Alman alimlər bu yaxınlarda maraqlı məlumatlar paylaşıblar. Belə ki, son 50 il ərzində almanlar, orta həddi götürsək, 400% daha zəngin hala gəliblər, ancaq depressiyaya mübtəla olan bədbəxt insanların sayı isə 38% artmışdır.
Bəs bunun səbəbi nədir? Nə üçün belə bir ədalətsiz nisbət yaranmışdır?
Bu, təxminən 100 il bundan əvvəl Amerikada başlamışdır. Henri Ford avtomobil istehsalının reformasiyası sayəsində dünyanın ən zəngin adamına çevrildi. Onun uğuru o həddə çatdı ki, Cadillac, Chevrolet, Buick, Dodge kimi məşhur brendlər də belə bir uğurdan ilham aldılar. Yeni maşınlar bütün Amerikanı bürüdü. Lakin sonra avtomobil satışı qəflətən dayandı. Bazar doydu.
Doğrudan da, köhnə maşını sürmək mümkün olduğu halda, yeni maşın kimin nəyinə lazımdır? Artıq pul xərcləməyə ehtiyac varmı? Çətinliklə qarşılaşan ağıllı marketoloqlar belə bir hiyləyə əsaslanan qərar çıxardılar. Onlar köhnə maşın sahiblərinin beyninə keyfiyyətsizlik hissini yeritməyə başladılar.
Avtomobil istehsalçıları hər il yeni-yeni modellər buraxmağa başladılar. Onların bu hərəkəti geyim, kosmetika, ayaqqabı və sair başqa sahələrin istehsalçılarına da ruh verdi.
Tez-tez şahidi oluruq ki, al-əlvan libas geyinən gənclər belə geyim geyinə bilməyən və ya geyinmək istəməyən başqa birisinə aşağılayıcı nəzərlə baxırlar. Diqqət edin, geyim istehsalçıları ildə 2 dəfə yeni kolleksiyalar istehsal edirlər. Ekspertlər, dizaynerlər israrla danışaraq bizi inandırmağa çalışırlar ki, "bu sezon yaşıl rəng dəbdə olacaqdır". Niyə belə edirlər? Sözsüz ki, bu, bir taktikadır. Çünki keçən il qırmızı rəngin dəb olduğuna görə belə bir geyim alanlar indi özlərini rahatsız hiss edəcəklər.
Transnasional şirkətlər yeni-yeni mallar buraxaraq sadəlövh istehlakçını manipulyasiya edir. Onlar il ərzində reklama 500 milyard dollar xərcləyirlər. Bu pullar insanlığı bədbəxt etmək üçün kifayət edir. Daha aydın qavramaq üçün belə bir müqayisə aparaq: Yer üzündə aclıq problemini həll etmək üçün il ərzində cəmi 50 milyard dollar xərcləmək lazımdır.
Bəla onda deyil ki, dəbdən düşdüyünə görə biz hər dəfə köhnə şeyi atmalıyıq. İnsanlığın bəlası budur ki, gözləntilər özünü doğrultmur. Yeni bir avtomobil aldıqda insan çox az müddət ərzində özünü xoşbəxt hiss edir. Əgər gələn həftə dostları yeni maşın alsalar, özü də bu maşın onunkundan daha əla olsa, şadlığı qursağında qalacaqdır.
Əksəriyyətimiz yeni və dəbli şeylər almağa can atırıq. Özü də fərqinə də varmır ki, nə qədər özünü bədbəxt edir. Beləcə, insan həyatı həm də mənasızlıqla dolur.
İnsanlar bəzi şeyləri uzun müddət ərzində geyinə bilirlər, həm də bu şeylərin içərisində özlərini rahat hiss edirlər. Lakin hanısa bir görüşə getdikdə özlərini təcavüzə uğrayan adam kimi hiss edirlər. Elə düşünürlər ki, hamı kimi olmalıdırlar. Adamı nə qədər eyni paltar içində görərlər?! Lakin insan nə qədər dərrakəli olarsa, bir o qədər inkişafdan həzz alacaqdır. Nə qədər daha çox məlumatlı və bilikli olsaq, bu cəhalətpərəstlik əsarəti altında olanlardan daha çox baxış dairəsinə malik olacağıq. Həm də hər gələn avaza tərəf getməyəcəyik, bizə pul mənbəyi baxanların hiyləsinə uymayacağıq.
XƏBƏR LENTİ
Kartof pəhrizi (3 günə 5 kilo)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Bu gün Tofiq Bəhramovun günüdür
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Tramp yenidən prezidentliyə namizəd oldu
Kakaolu gecə maskası
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Üç qat keks (foto resept)
Gül kələmli zapekanka (foto resept)
Məktəbli formaları indi neçəyədir?
Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - VİDEO
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Depressiya zəngli saat kimidir, qurduğunuzda çalar
Uşaqlarımız itəndə nə etməlidirlər
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Kakoslu qurabiyələr (foto resept)
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər
Portağaldan şam düzəldin
Kainatın kiçik modeli tapıldı - FOTO
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Azərbaycanda 5 gün iş olmayacaq
Gədəbəyə dolu düşdü - VİDEO
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Sosial izolasiyanın normal hala çevrildiyini göstərən şəkillər
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
Piylənmə və maddələr mübadiləsi sindromu
Şaxta baba xəstəxanada
Sadə qələmlə çəkilmiş şəkillər
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
Kişilər niyə aldadır? (2)
"Rüzgar gülü"pizza (foto resept)
Günün qoroskopu: əlverişli zamandır
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Şumaxerin həyatı ilə bağlı xoş xəbər
Günün qoroskopu: həm uğurlu, həm də maraqlı gündür
İsmayıllıya dolu yağıb
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Rahibələr 10 ildə daim oğurluq etdilər-FOTO
Planetimizin iki yeni peyki kəşf edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)
Məşhur prodüseri öldürmək istədilər-FOTO
3 tələbə böcək yeyib sağ qaldılar
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
Enrikenin yeni doğulan körpəsi - FOTO














