Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Cəmaləddin Qara Yusif Barani
(1355-1420)
Qara Yusif 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə etmişdir. Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qırıb qaraqoyunluların nüfuzunu daha da artırmış və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirmişdi. Bu zaman Azərbaycanda monqol mənşəli Cəlairi dövləti hakimiyyətdə idi, şərq tərəfdən isə Əmir Teymurun qoşunları hücumlar edirdi.
Əmir Teymurun yürüşü zamanı Cəlairi hökmdarı Sultan Əhmədlə Qara Yusif arasında düşmənə qarşı ittifaq bağlanmışdı. Əmir Teymurun ordusu Azərbaycanı fəth edən zaman ona müqavimət göstərən başlıca qüvvə məhz qaraqoyunlular olmuşdu. Əmir Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı yürüşə başlamasından istifadə edən Qara Yusif doğma yurdunu düşməndən azad etmək üçün hərəkət etmişdi. O, Avnik qalasında Teymuri qüvvələrini məğlub edərək əmir Atlamışı əsir almışdı. Dövrün mənbələri Əmir Teymurun Hindistan səfərində olmasından faydalanan Qara Yusif və Sultan Əhmədin itirilmiş torpaqlarını geri almağa səy göstərdiklərini yazırlar. Lakin 1399-cu ildə Əmir Teymurun "yeddiillik" səfərə çıxması onların bu cəhdini boşa çıxarmışdı. 1400-cü ilin ortalarında Qara Yusif və Sultan Əhməd Osmanlı sultanı Bəyazidə sığınmağa qərar verirlər və 8 ay Türkiyədə yaşayırlar.
Əmir Teymurun Qarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda Qara Yusifin öldürülməsi, təslim edilməsi, yaxud da ölkədən çıxarılması tələb edilmişdi. Osmanlı sultanı İldırım Bəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış bir qonağın qovulmasını amansızlıq və imansızlıq kimi qiymətləndirmişdi.
1402-ci ilin əvvəllərində Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin Bağdadı ələ keçirməsinə yardım etmiş və Hillədə möhkəmlənmişdi.
1403-cü il iyulun sonunda Qara Yusif Hillə yaxınlığında teymurilərlə döyüşdə böyük qəhrəmanlıq göstərsə də, məğlub olmuş və Suriyaya çəkilmişdi. Lakin Teymurun qəzəbindən qorxan yerli hakimin əmri ilə Qara Yusif və Sultan Əhməd Dəməşqdə bir il həbsdə qalmışlar. Onlar azadlığa çıxdıqdan sonra daim bir-birinə dost olacaqlarına and içirlər. Aralarındakı anlaşmaya görə Sultan Əhməd İraqda, Qara Yusif isə doğma yurdu Azərbaycanda möhkəmlənəcəyinə qərar verir.
1405-ci ildə Teymurun vəfatı xəbəri gələn kimi həbsdən buraxılan Qara Yusif ətrafındakı silahdaşları ilə vətəninə doğru hərəkət edir. O dövrün mənbələrinin yazdıqlarına görə, Qara Yusif yolda ayrı-ayrı əmirlərlə 180 dəfə döyüşə girir və qalib gəlir. Ağqoyunlu Qara Osmanla qarşılaşan zaman Qara Yusif ona bu məzmunda məktub göndərmişdir: "Biz hər ikimiz türkük. Bundan sonra bir- birimizə qarşı vuruşmamalı, bundan artıq bir-birimizi əzməməliyik. Bizlərdən hər birimiz düşmənlərimiz olan Rum (yəni osmanlılar) və cağataylarla (yəni monqollar) vuruşmalıyıq. Sən Şam və Ruma qarşı, mən də cağataylara qarşı vuruşmalıyıq".
Qara Yusifin bu məktubu milli özünüdərkimiz üçün mühüm əhəmiyyətə malikdir. Qara Yusif Azərbaycana hakim olmaq üçün teymurilərin qüvvələrini məğlub edərək Azərbaycanda onların ağalığına son qoymalı idi.
1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində Araz çayı sahilində Qaraqoyunlu və Teymuri qoşunları qarşı-qarşıya gəlirlər. Bu zaman Qara Yusif "Bizim şəxsi düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıq ikimizin qarşı-qarşıya gələrək vuruşmasındadır" deyərək düşmən sərkərdəsi Əbu Bəkri açıq döyüşə çağırır. Lakin o bu təklifdən imtina edir. Döyüşdə teymuri ordusu məğlub olur, Qara Yusif Təbrizə gəlir.
1408-ci il aprelin 21-də o, Təbriz yaxınlığında Sərdrud döyüşündə Miranşahın başçılıq etdiyi teymuriləri ağır məğlubiyyətə uğradır. Bu zəfərin mühüm tarixi əhəmiyyəti vardı, çünki bununla da teymurilərin Azərbaycandakı ağalığına son qoyulmuşdu.
