Qadin.NET / Razyana haqqında bilmədiklərimiz

Razyana haqqında bilmədiklərimiz

Bu gün  də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən razyananın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.

Razyana haqqında bilmədiklərimiz

Meyvəsinin tərkibində 3-6%-ə qədər efir yağı, onun da komponentlə əsasını, yəni 50-60%-ni anetol, 10%-ni metilxavikol və 20%-ni isə fenxon təşkil edir. Bundan əlavə, efir yağının tərkibində 10-20 % keton-fenxon, pinen, dipenten, cirə aldehidi tapılmışdır. Meyvələrinin tərkibi 12-23% piyli yağdan və 22% olein, linol, palmitin turşularının qliseridlərindən ibarətdir. Razyana meyvələrində şəkər, zülal

maddələri, üzvi turşulardan kəhraba, limon, qatran və s. maddələr də müəyyən edilmişdir. Razyananın yaşıl xammalının tərkibində 0,45-0,47% efir yağı, flavonoidlər və s. maddələr vardır. Yarpaqlarında 6-10 mq% karotin, 50-90 mq% C vitamini tapılmışdır.

Bundan başqa, kökünün tərkibindən 0,7% efir yağı, üzvi turşulardan fumarin, çaxır, qlikol, berqapten, umbelliferon, palmitat, stiq-masterin, stiqmasterin steroidləri, fenolkarbon turşularından koyein, ferul, sinap, prokatexin, vanilin, koric maddələri; yerüstü hissələrindən 0,27-5% efir yağı, 1,24-1,28% kumarin, 0,86-0,9%-flavonoid maddələri, fumarin, alma, çaxır, benzol üzvi turşuları, 0,2-1,1% efir yağı, gövdəsindən 3-qlukozonid, kempferol, 3-qlükozid və 3-qlükozid kversetin, antosianlardan – feruloil və sinapoil efiri, 3-ksilozilqlukozid-korilqalaktozidlər, sinaidin; yarpaqlarından fumar alma, çaxır, benzol uzvi turşular, 0,5-0,9% efir yağı, kversetin, kempferol, 3-qlükuzonid və 3-arabinozid, kempferol, izozamnetin qlükozidi və s. flavonoid maddələri; meyvələrindən fumar, alma, çaxır, benzol üzvi turşusu, 2,4-3% efir yağı, umbelliferon, skopoletin, ksantotoksin, imperatorin, berqapten, marmerin kumarinləri,kversetin 3-qlukozid və 3-arabinozid, kversetin (fenikularin), izo-kversetrin 3-qlükozid, və 3-arabinozid kempferol flavonoidləri aşkar edilmişdir. 

Razyana haqqında bilmədiklərimiz

Cavan zoğlarından qida kimi istifadə edilir. Yarpaqlarından kulinariyada geniş istifadə olunur. Meyvəsi dərman kimi bir sıra ölkələrin farmakopiyasına daxil edilmişdir. Müalicə məqsədləri üçün razyananın ancaq meyvələrindən istifadə edilir. Meyvələri sentyabr ayında, yetişməyə az qalmış yığılıb qurudulur. Efir yağından hazırlanan cövhər və preparatları müalicə vasitəsi kimi geniş tətbiq edilir.

Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur. Bundan əlavə, razyana meyvəsini dəmləmə və bişirmə formasında da öd kisəsi iltihabında və böyrək xəstəliklərində qəbul edirlər. 

Razyana haqqında bilmədiklərimiz

Xalq təbabətində razyananı çay kimi dəmləyib uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədirlər. Bu məqsədlə razyana meyvəsini qurudulmuş nanə yarpağı ilə bərabər hissədə dəmləyib xörək qaşığı ilə qəbul edirlər. Bundan başqa, meyvəsindən hazırlanan cövhərdən «lakric» preparatının tərkibinə qatqı kimi əlavə edilərək yelqovucu, ödqovucu, sinəyumşaldıcı, sakitləşdirici və öskürək əleyhinə vasitə kimi istifadə edirlər. Razyananın cavan budaq, yarpaq, gövdə, kök və meyvələrindən hazırlanan ədviyyənin – efir yağının tərkibi bioloji-aktiv maddələrlə zəngindir. Ondan xiyar, pomidor, kələm, şorba, ətirli çay, qənnadı, ətriyyat, kosmetika, əczaçılıq və sabunbişirmə sənayesində qatqı kimi istifadə olunur. Müxtəlif sərinləşdiricilərə və şirin şərbətlərə xoş ətir vermək üçün də əlavə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə, çörək-bulka sənayesində işlədilir. Razyana toxum və köklərinin hissələrə bölünməsi ilə çoxaldılır. Hazırda əldə edilmiş bir neçə növünü əkib yeyinti, tibb və ədviyyat kimi istifadə edirlər.

19 yanvar 2014
GO BACK