“Bu gün koronavirusa qarşı peyvənd hazırlanarsa, Azərbaycan onun alınmasında ilk sıralarda olacaq ölkələrdən biridir”.
Qadin.Net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizə çərçivəsində bütün imkanlardan maksimum istifadə edir:
“Peyvəndin hazırlanması ilə bağlı hələ heç bir dəqiq informasiya yoxdur. Vətəndaşlarımız əmin ola bilər ki, virus əleyhinə peyvənd əldə olunarsa, Azərbaycan peyvəndi əldə edən ilk ölkələrdən olacaq”.