Qadına xas olan elementlərdən söz etməzdən əvvəl bu qadına xaslığın necə bir şey olduğunu təsvir etmək lazımdır. Qadınlıq anatomik bir həqiqətdir, amma eyni zamanda bu anatomik həqiqətin və bu həqiqətə yoldaşlıq edən impulsların birləşməsiylə ortaya çıxan bir ruhilik var. Eyni zamanda bütün bu psixocinsəlliklə yanaşı, onu formalaşdıran ictimailik var. Kiçik qızın, gənc qızın və daha sonra qadının, cəmiyyətlərin, birliklərin obrazlarında müəyyən və təyin olunmuş yeri var. Məsələn, "xanım-xatın qadın" obrazı. Bu qadın yerini yaxşı bilən, ağlına gələni söyləmək yerinə sözləri və cümlələri seçən, 40 dəfə ölçüb-biçən qadındır. Bu obraz eyni zamanda qadının sahib olması lazım olan xüsusiyyətlərini də vurğulayır. Belə qadına gülmək, qaçmaq, sərbəst danışmaq yaraşmaz. Bu xanım-xatın qadın içindən gəldiyi kimi qəhqəhə çəkməyən, cinsəlliyə iyrənc bir şey kimi baxan, nevroz bir qadındır eyni zamanda.
Qadınları dəyişən bir çox daha başqa obrazlar da mövcuddur. Bu qadınları daha yaxından tanımaq istəyənlər Freydin Breuerlə birlikdə hazırladığı "İsteriyanın araşdırılması" əsərini oxuya bilərlər. Bu kitab 1895-ci ildə Vyanada çap edilib. Əsərdə 5 isterik qadının hipnoz və təlqinlə müalicəsini ehtiva edən psixoanalizin əvvəli kimi təyin olunan dövrü işıqlandırılır. Lakin kitab eyni zamanda müəyyən bir sosial səviyyəyə sahib olan şəhərli, nevrozlu qadınları izah edən tarixi bir roman xüsusiyyətindədir. Bu qadınların hamısının fiziki nöqsanları vardır. Kimi qismən iflic, kimi depressiv, kimi yorğun, əldən düşmüş və həyatdan əlini çəkmiş vəziyyətdə idi. Bu qadınların ortaq bir xüsusiyyəti vardı: xəyal dünyalarını və şəxsi həyatlarını Freyd və Breuerə açıqlayırdılar.
Bir qadın kişi həkimə həyatının ən məhrəm nöqtələrini, kimsəyə izah edə bilmədiyi ailə sirlərini, yüksək səslə danışa bilmədiyi həyat əhvalatını dilə gətirərkən, o kişi həkim nə edir? Breuer böyük bir fədakarlıqla və səbirlə bu əhvalatları dinləyir və əfsanəvi xəstəsi Anna Oya ehtirasla bağlanır. Amma bu bağın erotik mənşəyini görməməzliyə vurur və xəstəsindəki erotik xüsusiyyətdən qorxur. Bir başqa deyimlə, xəstəsi ona aşiq olunca qorxub qaçır. Amma Freyd bu əhvalatları dinləyərkən bu qadınlara, hardasa qibtə edir və onlar kimi olmaq istəyir. Yəni onlar kimi birinə ən gizli sözlərini, uşaqlığını izah etmək istəyir. Və yuxularını izah edən qadınlar kimi öz yuxularını qeyd etməyə və özü-özünü analiz etməyə başlayır. Yazmaq Freyd üçün eynilə həkimlik və elmi araşdırmaçılıq kimi özünü ifadə etməyin bir yolu idi. Yalnız 1897-1900-cu illər arasında Freydin öz-özünü sistematik bir analizə tabe etdiyi deyilir. Oscar Rie ilə birlikdə çap etdirdiyi 220 səhifəlik monoqrafiyası, 168 səhifəlik iflic xəstələrini araşdıran dərs kitabı, nevrologiyaya aid 168 səhifəlik və 14 səhifəlik bibliografik kitabı, Charcot və Bernheimin fransızcadan almancaya çevirdiyi 3 kitabı və nevroloji ədəbiyyatı əhatə edən 83 məqalə də nəzərə alınsa, onun haqqında müəyyən fikir formalaşa bilər. Təbii ki, öz-özünü analiz etdiyi illərdə, yəni xüsusilə yuxularını araşdırdığı illərdə "Yuxuların şərhi" adlı əsərini də hazırlayırdı.
Yenidən Freydin yuxularını izah edən qadınlara qibtə etməsinə geri dönsək, onun bu qadınlarla qaynaşmasını nəzərə alsaq, bu qaynaşma onun yaradıcı hərəkətinin ilk addımı sayıla bilər. Freyd yuxularını yazmaqla qalmır, onları yoldaşı Fliessə göndərir və özü üzərində kəşf etdiklərini ona izah edir.
Fliess 1887-ci ildə Vyanaya gəlmiş gənc bir həkim idi. Onunla bir konqresdə tanış olan Freyd ondan çox təsirlənir və 24 noyabr 1887-ci il tarixli məktubunda "Məndə dərin bir təsir buraxdınız" yazır. Aralarında təxminən 13 il davam edən yazışmaolur. Bu yazışmalar başlanğıcda Freydin xəstələrini izah etdiyi bir platforma idi, getdikcə şəxsi həyatlarından dostcasına söhbətlərə çevrilir. Bayramlarda bir-birlərinə və ailəüzvlərinə hədiyyə yollayırlar. Daha sonra "konqres" adını verdikləri görüşmələri davam edir. Bu yazışmaların birində Freyd Fliessə "Necə oldu ki, sizin diqqətinizi çəkməyi bacardım"soruşur və "Əgər zamanınız və fürsətiniz varsa, sadiq dostunuzu ziyarət edin" deyə əlavə etmişdi. 1890-cı ildə Freyd Fliessin Berlinə dəvətini qəbul edir. O, Fliessin xəstələrlə görüşlərini ləğv etməsini və bütün zamanını ona ayırmasını tələb edir. 1887-1891-ci illər arasındakı yazışmaların ana mövzuları cinsəllik və hamiləlikdən qorunma, orqanik və ruhi etiologiyalarını bir-birindən ayırma çətinliyi, ölüm və günahkarlıq mövzuları ətrafında olub. Freyd həmin zamanlar 2 uşaq atası olmasına baxmayaraq, Fliessə qarşı passiv və qadına xas bir tutumu vardı. Məsələn, Fliessin cavabları gecikdikdə onu tənbeh edər, ona tez-tez iltifat edər və tələblərini israrla təkrarlayardı. Tələblərinin çoxu yazılarının oxunub müzakirə edilməsi tələbi idi. Və Freydin həmin illərdə işlərini paylaşdığı tək adam Fliess idi. Freydin hardasa sevgilisinə yazırmış kimi tələbkar tonu, bəzən sözünün yerə düşməsindən qorxan bir aşiqin çarəsizlik ifadələri Fliessə qarşı olan qadına xas tonu haqqında bizə məlumat verir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yeni il üçün avakado salatı(foto resept)
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
Saç rəngini açan soğan qabığı
ABŞ-dan Dağlıq Qarabağ çağırışı
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Kadırov "WhatsApp"a qarşı
Leyla Əliyeva Ağalarovlar ailəsi ilə “Jara”nın FİNAL gecəsində - FOTO
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Qadınlarla kişilər bərabərləşdilər
Ürək-damar xəstəliklərini aradan qaldıran meyvə
Depressiya bizi necə qocaldır?
Azərbaycan tarixindən yüz şəxsiyyət-13
"Zarafatı"na görə həbs edildi-FOTO
817 dollarlıq maşınla dünyanı dolaşdılar
Dünyanın ən maraqlı gölləri
Subaru Outback təzələndi
Köklük xərçəngə qarşı
Bu qəsəbədə bu gün qaz olmayacaq
Xocalı soyqırımı bəşəriyyətə qarşı ən qanlı cinayətlərdəndir
Portağal yağının faydaları
Şəkər xəstəliyini əməliyyatla müalicə etmək olacaq
Zolaqlı pəhriz - Rahat arıqlama
Hava xəbərdarlığı edildi
Günün qoroskopu: ailədə, evdə yeniliklər ola bilər
Məcburi köçkünlərə qurban əti paylanılıb
Samsung indi də Tzen-ə başlayır
Almaniyada ilk peyvənd 101 yaşlı qadına vuruldu
Azərbaycandakı zəlzələnin səbəbkarı tapıldı
"Real"la "Barselona"nın oyunlarının hakiminə sərt cəza
Nefrotik sindrom
"İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"
Orqanizminizi qışa hazırlayın
Filippinli rəssamın əl işləri
Xiaomi Mi-2 rekord vurur
HAVA necə olacaq?
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ
Günəş tutulacaq
Dəyərli işçini necə saxlamaq olar?
Ana südünü artırmağının yolları
Məşhur aktyordan nümünəvi addım
"Mən bəzi liderlər kimi saçımı boyatmıram"
Hamilə olmaq şansını necə artıraq?
Beyini skanı intihar barədə məlumat verə bilər
Bakı-2015: Bu sevgi türkləri heyran etdi
Bu məhsulun qiyməti xeyli enəcək - NAZİRLİKDƏN AÇIQLAMA
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Xaricdə təhsil almaq istəyənlərə müjdə
ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb
Hamilələr daha ağıllıdırlar?
Dağlıq Qarabağ münaqişəsi - 2: Alov qalxacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]