
"Zəmanə dəyişir" sözü nə qədər çeynənmiş olsa da, o söz dünyada və şəhərimizdə hər kəsə aiddir. Bir zamanlar həyətdə oynayan uşaqları anaları evlərinə çağırmaq üçün eyvana çıxırdılar. Hərdən anamızın "Gəl evə!" səsinə görə də darıxırıq. O səsi min səsin arasından da seçə bilirdik. İndi isə analar uşaqlarını mobil telefona zəng vurmaqla çağırırlar. Milli.Az Day.Az-a istinadən bildirir ki, bunların səbəblərindən biri də ataların birinci sinfə gedən uşaqlarına həvəslə mobil telefon almasıdır. Atalar bunu edirlər ki, övladlarının anaları ilə ünsiyyətini rahatlaşdırsınlar. Bu arqumenti gətirən adamlar məktəbli üçün mobil telefonun vacib olduğunu iddia edirlər. Haqlı da ola bilərlər. Çünki mobil telefonu olan uşaq ilə hər zaman əlaqə saxlamaq, onun nə vaxt dərsdən qayıdacağını bilmək olar. Hər hansı səbəbdən bu ünsiyyət itdikdə valideynlər həyəcan təbili çalmağa başlayırlar. Uşağın mobil telefon gəzdirməsinə qarşı olanlar isə deyirlər ki, telefon uşağın dərslərinə, dərsə davamiyyətinə mənfi təsir göstərir. Uşaqlar mobil telefonla oyun oynayır, sosial şəbəkələrdə vaxt keçirirlər. Bir sözlə, hər şey edirlər ki, dərs oxumasınlar. Bununla belə, əziz valideyinlər, hər şey sizin əlinizdədir. Təkcə böyüklərlə deyil, uşaqlarla da razılığa gəlmək olar. Əgər siz uşağa telefon verib-verməmək problemini həll edə bilmirsinizsə, deməli, uşağın gələcəkdəki tərbiyəsində də çətinlik çəkəcəksiniz. Digər tərəfdən, valideynlər dərs zamanı işlətdiyinə görə müəllimin uşaqdan telefonu almasına hazırdırlarmı?
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR