Sarıkök
Sarıkök ədviyyat təbiətli, boyaq əhəmiyyətli və dərman xüsusiyyətli hesab edilir. Yeyinti sənayesində onun əsas kökündən xammal kimi istifadə olunur. Kökumsovlarının tərkibində nişasta, 1,5-5 faizə qədər efir yağı, kurkumin adlı boyaq, alkoloid maddələri, müxtəlif duzlar, qatran, kalium və s. vardır. Qədim zamanlardan başlayaraq hazırki dövrə kimi müxtəlif ölkələrdə sarıkökdən dərman, ədviyyat, boyaq,
efir yağlı bitki kimi istifadə edilir. Sarıkökdən nişasta, reaktivlər, yeyinti və toxuculuq sənayesi üçün boyaq və s. maddələr də alınır. Bitkinin kökümsovlarını qurutmazdan əvvəl onları qaynadırlar. Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdirici, maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan qaldıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə olunur. Hazırda dünyanın 20-dən çox ölkəsində sarıkökdən müxtəlif növ dərman preparatları hazırlanır.
Zəfəran
Zəfərandan hələ qədim zamanlardan başlanmış XX əsrin əvvəllərinə kimi yun, ipək məmulatlarının boyadılmasında geniş istifadə olunmuşdur. Hələ qədim zamanlarda el arasında zəfərandan dərman kimi də istifadə edilirdi. İndi də təbabətdə müalicə məqsədi kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada, ağrıkəsmədə, ürək ağrılarında, himeopatiyada, göy öskürəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir. Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böyrək və sidik kisəsi ağrılarına müsbət təsir edir. Bunun üçün 3-5 ədəd zəfəran əzilib toz halına salınır və 50-60 dərəcə istilikdə 3-5 dəqiqə dəmlənir. Zəfəranın dişicik tellərinin tərkibində 11,5-11,7% su, 5,85-6,21% kul, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr – krosin, pikrokrosin (o cümlədən 1,5% karotinoidler), 9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz və 5,1-5,3 mq % B2 vitamini və s. vardır. Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə də bir sıra xarici ölkələrdə şöhrət qazanmışdır. Hazırda zəfərandan ətriyyat və yeyinti sənayesinin bir çox sahələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və pendir istehsalında və s. istifadə olunur. Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir vermək üçün işlədilir.
Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə 50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat məmulatı hazırlanır. Milli xörəklərin (plov, piti, bozbaş və s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və balıq xörəklərinə zəfəranın sulu məhlulu əlavə edildikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur. Zəfəranın başqa bir əhəmiyyətli növü də vardır. Buna
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviyyat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər.
Sumaq
Xalq təbabətində sumaq yarpaqlarından və meyvələrindən çay dəmləyib qarın ağrısında, ishala və dizinteriyaya qarşı işlədirlər. Meyvəsindən ədviyyat kimi ən qədim zamanlardan hazırki, dövrə qədər müxtəlif xörəklərin – ət, piti, tikəkabab, lüləkabab, qutab və s. tərkibinə qatqı kimi əlavə edilir. Meyvəsinin qabığı kəskin tamlı ədviyyat kimi kulinariyada geniş istifadə olunur. Sumaqdan hazırlanan
ədviyyat iştahartırıcı, həzmyaxşılaşdırıcı xüsusiyyətlərə malikdir. Sumaq qan təzyiqi yuxarı olanlara dərmandır. 15-20 gün ərzində hər gün bir stəkan qaynadılmış suya bir xörək qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı saxlamaq, sonra onu yeməkdən qabaq üç dəfəyə içmək qan təzyiqini normal hala salır.
Cirə
Cirənin toxumları ətirli və müalicəvi xüsusiyyətlərə malikdir. Quru meyvəsinin tərkibində 2,2-6%-ə qədər efir yağı vardır ki, bunun da 80-90%-ni anetol təşkil edir. Bundan əlavə, 10%-ə qədər metil-avikol, cirə-keton, cirə aldehidi, pinen, kamfen, 18-28 % piyli yağ, 18% zülal, 3-5% şəkər, furfurol, kafein və xloregen turşuları və s. maddələr vardır. Cirə yağı şəffaf, rəngsiz, özünəməxsus ətrə və şirintəhər
dada malikdir. Aşağı temperaturda ağ rəngli kristal kütləyə çevrilir. Yağından əsasən ətriyyatda və kosmetikada istifadə olunur.
