
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.
Milli.Az AzərTac-a istinadən bildirir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə “Azərsu” ASC-nin “+82 Qərb” su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. Xüsusi dizayn əsasında layihələndirilən parkın inşasına bu ilin əvvəllərində başlanılıb və bir ildən də az müddətə başa çatdırılıb.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Layihə çərçivəsində “+82 Qərb” su anbarının giriş və çıxış hissələri də abadlaşdırılıb, seyrangahlar yaradılıb. Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiq edir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması diqqətdən kənarda qalmır. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq işləri görülüb. Burada çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Eyni zamanda, parkın ərazisində iki kafe fəaliyyət göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.
Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. “Yasamal” parkı da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış oldu.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Manatın MƏZƏNNƏSİ
Bəs, Beren Saat hanı?
Dəbli xanımlar üçün ziyafət donları
​Evsizlərə şad xəbər - MÜTLƏQ OXUYUN
Avropa Birliyi Türkiyədəki istefalardan narahat olub
Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"
Səmada uçan NAMƏLUM OBYEKT insanları vahimələndirdi - FOTO
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Jirinovski: “ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır”
Məktəbdə müəlliməyə pul, ya hədiyyə vermək olarmı?
Maliyyə Nazirliyindən hərbiçilərə şad xəbər
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma - RƏSMİ
Ramazan bayramınız mübarək!
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər
Boşandıqdan sonra əridi
Çingiz Mustafayev vətənə qayıdıb
"Facebook" və "Whatsapp"dan növbəti yeniliklər
Alişan restoranda dava saldı-SƏBƏB
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...
Bu günün tarixi (07.09.2015)
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Dinimizdə sevginin növləri
Mustafa Sandalın sirri məlum oldu-FOTO
Bürclərin asılılıqları
Rəssam Nachi Diaz
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Burcu Esmersoyun toyu oldu-FOTO
Bakıda gəzməli hava olacaq
Venesiya Film Festivalından 4 gözəllik trendi
Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
Azərbaycanda nazir oğulları orduya çağırılır
Panik Atakın 30 Simptomu
Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?
Həftəsonu ictimai nəqliyyat işləməyəcək
2019-cu ilin ən varlı adamları - Siyahı
Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi
Cem Yılmaz və Serenay Sarıkayanın yay tətili
Bu günün tarixi (01.09.2014)
Bu şəxslərin maaşları artacaq
"Ustad"dərgisinin 26-cı sayı işıq üzü gördü-FOTO
Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...
Belarusiyanın jürisi Eurovisiondan qovulub-SƏBƏB
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Xərçəngin qrip kimi yayılmasının səbəbi
Duruşunuz sağlamlığınıza necə təsir edir?
Vərəmdən qurtulanların sayı nə qədərdir?
Quş qəfəslərində yaradılan gözəlliklər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]