Azərbaycan Qaraqoyunlu dövlətinin getdikcə güclənməsindən narahat olan Sultan Əhməd Cəlairi Qara Yusifin Anadoluya getməsindən istifadə edərək Təbriz üzərinə hücum etmiş, bununla nəinki Qara Yusiflə bağladığı əhdi pozmuş, həmçinin İraqda möhkəmlənməsində də dostu Qara Yusifin ona göstərdiyi yardımı lazımi səviyyədə qiymətləndirməyi bacarmamışdı.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığındakı Əsəd kəndində tərəflər arasında baş verən döyüşdə Qara Yusif tam qələbə qazanaraq Cəlairi monqol dövlətinə son qoymuş və beləliklə mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətinin yaradılması rəsmiləşdirilmişdi.
Qara Yusif Təbrizdə Azərbaycanın tanınmış adamlarından topladığı məclisdə oğlu Pir Budağı sultan, özünü isə oğlunun vəkili elan etmişdir.
Qara Yusif 1412-ci il dekabrın 19-da Kür çayı sahilində şirvanşah İbrahimi və Şəki hakimi Seyid Əhmədi məğlub edərək Şəki və Şirvanı özündən asılı vəziyyətə salmışdır. Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif dövrünün görkəmli sərkərdələrindən və tanınmış simalarından biri olmuşdur. Onun çox mükəmməl sərkərdə olmasını, igidliyini başda teymurilər olmaqla bütün düşmənləri də etiraf etmişlər. Qara Yusifin qələbələri artıq bütün Şərqdə "Azərbaycan qoşununun tüğyanı" kimi qiymətləndirilirdi.
Qara Yusif ölkəsində quruculuq işlərinə xüsusi diqqət yetirmiş, əhaliyə xoş münasibət göstərərək onları daim diqqətdə saxlamışdır. Qara Yusif savadsız olsa da, ləyaqətli insanları lazımi səviyyədə qiymətləndirməyi bacarmış və onlara xidmətlərinə görə etibar etmişdir. O dövrün qayrıaqları oxlaq və din baxımından Qara Yusifin kamil bir şəxsiyyət olduğunu göstərirlər. Osmanlı tarixçiləri yazır ki, Qara Yusif qan tökməyə və zülm etməyə meyilli deyilmiş.
Qara Yusifin mövqeyinin getdikcə güclənməsi Orta Asiya teymuri hökmdarı sultan Şahruxu narahat edir. Sultan Şahrux Azərbaycanı, İraqı Qara Yusifin əlindən almaq və onu asılı bir hökmdar halına salmaq məqsədi ilə 1420-ci il avqustun 25-də Heratdan 200 minlik ordu ilə Azərbaycana yürüşə başlayır. Sultan Şahruxun qaraqoyunlularla döyüşdən qabaq qələbə naminə Quranın Fəth surəsini 12 min dəfə əsgərlərinə oxutdurması faktı onun Qara Yusifə necə təhlükəli, ciddi bir rəqib kimi baxdığını təsdiq edir.
Teymuri hökmdarı Şahruxla savaşa qərar verən Qara Yusif xəstə olmasına baxmayaraq ordusunun Təbrizdə toplanmasına qərar verir. O, döyüşə getməzdən öncə oğlanlarına yazdığı məktublarda teymuri ordusundan çəkiniləcək bir şeyin olmadığını güstərir. Şübhəsiz, teymurilərin hərb üsullarını, döyüş qaydalarını, qüvvətli və zəif tərəflərini onun qədər bilən olmamışdır. Mənbələr yazır ki, o dövrün heç bir hökmdarının qoşunu Qara Yusifin ordusu qədər yaxşı silahlanmır və ərzaqla təmin edilmirdi, dövrün heç bir sərkərdəsi Qara Yusif qədər əsgərinə hərbi təlim keçmirdi. Mənbələr Qara Yusifin müəyyən hərbi-taktiki planlar hazırlaması haqda da xəbər verirlər.
Qara Yusif Təbririzdən ayrılarkən xəzinəsindəki bütün qızıllarını əsgərlərinə paylayır. Qaraqoyunlu qoşunu Təbrizdən cənubda Ucan şəhərinin şimal-qərbində yerləşən Səidabad kəndinə gələn zaman Qara Yusifin xəstəliyi daha da ağırlaşır. O, 1420-ci il noyabrın 13-də 65 yaşında vəfat edir.
Beləliklə, sultan Şahruxla gözlənilən döyüş baş tutur. Qara Yusifin cəsədi oğlu Cahanşah tərəfindən Ərcişə aparılaraq atasının yanında dəfn edilir.
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
- ŞƏRHLƏR