Qadin.NET / Məktəbliyə mobil telefon lazımdırmı?

Məktəbliyə mobil telefon lazımdırmı?

 

 

"Zəmanə dəyişir" sözü nə qədər çeynənmiş olsa da, o söz dünyada və şəhərimizdə hər kəsə aiddir. Bir zamanlar həyətdə oynayan uşaqları anaları evlərinə çağırmaq üçün eyvana çıxırdılar. Hərdən anamızın "Gəl evə!" səsinə görə də darıxırıq. O səsi min səsin arasından da seçə bilirdik. İndi isə analar uşaqlarını mobil telefona zəng vurmaqla çağırırlar. Milli.Az Day.Az-a istinadən bildirir ki, bunların səbəblərindən biri də ataların birinci sinfə gedən uşaqlarına həvəslə mobil telefon almasıdır. Atalar bunu edirlər ki, övladlarının anaları ilə ünsiyyətini rahatlaşdırsınlar. Bu arqumenti gətirən adamlar məktəbli üçün mobil telefonun vacib olduğunu iddia edirlər. Haqlı da ola bilərlər. Çünki mobil telefonu olan uşaq ilə hər zaman əlaqə saxlamaq, onun nə vaxt dərsdən qayıdacağını bilmək olar. Hər hansı səbəbdən bu ünsiyyət itdikdə valideynlər həyəcan təbili çalmağa başlayırlar. Uşağın mobil telefon gəzdirməsinə qarşı olanlar isə deyirlər ki, telefon uşağın dərslərinə, dərsə davamiyyətinə mənfi təsir göstərir. Uşaqlar mobil telefonla oyun oynayır, sosial şəbəkələrdə vaxt keçirirlər. Bir sözlə, hər şey edirlər ki, dərs oxumasınlar. Bununla belə, əziz valideyinlər, hər şey sizin əlinizdədir. Təkcə böyüklərlə deyil, uşaqlarla da razılığa gəlmək olar. Əgər siz uşağa telefon verib-verməmək problemini həll edə bilmirsinizsə, deməli, uşağın gələcəkdəki tərbiyəsində də çətinlik çəkəcəksiniz. Digər tərəfdən, valideynlər dərs zamanı işlətdiyinə görə müəllimin uşaqdan telefonu almasına hazırdırlarmı?

Mənbə: Milli.Az

24 oktyabr 2013
GO BACK