Bəlkə də, xəbərin adını oxuyanda gülümsəyəcək və yaxud da,inamsız yanaşaraq, "Mümkün deyil!" deyəcəksiniz...
Amma,tələsməyin.Əvvəlcə diqqətlə oxuyun...
Arıqlamaq üçün saytımızda sayı çox olan məqalələrimiz,pəhrizlərimiz,hətta layihəmiz http://qadin.net/index.php?newsid=11853 belə var.
Düşüncə yolu ilə arıqlamaq metodu haqqında isə nəinki bizim portalda ,digər milli saytlarda da yoxdur.Bizdə ilk olacaq bu məqalə,copy-paste edənlərin nəzərinə çatdırılır ki,tezliklə bu xəbəri milli saytlara da yaysınlar
Hə,indi keçək əsas məsələyə,görək düşüncə ilə arıqlama nədir,necə olur və texnikası nədən ibarətdir?
Qeyd edim ki,dünyada çox az insan bu metoddan istifadə edir,çünki,belə arıqlamağa inamsız yanaşırlar,düşüncə gücünə inanmırlar və yaxud da düşünmək üçün zaman xərcləmirlər.
Düşüncə gücü ilə arıqlamaq digər yollarla arıqlamaqdan tam şəkildə fərqlənir.Bu metodda daha çox zehnimiz işləyir.Arıqlama müddətində etdiyimiz xətaları düzgün düşünməklə ,beynimizi düzgün proqramlamaqla aradan qaldırmaq mümkündür.
Bu metodla arıqlamağı tövsiyyə edən mütəxəssislər arıqlamağa başlamazdan əvvəl bir neçə məsləhətə əməl etməyi uyğun görürlər.
Onlar aşağıdakılardır:
1.Evdə çəki alətini yığışdırın! Ümumiyyətlə arıqlama müddətində çəki alətindən istifadə etməyin!Sual oluna bilər,niyə? Çünki,çəki alətində çəkilərkən,əgər tutaq ki,1-2 kilo arıqlamısınızsa,həmin dəqiqə beyinə arxayınlıq mesajları gedir və insan öz-özlüyündə rahatlayır,bir növbəti arıqlama müddəti yavaşlamağa başlayır,bəzilərində isə hətta bu proses dayana bilər.
2.Düşüncə gücü sistemi ilə arıqlama zamanı bu haqda yaxın ətrafınızla əldə etdiyiniz nəticələr barədə paylaşmağınız məsləhət görülmür.Ən azından 40 gün.
3.Köklük problemi yaşayan bir çox insanla özünüzü müqayisə etməməlisiniz.Bu beyində arıqlamaq yerinə,daha çox kökəlməyi çağıran bir hadisədir.Tam əksinə arıq insanlar barədə düşünməlisiz.Və yaxud da xəyalınızda qurduğunuz "Özünüzün ən ideal arıq halı" nı hər gün keyifli bir şəkildə düşünməlisiniz.
4.Şkafınızda sizə bol gələn geyimlərin hamısını kiməsə bağışlayın.Qəti evdə tutmayın.Bu kimi düşüncədən "Bəlkə gələcəkdə kökələcəm,bu paltarlar lazım olacaq" qurtulun.
5.Böyük və dərin boşqablardan istifadə etməməyə çalışın.
Bu sistemlə arıqlama zamanı düşüncə şəklimizi necə dəyişməliyik?
Bunun üçün ən əvvəl öz-özümüzlə danışmağı kəsməliyik.Çünki,beyin daha çox nəyi düşündüyü ilə maraqlanır.Bu necə olur? Məsələn,siz bütün günü öz-özünüzə daxilən "Şokalad yeməyəcəm!" deyirsinizsə,beyniniz bütün günü şokalad barədə düşünəcək və nəticə olaraq sonda siz şokalad yemiş olacaqsınız.Bunun yerinə,məsələn,brokkoli və ya salat haqqında düşünsəniz daha gözəl olar.Ümüumiyyətlə,insan özü-özünə nədə isə qadağa qoyduqda,ona doğru hərəkət edər.Bu baxımdan qadağalı qida haqqında deyil,sağlamlıq üçün əhəmiyyətli qidalar haqqında düşünsəniz,beyniniz də sözə baxar.
Və yaxud da ,misal üçün,kökəlməmək barədə düşünürsünüzsə və bütün günü köklüyünüzü göz önünə gətirirsinizsə,bu zaman kökəlməyə doğru gedəcəksiniz.
Onda sual oluna bilər,bəs necə düşünməliyik,nələri düşünmək lazımdır?
Özünüzü ən ideal necə görmək istədiyinizi düşünmək lazımdır.Bir nümunə verim,məsələn,harda olmanızı,üstünüzdə hansı geyimlərin olması,hansı aksesuarlar,səsinizin tonu,saçlarınızın uzunluğu və s.yəni siz özünüzü bir bütün olaraq necə görmək istəyirsinizsə,o halınızı düşünməlisiz.Gecə yatmazdan əvvəl 10-15 dəqiqə ilk günlərdə bu cür düşünməyə zaman ayırmaq olar.Gündüzlər isə sakit bir məkana çəkilib yenə də həmin düşüncəyə diqqət kəsilib hər gün dəqiqə sayını artırmaqla düşünmək lazımdır.Mütəxəssislərə görə 40 gün bu qayda ilə düşünməyə davam edilərsə heç bir çaba göstərmədən 4-7 kq arası arıqlamaq mümkün olur.Bu rəqəmlərin sayını düşüncə gücü sisteminə idmanı da əlavə etməklə artırmaq olar.
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
- ŞƏRHLƏR