəkildə sökmək lazımdır!"
Ingilis dili - XXXIX dərs
Kəbənin üstü örtüləcək, Səudiyyə "açıq İslama" gedəcək
Bergüzar Koreldən ŞOK ADDIM
Heç kimin tanımadığı fotoqraf
Heydər Əliyev Fondu Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırıb - FOTO
Azərbaycanda daha 43 nəfər koronavirusdan öldü: 4268 yeni yoluxma
Cəbhədə əməliyyatlar dayandırıldı
Bulvarda istirahət edənləri "soya" bilməyəcəklər
2019-un şərf trendi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
I Avropa Oyunlarına medianın akkreditasiyası müsbət qiymətləndirilib
Murat Bozdan sevgi açıqlaması
Eminlə Valeriyanın biznesi iflas etdi
Azərbaycan ordusu daha bir əsgərini itirdi
Papiruslar haqqında
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Erməni tərəfi itkilərini etiraf etdi: 27 ölü, 72 yaralı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]