Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən razyananın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Meyvəsinin tərkibində 3-6%-ə qədər efir yağı, onun da komponentlə əsasını, yəni 50-60%-ni anetol, 10%-ni metilxavikol və 20%-ni isə fenxon təşkil edir. Bundan əlavə, efir yağının tərkibində 10-20 % keton-fenxon, pinen, dipenten, cirə aldehidi tapılmışdır. Meyvələrinin tərkibi 12-23% piyli yağdan və 22% olein, linol, palmitin turşularının qliseridlərindən ibarətdir. Razyana meyvələrində şəkər, zülal
maddələri, üzvi turşulardan kəhraba, limon, qatran və s. maddələr də müəyyən edilmişdir. Razyananın yaşıl xammalının tərkibində 0,45-0,47% efir yağı, flavonoidlər və s. maddələr vardır. Yarpaqlarında 6-10 mq% karotin, 50-90 mq% C vitamini tapılmışdır.
Bundan başqa, kökünün tərkibindən 0,7% efir yağı, üzvi turşulardan fumarin, çaxır, qlikol, berqapten, umbelliferon, palmitat, stiq-masterin, stiqmasterin steroidləri, fenolkarbon turşularından koyein, ferul, sinap, prokatexin, vanilin, koric maddələri; yerüstü hissələrindən 0,27-5% efir yağı, 1,24-1,28% kumarin, 0,86-0,9%-flavonoid maddələri, fumarin, alma, çaxır, benzol üzvi turşuları, 0,2-1,1% efir yağı, gövdəsindən 3-qlukozonid, kempferol, 3-qlükozid və 3-qlükozid kversetin, antosianlardan – feruloil və sinapoil efiri, 3-ksilozilqlukozid-korilqalaktozidlər, sinaidin; yarpaqlarından fumar alma, çaxır, benzol uzvi turşular, 0,5-0,9% efir yağı, kversetin, kempferol, 3-qlükuzonid və 3-arabinozid, kempferol, izozamnetin qlükozidi və s. flavonoid maddələri; meyvələrindən fumar, alma, çaxır, benzol üzvi turşusu, 2,4-3% efir yağı, umbelliferon, skopoletin, ksantotoksin, imperatorin, berqapten, marmerin kumarinləri,kversetin 3-qlukozid və 3-arabinozid, kversetin (fenikularin), izo-kversetrin 3-qlükozid, və 3-arabinozid kempferol flavonoidləri aşkar edilmişdir.
Cavan zoğlarından qida kimi istifadə edilir. Yarpaqlarından kulinariyada geniş istifadə olunur. Meyvəsi dərman kimi bir sıra ölkələrin farmakopiyasına daxil edilmişdir. Müalicə məqsədləri üçün razyananın ancaq meyvələrindən istifadə edilir. Meyvələri sentyabr ayında, yetişməyə az qalmış yığılıb qurudulur. Efir yağından hazırlanan cövhər və preparatları müalicə vasitəsi kimi geniş tətbiq edilir.
Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur. Bundan əlavə, razyana meyvəsini dəmləmə və bişirmə formasında da öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edirlər.
Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədirlər. Bu məqsədlə razyana meyvəsini qurudulmuş nanə yarpağı ilə bərabər hissədə dəmləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, meyvəsindən hazırlanan cövhərdən «lakric» preparatının tərkibinə qatqı kimi əlavə edilərək yelqovucu, ödqovucu, sinəyumşaldıcı, sakitləşdirici və öskürək əleyhinə vasitə kimi istifadə edirlər. Razyananın cavan budaq, yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin – efir yağının tərkibi bioloji-aktiv maddələrlə zəngindir. Ondan xiyar, pomidor, kələm, şorba, ətirli çay, qənnadı, ətriyyat, kosmetika, əczaçılıq və sabunbişirmə sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdiricilərə və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə, çörək-bulka sənayesində işlədilir. Razyana toxum və köklərinin hissələrə bölünməsi ilə çoxaldılır. Hazırda əldə edilmiş bir neçə növünü əkib yeyinti, tibb və ədviyyat kimi istifadə edirlər.
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR