Telefonlar uşaqlarımızı dəyişir
Son bir neçə ildə mobil telefon nəinki orta, eləcə də ibtidai siniflərin dəhlizlərini, hətta sinif otaqlarını “işğal edib”. Mobil telefonlar valideynlər üçün haradasa sığorta vasitəsinə çevrilsə də, məktəblilər və gənclər üçün narkotik rolunu oynamağa başlayıb...
Mobil telefon yeniyetmələrin nəyinə lazımdır?
İlk öncə yeniyetmə dedikdə kimi nəzərdə tutduğumuzu müəyyən etməliyik. Əgər biz yeniyetmə dedikdə orta məktəbin aşağı sinif şagirdlərini nəzərdə tuturuqsa (sirr deyil ki, artıq bəzi valideynlər orta məktəbin birinci sinfinə gedən övladlarına da mobil telefon alırlar), onda bu zaman telefon valideyn üçün daha çox sığorta vasitəsinə çevrilir. Valideyn güman edir ki, istənilən zaman övladına zəng edə, onun harada olduğunu və nə iş gördüyünü öyrənə bilər. Uşaqlar isə mobil telefondan oyunlar və dostları ilə əlaqə kimi istifadə edirlər. Onların daha çox istifadə etdiyi isə SMS və kameralardır.
Bu əyləncə vasitəsi (telefon – red.) intuitiv şəkildə başqaları ilə əlaqəni hiss etmək üçün istifadə olunur (məsələn, internetə daxil olmaq). Bu, uşaqda tək olmadığı hissi yaradır, dərs günündən sonra evdə tək olanda stressdən yayınmağa kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, televiziya da «dayə» rolunu oynayır. Amma mobil telefonun kommunikasiya və interaktivlik qabiliyyətini heç bir digər müasir vasitə üstələyə bilmir.
Telefonlar uşaqlarımızı dəyişir
Mobil telefonların insanların davranışını, hətta xasiyyətini belə dəyişdiyi çoxsaylı tədqiqatlar nəticəsində sübuta yetirilib. Bu hal uşaqlarda özünü daha qabarıq biruzə verir. Bu zaman dəyişiklik sırf telefon funksiyaları ilə deyil, ümumiyyətlə yeni texnologiyaların (internet, şəbəkə oyunları və s.) tətbiqi ilə bağlıdır. Söhbət düşüncə prinsipi, bizi əhatə edən insanları və cəmiyyəti qavramağımız, təhsil, tərbiyə, şəxsiyyətin formalaşmasından gedir. Bu siyahını istənilən qədər uzatmaq da mümkündür.
Məsələn, oyun, sensor və mühərrik aspekti (bu zaman ancaq görmə, eşitmə qabiliyyəti və barmaqlar tələb olunur) ciddi səy göstərmədən və deduktiv düşüncə üsulu tələb olunmadan informasiyanı tez bir zamanda əldə etməyə imkan yaradır. Bütün bunların nəticəsi isə özünü tez bir zamanda sinifdə göstərir: səy göstərmək lazım gələn zaman uşaqlar tez bir zamanda təslim olurlar, bilik və təcrübə arasında əlaqə yaratmaqda çətinlik çəkirlər, fikirləri dağınıq olur, diqqəti cəmləyə bilmirlər, abstrakt biliklərə (yəni gündəlik həyatla bağlı olmayan biliklərə) maraq olmur və s.
Mobil telefon övladınızı özünə qapadır
Bəziləri üçün mobil telefon özünü ifadə etmək vasitəsidir. Onlar bu əşya olmadan özlərini daxilən boş, atılmış hiss edirlər. Eləcə də, sinif otağında mobil telefonlardan istifadəyə qadağa qoyulması uşaqlarda «məhrumiyyət» hissi yarada bilər. Belə bir «məhrumiyyət» hissinin yaratdığı iztirab elə böyük ola bilər ki, məktəblinin özünə qapanması və ətraf mühitdən təcrid olması baş verə bilər. Bununla yanaşı, bir çox hallarda onlar özləri etiraf edirlər ki, onlar əllərində mobil telefon olan zaman rasional qərar qəbul etməyi (məsələn, dərsdə SMS-ə cavab vermək deyil, müəllimə qulaq asmağı) öyrənməlidirlər və bu, heç də həmişə alınmır. Həm də ki, uşaqları rasional qərar qəbul etməyə heç kim öyrətmir.
