Rihanna saçları və makiyajıyla özünə xas bir tərzi olan ulduzlardandır. Bir çox qadın Rihannanın saçlarını və makiyajını heyranlıqla izləyir. Bir çoxları bu makiyajın sirlərini öyrənmək istəyir. Əgər siz də belə qadınlardansınızsa, Rihannanın tərzini əsas götürərək öz xüsusi makiyajınızı edə bilərsiniz. Rihannanın makiyajının necə edildiyi ilə maraqlanırsınız? Elə isə xəbəri sona kimi oxuyun.
Dərinizi qorumaq üçün nəmləndirici kremlərdən aravermədən, hər gün istifadə etmək lazımdır. Tonal krem süngərini yüngül isladın. Daha sonra tonal kremi ​​bu süngərlə üzünüzə çəkin. Tonal krem bu yolla dəriyə daha rahat yayılır. Rihannanın hamar dərisinin sirri bundadır.
Göz qapaqlarına bürünc rəngli tonlarda göz kölgəsi çəkin. Kölgəni yaxşıca yayın. Daha sonra gözlərinizin alt hissələrinə qara qələm çəkin. Eyni qələmlə gözlərinizin üstünə də qələm çəkin. Beləcə, gözlərinizdə bir haşiyə əmələ gətirmiş olacaqsınız. Burada diqqət etməyiniz lazım olan əhəmiyyətli nöqtə isə göz qələmini uzun formada çəkməkdir. Çünki Rihannadakı kimi dartılmış gözləri ancaq belə əldə edə bilərsiniz.
Rihannanın uzun kirpiklərinə həsəd aparırsınız? O zaman siz də onun sirlərindən istifadə edib həcmli kirpiklərə sahib olun. Kirpiklərinizin həcmli olması üçün kirpik üçün tuşu ikiqat çəkin. Kirpik üçün tuşu kirpiklərinizi qıvıraraq çəkin.
Şaftalı tonlarındakı ənliyinizi almacıq sümüklərinizi ortaya çıxaracaq şəkildə çəkin. Fırçanın köməyi ilə ənliyi yuxarıya doğru çəkin. Bu, üzünüzü daha canlı göstərər. Ənliyi aşağıya doğru çəkmək yanlışdır.
Rihanna adətən şaftalı tonlarındakı dodaq boyasından istifadə edir. Özəl gecə və günlərdə qırmızı tonlarını da seçir. Rihannanın makiyajında dodaq boyasının rəngi ilə göz kölgəsinin rəngi çox vaxt eyni tonlarda olur. Dodaqlarınız üçün şaftalı tonu ilə yanaşı, mərcan, qırmızı tonlarında dodaq boyalarını da seçə bilərsiniz.