Sarıkök
Sarıkök ədviyyat təbiətli, boyaq əhəmiyyətli və dərman xüsusiyyətli hesab edilir. Yeyinti sənayesində onun əsas kökündən xammal kimi istifadə olunur. Kökumsovlarının tərkibində nişasta, 1,5-5 faizə qədər efir yağı, kurkumin adlı boyaq, alkoloid maddələri, müxtəlif duzlar, qatran, kalium və s. vardır. Qədim zamanlardan başlayaraq hazırki dövrə kimi müxtəlif ölkələrdə sarıkökdən dərman, ədviyyat, boyaq,
efir yağlı bitki kimi istifadə edilir. Sarıkökdən nişasta, reaktivlər, yeyinti və toxuculuq sənayesi üçün boyaq və s. maddələr də alınır. Bitkinin kökümsovlarını qurutmazdan əvvəl onları qaynadırlar. Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdirici, maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan qaldıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə olunur. Hazırda dünyanın 20-dən çox ölkəsində sarıkökdən müxtəlif növ dərman preparatları hazırlanır.
Zəfəran
Zəfərandan hələ qədim zamanlardan başlanmış XX əsrin əvvəllərinə kimi yun, ipək məmulatlarının boyadılmasında geniş istifadə olunmuşdur. Hələ qədim zamanlarda el arasında zəfərandan dərman kimi də istifadə edilirdi. İndi də təbabətdə müalicə məqsədi kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada, ağrıkəsmədə, ürək ağrılarında, himeopatiyada, göy öskürəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir. Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böyrək və sidik kisəsi ağrılarına müsbət təsir edir. Bunun üçün 3-5 ədəd zəfəran əzilib toz halına salınır və 50-60 dərəcə istilikdə 3-5 dəqiqə dəmlənir. Zəfəranın dişicik tellərinin tərkibində 11,5-11,7% su, 5,85-6,21% kul, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr – krosin, pikrokrosin (o cümlədən 1,5% karotinoidler), 9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz və 5,1-5,3 mq % B2 vitamini və s. vardır. Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə də bir sıra xarici ölkələrdə şöhrət qazanmışdır. Hazırda zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox sahələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və pendir istehsalında və s. istifadə olunur. Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir vermək üçün işlədilir.
Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə 50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat məmulatı hazırlanır. Milli xörəklərin (plov, piti, bozbaş və s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və balıq xörəklərinə zəfəranın sulu məhlulu əlavə edildikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur. Zəfəranın başqa bir əhəmiyyətli növü də vardır. Buna
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviyyat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər.
Sumaq
Xalq təbabətində sumaq yarpaqlarından və meyvələrindən çay dəmləyib qarın ağrısında, ishala və dizinteriyaya qarşı işlədirlər. Meyvəsindən ədviyyat kimi ən qədim zamanlardan hazırki, dövrə qədər müxtəlif xörəklərin – ət, piti, tikəkabab, lüləkabab, qutab və s. tərkibinə qatqı kimi əlavə edilir. Meyvəsinin qabığı kəskin tamlı ədviyyat kimi kulinariyada geniş istifadə olunur. Sumaqdan hazırlanan
ədviyyat iştahartırıcı, həzmyaxşılaşdırıcı xüsusiyyətlərə malikdir. Sumaq qan təzyiqi yuxarı olanlara dərmandır. 15-20 gün ərzində hər gün bir stəkan qaynadılmış suya bir xörək qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı saxlamaq, sonra onu yeməkdən qabaq üç dəfəyə içmək qan təzyiqini normal hala salır.
Cirə
Cirənin toxumları ətirli və müalicəvi xüsusiyyətlərə malikdir. Quru meyvəsinin tərkibində 2,2-6%-ə qədər efir yağı vardır ki, bunun da 80-90%-ni anetol təşkil edir. Bundan əlavə, 10%-ə qədər metil-avikol, cirə-keton, cirə aldehidi, pinen, kamfen, 18-28 % piyli yağ, 18% zülal, 3-5% şəkər, furfurol, kafein və xloregen turşuları və s. maddələr vardır. Cirə yağı şəffaf, rəngsiz, özünəməxsus ətrə və şirintəhər
dada malikdir. Aşağı temperaturda ağ rəngli kristal kütləyə çevrilir. Yağından əsasən ətriyyatda və kosmetikada istifadə olunur.
Yağından naşatırlı cirə damcısı, sinə məlhəmi, gigiyena preparatları (diş məcunu, tozları və ətirli su) və s. hazırlanmasında qatqı kimi istifadə edilir. Bundan başqa, cirə çörək-bulka, unlu qənnadı məmulatında və müxtəlif xörəklərin hazırlanmasında işlədilir. Şorabaya qoyulmuş xiyarın, pomidorun, tutmanın tamını və keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilir. İştahı artırmaq üçün də işlədilir.
Bunun üçün cirə natamam uyudulur, xörək duzu qatılıb nahardan qabaq bir az çörəklə yeyilir. Efir yağından bronxit və öskürəkdə bəlğəmgətirici vasitə kimi, boğaz vəzilərinin soyuqdəyməsində, səsin kallaşmasında, zəif görmədə, həzm olunmanın yaxşılaşdırılmasında və preparatların hazırlanmasında istifadə edilir.
Xalq təbabətində cirə meyvəsi astmanın qarşısını alan, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini müalicə edən bir dərman kimi işlədilir. Bunun üçün 15-20 qram qurudulmuş cirə bir litr suda çay kimi dəmlənir, gündə
iki dəfə, hər dəfə yarım stəkan qəbul edilir. Bundan əlavə, cirənin razyana ilə bərabər hissədə qarışdırılıb dəmlənməsi mədə xəstəliklərinə müsbət təsir göstərir. Meyvəsindən hazırlanan çay ana südünün artmasına kömək edir. Cirədən hazırlanan sulu cövhər əlləri dezinfeksiya edir və ağcaqanadı qovur. Yağından isə lak-boya və sabunbişirmə sənayesində istifadə olunur. Cirə toxumundan ən çox ədviyyə kimi istifadə edilir. Döyülmüş tozundan müxtəlif piroq içi, peçenye, qoğal, keks, şəkərbura və s. şirniyyat növlərinin hazırlanmasında istifadə edilir.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR