Bakı ilə Sumqayıt arasında yeni sürət qatarlarının istifadəyə verilməsi dəmir yolu keçən ərazilərdə torpaqların və mənzillərin qiymətlərinə təsir göstərəcək. Qiymətlər artacaq.
Milli.Az xəbər verir ki, son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də budur. Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri bildirirlər ki, dəmir yolunun istifadəyə verilməsi həmin ərazilərdə qiymətlərin bahalaşması ilə nəticələnəcək. Nəqliyyat infrastrukturunun yaxşılaşması qiymətlərə təsirsiz ötüşməyəcək.Milli.Az insanlar arasında gedən bu müzakirənin nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün iqtisadçı ekspert Samir Əliyevlə əlaqə saxlayıb.Ekspertin sözlərinə görə, Sumqayıt şəhəri bu gün yalnız avtomobil yolundan asılı qalıb."Hər gün yollarda tıxacların olması tək Sumqayıt əhalisinə deyil, eyni zamanda Xırdalan, Masazır, hökməli və digər ərazilərdə yaşayan insanlar üçün çətinliklər yaradır. Tıxaclarda saatlarla vaxtlarını itirirlər. Ancaq mən düşünmürəm ki, bu nəqliyyat növünün tətbiqi həmin ərazilərdə mənzil və torpaq sahələrinin qiymətlərinin armasına səbəb olsun", - deyə o əlavə edib.Onun sözlərinə görə, yeni nəqliyyatın nə dərəcədə effektiv işləyəcəyi də, hələ ki, sual altındadır. Əgər qatarlar arasındakı interval qısa olacaqsa, yəni yarım saatdan bir qatarlar işləyəcəksə, bu, əhəmiyyətli ola bilər. Yox əgər qatarların arasındakı vaxt intervalı iki-üç saat olacaqsa, heç kim gözləməyəcək ki, üç saatdan sonra qatar gəlsin. Hər şey əvvəlki qaydada davam edəcək."Bu gün insanlar Xırdalan və Abşeron rayonunun digər ərazilərində torpaq sahələri alırlar. Öz maşınları və yaxud ictimai nəqliyyatdan şəhərə gedib-gəlirlər. Bu baxımdan düşünmürəm ki, qatarın tətbiq edilməsi iqtisadi proseslərə ciddi təsir göstərsin. Qatar nəqliyyatının tətbiqi yalnız tıxac probleminin aradan qaldırılmasına təsir göstərə bilər. O şərtlə ki, avtomobil nəqliyyatında bəzi məhdudiyyətlər tətbiq edilsin. Yəni, Sumqayıtdan gələn marşrut avtobuslarının sayı azaldılsın", - o vurğulayıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR