Sink təbiətdə olan və insan bədəninin də ehtiyac duyduğu əhəmiyyətli bir mineraldır. 200-ə yaxın ferment və bir çox hormonun istehsalında (testosteron kimi) rolu var.
Sink yeməklərin təbii quruluşunda olan və mütləq qəbul edilməsi vacib olan bir mineraldır. Yediyimiz yeməklərin tərkibində sink olması sağlamlığımızı tamamlayır inkişaf etdirir və qoruyur. Sinkin bədənimizdə çox əhəmiyyətli vəzifələri vardır. Sağlamlığımızın qorunması və inkişafı üçün hər gün təbii yeməklərlə yetərli miqdarda sink istehlak etmək lazımdır.
Sink sperma istehsalında çox əhəmiyyətlidir. Sink azlığı sperma sayı azlığı və testosteron səviyyəsinin azlığına səbəb olur. Hüceyrələri yeniləmək və yenilərinin meydana gəlməsini təmin olunmasında sink əhəmiyyətlidir.
Başlıca funksiyaları arasında vitamin A-nın hüceyrələrə daşınması və istifadəsi, yaraların yaxşılaşması, hüceyrələrin bölünərək çoxala bilməsi, dad alma (xüsusilə duzlu dadın ) immunitet sisteminin gücləndirilməsi, davranış və öyrənmə performansının artımı, ana qarınındakı və ya doğulmuş körpə və uşaqların böyümə və inkişafı, qanda yağların daşınması kimi bir çox proseslər var.
1. İmmunitet sistemini gücləndirir, infeksiyalardan qoruyur
2. Yaraların yaxşılaşmasına köməkçi olur
3. Gözləri gücləndirir
4. Dad və qoxu duyğularını gücləndirir
5. Dərini gözəlləşdirir, sızanaqlara qarşı təsirlidir
6. Bədəndəki mikrobları öldürür
7. Hüceyrə yenilənməsində faydalıdır
8. Dırnaqları və saçları gücləndirir
9. Menstrusiya ağrılarını yüngülləşdirir
10. Stressi azaldır
Hər gün təxminən ortalama sink ehtiyacı belədir:
Körpələrdə 3-5 milliqram
Qadınlarda 20 milliqram
Süd verən analarda 25 milliqram
Kişilərdə 15 milliqram
Sinkin ən yaxşı qaynağı ət, yumurta, dəniz məhsulları və taxıllardır.
Sink çatışmazlığında hansı problemlər ola bilər?
1. Saçlarınız cansız və solğun olur, çox tökülür və kifayət qədər uzanmır.
2. Dəri parlaq və hamar olmur. Bədənin rəngində solğunluq və rəngsizlik hiss olunur. Dermatid kimi bir sıra dəri problemləri əmələ gələ bilir.
3. Dırnaqlar yavaş və çətin uzandığı kimi çox asan qırılır.
4. Qaraciyər və böyrəklər çətin işləyir, davamlı bir yorğunluq və şiş problemi ortaya çıxır.
5. Mənasız və tez-tez şəkər böhranları yaşanır.
6. Yaralar gec və çətin yaxşılaşır.
7. İmmunitet sistemi alt-üst vəziyyətdədir, mənasız bir şəkildə davamlı xəstəlliklər meydana gəlir.
8. Dad duyğunuzda azalma, ağzınızda problem, doyumsuzluq olur.
9. Cinsi orqan inkişafında əngəllər olur.
10. Qaranlığa uyğunlaşma problemi
11. Əsəbilik və romantik dəyişiklik
12. Testosteron hormonunda azalma
13. Məktəbəqədər uşaqlarda inkişaf geriliyi
Həftədə 2 gün qırmızı ət, 2 - 3 gün balıq yeyilməlidir. Hər səhər 1 ədəd yumurta yemək mükəmməl bir qida dəstəyi olaraq düşünülə bilər. Yumurta sink qəbulu üçün əhəmiyyətli bir qaynaqdır. Yumurta həmçinin keyfiyyətli bir zülal və dəmir qaynağı olması, fol turşusu ilə zəngin olması, doymamış yağ nisbətinin yüksək olması sayəsində arıqlama və sağlam qidalanma mövzusunda çox əhəmiyyətlidir.
Sağlam bir insan hər gün ən az 5 dilim taxıl çörəyi yeməlidir. Ağ çörək, qara çörək və kəpəkli çörəkdə sink miqdarı kifayət qədərdir. Qəlyanaltıda çörək yerinə yarma plovu, makaron, yeyilə bilər.
Şişirtmə hər zaman hər yerdə hər vəziyyətdə faydadan çox zərər gətirir. Həddindən artıq liflər qəbul etmək, qaydasız şəkildə çox miqdarda qarışıq bitki çayları istifadə etmək, həddindən artıq və idarəsiz kalsium preparat kimi (həb kimi) qəbul etmək sinkin bədənə sorulmasına maneələr törədir və sink çatışmazlığı meydana gətirir.
Sink ilə sağlamlıq arasındakı əlaqə dünya səviyyəsində başqa araşdırmalarda da müəyyən olundu. Məsələn, Liverpool kişi sonsuzluğu Klinikasında sonsuzluq problemi olan 33 kişi üzərində edilən araşdırmada müəyyən bir müddət ağızdan sink müalicəsi qəbul edənlərdə sperma sayının diqqətə çarpan bir şəkildə artdığı müşahidə edildi.
Hindistandakı Haryana Tibb Fakültəsində 50 sonsuz və 25 sağlam kişi üzərində bir araşdırma aparıldı. Nəticəyə görə sonsuz kişilərdə sink səviyyəsinin sağlam kişilərə görə daha aşağı olduğu təyin olundu. Hollandiyadakı Nijmegen Universiteti Tibb Fakültəsindən Dr. Regine Steegers-Theunissen və qrupunun işləməsi də həqiqətən maraqlı nəticələr göstərir. Bu araşdırmada sonsuzluq problemi olan 103 kişinin bir qisminə 26 həftə ərzində fol turşusu, bir qisiminə sink, bir qisiminə isə həm sink, həm də fol turşusu verildi. Ən çox sperma ifrazı həm sink, həm də fol turşusu qəbul edən kişilərdə oldu.
Araşdırmaya qatılan kişilərin sperma istehsalı 26 həftə içində 74% nisbətində artdı. Mütəxəssislər sinkin yalnız sperma istehsalında deyil, daha çox testosteron ifrazında da böyük rol oynadığını irəli sürür. Məsələn, ABŞ-ın Miçiqan ştatındakı Wayne Universiteti Tibb Fakültəsi Daxili Xəstəlikləri Hissəsində bu mövzuda bir araşdırma aparıldı. nəticəyə görə ortalama yaşı 64 olan bir qrupa 3-6 ay ərzində verilən sink sayəsində qrupdakı kişilərdə testosteron səviyyəsinin artdığı görüldü.
Bütün bu araşdırmalar göstərir ki, sink cinsi sağlamlıq baxımından ən lazımlı elementlərdən biridir. Xüsusilə diabet xəstələrinin və vegeteriyanların diqqətli olması lazımdır. Çünki sink əskikliyi ən çox onlarda görülür. Mütəxəssislər bu kəslərin mütləq sink baxımından zəngin qidalar istehlak etmələrini məsləhət görürlər.
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR