Bakı metropolitenində qış qrafikinin tətbiqinə başlanılacaq.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, sentyabrın 15-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək:
"Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə artması müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artırmaq, qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onların arasında, ənənə üzrə, qatarların yeni hərəkət qrafikinin tətbiqi xüsusi yer tutur".
Şöbə rəisi qeyd edib ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək:
"Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Qeyd edək ki, gur hərəkət səhər saat 7:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədərdir. Bu məqsədlə, gur saatlarda xətlərin "28 May"-"Dərnəgül" və "28 May"-"İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov"-"28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Şənbə və bazar, eləcə də bayram günlərində isə fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2017-ci ilin yayına qədər tətbiq ediləcək".
Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş yay qrafiki tətbiq olunur.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan tarixindən yüz şəxsiyyət-21
Dinlə! Dinləyirəm!
Nazirdən pandemiya ilə əlaqədar olaraq şagirdlərin yerdəyişməsi ilə bağlı AÇIQLAMA
Faydalı məsləhətlər
İşığa borcu olanların nəzərinə!
Dramatik sırğalar
Demet yeni serialla efirlərə qayıdır-FOTO
İşçilər iş yerində nəyə üstünlük verirlər?
Dünyanın ən bahalı istirahəti: bir aya 100 milyon dollar - FOTO
Pakistanda qatar çaya düşdü
Dövlət Xidmətindən
Can Yamanı karonavirusdan belə qorudular-FOTO
Ezgi Mola həqiqəti açıqladı-FOTO
Ermənilərin “Köçəri” oğurluğuna cavab
Ərikli keks (foto resept)
Bu proqram vay-fay bağlantısını zəiflədir
Daha çox su içməyin 5 asan yolu
HAVA necə olacaq?
"Regionlarda erkən nikahların qarşısının alınması istiqamətində çox ciddi iş aparılmalıdır"
Super lent hazırlanıb
İnsanlar 6 tonluq fili 1 saat 47 dəqiqədə yedilər
Hett mədəniyyəti
İmtahan vaxtları bilindi
2017-ci ildə uğur qazanmaq istəyirsizsə, MÜTLƏQ BUNLARI EDİN! - TÖVSİYƏLƏ
Onunla nahar etmək istəyən 4,5 milyon ödəməli oldu
Azərbaycanda internetin qiyməti 70 faiz ucuzlaşır
Ərzaqların tərkibində hansı vitaminlər var?
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
Turşulardan zəhərlənməmək üçün nə etməli?
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
Seren Serengil də boşandı
Lambert Eaton Miyastenik sindrom
İlk baxışdan məhəbbət yalandır?
Toy tortları
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Qazlı içkilər təhlükə yaradır.
Ən xəyanətkar kişilər bu ölkədə yaşayırlar
Bakı dumana bürünəcək
Yeni ili evdə necə keçirməli?
Ramazan xülasəsi
Pensiyaçıların DİQQƏTİNƏ!
Dünyanın ən böyük teleskopu hazırlanır
"Donuz qripi" ilə bağlı əhaliyə müraciət edildi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Kameralara tuş gələn məşhurlar
Çempionlar Liqasının təqvimi
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
8 Martda qadın sürücülərə 8 hədiyyə
Azərbaycanda İİV müayinəsi aparan kabinetlərin sayı artırılacaq














