Qadin.NET / Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"

Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"

 

Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"

Bakı ilə Sumqayıt arasında yeni sürət qatarlarının istifadəyə verilməsi dəmir yolu keçən ərazilərdə torpaqların və mənzillərin qiymətlərinə təsir göstərəcək. Qiymətlər artacaq.

 

Milli.Az xəbər verir ki, son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də budur. Facebook sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri bildirirlər ki, dəmir yolunun istifadəyə verilməsi həmin ərazilərdə qiymətlərin bahalaşması ilə nəticələnəcək. Nəqliyyat infrastrukturunun yaxşılaşması qiymətlərə təsirsiz ötüşməyəcək.Milli.Az insanlar arasında gedən bu müzakirənin nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün iqtisadçı ekspert Samir Əliyevlə əlaqə saxlayıb.Ekspertin sözlərinə görə, Sumqayıt şəhəri bu gün yalnız avtomobil yolundan asılı qalıb."Hər gün yollarda tıxacların olması tək Sumqayıt əhalisinə deyil, eyni zamanda Xırdalan, Masazır, hökməli və digər ərazilərdə yaşayan insanlar üçün çətinliklər yaradır. Tıxaclarda saatlarla vaxtlarını itirirlər. Ancaq mən düşünmürəm ki, bu nəqliyyat növünün tətbiqi həmin ərazilərdə mənzil və torpaq sahələrinin qiymətlərinin armasına səbəb olsun", - deyə o əlavə edib.Onun sözlərinə görə, yeni nəqliyyatın nə dərəcədə effektiv işləyəcəyi də, hələ ki, sual altındadır. Əgər qatarlar arasındakı interval qısa olacaqsa, yəni yarım saatdan bir qatarlar işləyəcəksə, bu, əhəmiyyətli ola bilər. Yox əgər qatarların arasındakı vaxt intervalı iki-üç saat olacaqsa, heç kim gözləməyəcək ki, üç saatdan sonra qatar gəlsin. Hər şey əvvəlki qaydada davam edəcək."Bu gün insanlar Xırdalan və Abşeron rayonunun digər ərazilərində torpaq sahələri alırlar. Öz maşınları və yaxud ictimai nəqliyyatdan şəhərə gedib-gəlirlər. Bu baxımdan düşünmürəm ki, qatarın tətbiq edilməsi iqtisadi proseslərə ciddi təsir göstərsin. Qatar nəqliyyatının tətbiqi yalnız tıxac probleminin aradan qaldırılmasına təsir göstərə bilər. O şərtlə ki, avtomobil nəqliyyatında bəzi məhdudiyyətlər tətbiq edilsin. Yəni, Sumqayıtdan gələn marşrut avtobuslarının sayı azaldılsın", - o vurğulayıb.

Mənbə: Milli.Az

15 may 2015
GO BACK