Valideynlərin «telefonlu övlad» arzusu
Tədqiqatlar göstərib ki, uşağa mobil telefonun alınması təşəbbüsü 61 faiz halda uşağın özündən deyil, valideyndən gəlir. Bəs telefon həqiqətən uşağa lazımdır?
Sözsüz ki, uşağının mobil telefonu olması valideyn üçün çox vacibdir! Çünki bu zaman onda uşağına nəzarət etdiyi, onun yanında olduğu təəssüratı yaranır. Amma mobil telefon uşağın böyüməsinə də mane ola bilər. Çünki böyümək təkcə boyun və çəkinin artması demək deyil. Uşağın böyüməsi ilk növbədə müxtəlif həyat şəraitlərində müstəqil qərar qəbul etmək bacarığıdır. Əgər istənilən an, hətta ən xırda problem yarananda belə valideynə zəng etmək imkanı varsa, uşaq müstəqil böyüyə bilmir və asılı vəziyyətə düşür. Beləliklə, mobil telefon infantilliyə gətirib çıxara bilər.
Eyni zamanda, mobil telefon gənclər üçün kifayət qədər faydalı ola bilər. Sözsüz ki, yeniyetmə dövründə telefondan həddən ziyadə istifadə etməmək şərtilə. Bu dövrdə mobil telefonun xeyri onunla izah edilir ki, yeniyetmə dostları və həmyaşıdları ilə əlaqə qurmalıdır. Eyni zamanda, uşağın valideynləri ilə fiziki əlaqəsinin getdikcə minimuma enməsi qaçılmazdır. Bu zaman mobil telefon həmin uçurumun yarandığı zaman həyat təcrübəsi toplamağa kömək edən vasitəyə çevriləcək.
Kamal Gürşad
XƏBƏR LENTİ
Hər gün edilən 7 səhv
Rusiyanın qadağasının Azərbaycana aidiyyəti yoxdur?
Dəfnindən 5 gün sonra evə qayıtdı
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Min dərdin bir dərmanı
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Yığılan kalorini necə atmaq olar?
Bu gündən Bakıda bayram yarmarkaları təşkil olunur
Məşhurların 14 fevral paylaşımları
Görənlər 70 yaşı olduğuna inanmır - FOTO
Bankok sakinləri havasız qaldı-FOTO
Yerə asteroid yaxınlaşır
Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü
Burak və Fahriyə 18 milyonluq ev alır-FOTO
"Razılaşmaya baxmayaraq Ermənistan atəşkəsi pozur"
Zibildən pul qazana biləcəyik
Sərnişindaşımada YENİ sistem
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Kylie və Kendall Jenner dəbli geyimləri ilə tətildə
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
Asiya səyahəti
Pazllar ("Süngər Bob")
Kasilyas etiraf etdi
Prezident İlham Əliyev Qabriel Qarsiya Markesin vəfatı ilə bağlı başsağlığı verdi
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Leçolu-toyuqlu pide (foto resept)
96 yaşlı veterandan GÖZLƏNİLMƏZ ADDIM-FOTO
Mehriban Əliyeva: “Heydər Əliyev Fondu Qarabağ torpağında dini abidələrimizin bərpası üzrə layihəyə başlayır”
Qayalar üstündə möhtəşəm qala
Yeni 10 manatlıq əskinaslardan qorxanlar var-FOTO
Üzgüçülərimizdən 2 qızıl, 1 gümüş medal
Sadə lazanya (foto-resept)
Azərbaycan etiraz etdi
Kartof Frii (foto resept)
Gözlərindən görürəm (test)
Öz səsimizi niyə bəyənmirik?
Bu tərəvəzlər immuniteti gücləndirir
Bakıda nadir təbiət hadisəsi
Bu, vakant yerdən imtina hesab olunacaq - Müəllim olmaq istəyənlərə XƏBƏRDARLIQ
Mayın 7-10-da bu yollar bağlanacaq
Hava haqqında
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Qarabağın yalnız bir həlli yolu var
Azərbaycan ən çox hansı ölkəyə və nə ixrac edir?
Yanacaq dolu qatar relsdən çıxdı.
Gözəllik içkiləri
İkimərtəbəli qatarların iyunun 5-nə kimi istismarı nəzərdə tutulur
Məşhur cütlük barışdı-FOTO
Tənha, rahat istirahət üçün
Qoz maskası
- ŞƏRHLƏR