Yağından naşatırlı cirə damcısı, sinə məlhəmi, gigiyena preparatları (diş məcunu, tozları və ətirli su) və s. hazırlanmasında qatqı kimi istifadə edilir. Bundan başqa, cirə çörək-bulka, unlu qənnadı məmulatında və müxtəlif xörəklərin hazırlanmasında işlədilir. Şorabaya qoyulmuş xiyarın, pomidorun, tutmanın tamını və keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilir. İştahı artırmaq üçün də işlədilir.
Bunun üçün cirə natamam uyudulur, xörək duzu qatılıb nahardan qabaq bir az çörəklə yeyilir. Efir yağından bronxit və öskürəkdə bəlğəmgətirici vasitə kimi, boğaz vəzilərinin soyuqdəyməsində, səsin kallaşmasında, zəif görmədə, həzm olunmanın yaxşılaşdırılmasında və preparatların hazırlanmasında istifadə edilir.
Xalq təbabətində cirə meyvəsi astmanın qarşısını alan, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərini müalicə edən bir dərman kimi işlədilir. Bunun üçün 15-20 qram qurudulmuş cirə bir litr suda çay kimi dəmlənir, gündə
iki dəfə, hər dəfə yarım stəkan qəbul edilir. Bundan əlavə, cirənin razyana ilə bərabər hissədə qarışdırılıb dəmlənməsi mədə xəstəliklərinə müsbət təsir göstərir. Meyvəsindən hazırlanan çay ana südünün artmasına kömək edir. Cirədən hazırlanan sulu cövhər əlləri dezinfeksiya edir və ağcaqanadı qovur. Yağından isə lak-boya və sabunbişirmə sənayesində istifadə olunur. Cirə toxumundan ən çox ədviyyə kimi istifadə edilir. Döyülmüş tozundan müxtəlif piroq içi, peçenye, qoğal, keks, şəkərbura və s. şirniyyat növlərinin hazırlanmasında istifadə edilir.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)
XƏBƏR LENTİ
Tramp II Dünya müharibəsindən sonra ölkədə ən böyük səfərbərlik elan edib
Ürək peçenye (foto resept)
10 dəqiqəyə yeni saç düzümü
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
Xanımların sevimli geyim aksessuarı
İstirahət gününün HAVAsı
Azərbaycanda tələbələrin təqaüdləri artırıldı
Bakı dayanacaqlarında “Wi-Fi”
Bakıda içməli suyun verilməsində fasilələr olacaq
Ezgi Mola evlilikdən danışdı-FOTO
Magistr olmaq istəyənlərin nəzərinə!
2013-2014-cü ilin payız ayaqqabıları
"Admiral" tortu (foto-resept)
Günün ulduz falı
Saç rəngini açmağın təbii üsulları
200 min şəxsə birdəfəlik ödəniş - Məbləğ açıqlandı
Ən balaca evlər
10 sentlik sikkə 1,32 milyon dollara satıldı
İlham Əliyev: Gəlirlərimiz azalır...
Fransa Azərbaycandan nümunə götürməlidir
İsti qayçı
Nişanlandıqdan sonra tamamlamalı olduğunuz siyahı
Qanlı 30 Aprel
Maddələr mübadiləsini sürətləndirən ədviyyatlar
Südlü şirniyyat (foto-resept)
Dilqəm və Şahbaz yolunda yeni dava
Böyürtkənli-qaymaqlı tart (foto resept)
Ərdoğan Prezident İlham Əliyevlə görüşüb
Almaniyada bomba səbəbindən 20 minə yaxın insan təxliyə edildi
Azərbaycanda bir sıra işçilərin əməkhaqları artırıldı
Sakitləşdirən qoxular
Evlənmədən əvvəl bunları nəzərə alın
Qadınların güclü olduğunu göstərən 5 film
Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"
Saçım yenə tökülür
Uşaqlara ingilis dilini necə öyrətməli?
ABŞ Marsa astronavt göndərəcək
Sağlam pəhriz
Arıqlama strategiyası
Toy tortları
Ayyaqabınız sizi tanıdır
Dünya şöhrətli yazıçı İmamoğluna dəstək verdi-FOTO
“Çarpışma”ya sərt reaksiya: “Həqiqətən axmaqsınız”
Qaymaqlı-meyvəli tort (foto resept)
İştirakçı valideynlərini məhkəməyə verdi-SƏBƏB/FOTO
"Zalim İstanbul"serialı cərimələndi-SƏBƏB
Bu həftəsonu 5 gün iş olmayacaq
Yarma
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
- ŞƏRHLƏR