Birinci həftə
Ramazan ayının ilk bir neçə günü, hətta 1-ci həftəsində insanlarda günorta saatlarında aclıq və susuzluq halları ola bilər. Bu dövr bədənin müəyyən saatlarda yeyilən yeməklərə adaptasiya dövrü olduğu üçün bir qədər çətinlik çəkə bilərsiniz. Bədənin yeni bəslənməyə öyrəşdiyi bu dövrdə iftar və imsak yeməklərində həddindən artıq kalorili yeməklərdən (şirniyyat, xəmir yeməkləri və qızartma) uzaq olmalısınız. Ramazan ayının ilk həftəsində arıqlama hallarının çox olduğu müşahidə edilir. Lakin bu zaman qəbizlik kimi problemlər də ortaya çıxa bilər.
İkinci həftə
2-ci həftədə artıq bədən yeni sistemə öyrəşmişdir. Aclıq və susuzluq ilk həftəkindən daha azdır. Bədən su və elektrolit tarazlığını qurmuşdur. Artıq çox çətinlik çəkməzsiniz. Bağırsaqların hərəkəti normallaşır. Yeməkdən sonra mədədəki köp və şişkinlik şikayətləri ortadan qalxır. Bədən yeni yuxu nizamına da öyrəşir.
Üçüncü həftə
Ramazan ayının 3-cü həftəsində bədən özünü çox rahat hiss edir. Maddələr mübadiləsi bu nizama öyrəşir. Ancaq oruc tutan şəxslərdə 3-cü həftənin sonunda gün ərzində həddindən artıq yorğunluq, günortadan sonra yuxulamaq və halsızlıq vəziyyətləri ola bilər. 3-cü həftədə oruc tutmaqda çətinlik çəkənlər oruca ara verib dərhal həkim müayinəsindən keçməlidir. Əks halda, ciddi xəstəliklər yarana bilər. Oruc tutan insanın sağlam olması lazımdır.
Dördüncü həftə
Ramazan ayının 4-cü həftəsində metabolik və fizioloji çətinlik ortaya çıxmaz. Bu ayda siqaretdən az istifadə edildiyi üçün insanlarda ciddi yaxşılaşma nəzərə çarpır.
Dörd həftə boyunca diqqət yetirməniz lazım olanlar:
* Ramazanda mütləq səhər qalxmalısınız, bunun sayəsində həm ac qaldığınız müddət azalır, həm də maddələr mübadiləsinin sürəti daha az yavaşlayır.
* Sağlamlığınız üçün hər hansı bir problemin yaranmaması üçün imsakda və iftarda yüngül, həzmi asan və kalorisi az olan yeməkləri seçməlisiniz.
* İftar zamanı bütün gün ərzində boş qalan mədənizi birdən yükləməməli, yüngül yeməklərdən başlayaraq yavaş-yavaş mədənizi alışdırmaqla digər yeməklərə keçməlisiniz.
* İftarda və imsakda mütləq bol meyvə-tərəvəzdən istifadə etməli, qızartma, qovurma üsuluyla bişmiş yeməklər əvəzinə suda və ya sobada bişmiş yeməkləri seçməlisiniz.
* Yemək bişirərkən yağlardan və mal ətindən mümkün qədər az istifadə etməlisiniz.
* Ramazanda maye qəbuluna da diqqət yetirməlisiniz. Gün ərzində su içmədiyiniz üçün iftardan sonra bol su içərək böyrəklərin işini təmin etməlisiniz.
* İftar əsnasında yeməklə birlikdə çay, qəhvə içmək yeməklərdən alınan vitaminləri öldürür, buna görə də çay və qəhvəni yeməkdən sonra içməlisiniz.
* Diabet və təzyiq kimi xəstəlikləriniz varsa, oruc tutmamalı və ya mütləq həkiminizə məsləhətləşərək oruc tutmalısınız.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR