
AzərTAc xəbər verir ki, noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul etmişdir. İnamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən Prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğuladı. Dövlətimizin başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirdi. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini dedi. Dövlətimizin başçısı müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və ardıcıl iş apardığını bildirdi. Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan Prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu dedi. Dövlətimizin başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd etdi. Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirdi. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirdi. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini dedi. Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğuladı. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirdi. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söylədi və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğuladı. Sonda xatirə şəkli çəkdirildi.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Spaqetti" (foto-resept)
XANIMLAR, DİQQƏT: Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz
Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO
Günün ulduz falı
Səhiyyə Nazirliyindən gənc analara XƏBƏRDARLIQ: COVID-19 diaqnozu qoyulsa belə...
HAVA necə olacaq? 21 Mart
ABŞ ermənilərə "od qoydu"
Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma
Azərbaycan Ordusunun çavuşu şəhid oldu - Rəsmi
“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər” - Rayona gedənlərin NƏZƏRİNƏ/VİDEO
Xərçəngin səslə müalicəsi - İnanılmaz effekt
Nazirlər Kabineti rəsmisi: “Aprelin 20-dən sonra...” - VİDEO
Qarğıdalı çörəyi (foto-resept)
Parisdə uçan taksilər istifadəyə veriləcək
18 yaşadək nikaha girən gəlin və bəylərin sayı azalıb
Moskvada məktəblərə davamiyyət sərbəst rejimə keçdi
Sandra Bullok gizlincə ərə getdi-FOTO
Bu avtobuslarda gediş haqqı endirildi
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Hobbi
Melaniya Tramp Ağ Evi bəzədi - VİDEO - FOTO
15 yaşlı milyarder - FOTOLAR
Azərbyacanda ən çox yayılan xəstəliklər
Azərbaycanın bu il məhsul idxal və ixrac etdiyi əsas ölkələr - SİYAHI
Bu oğlan Putinin rəsmi DJ-yidir
Dahi yazıçını əridən qadın...
Vərəmdən qurtulanların sayı nə qədərdir?
Məşhur müğənni ata olmaq istəyir-FOTO
Bəhram Bağırzadədən Bakı merinə təklif
5 möhtəşəm oval dırnaq manikürü
Ancelina Colinin hesabı bağlandı-SƏBƏB
Köhnə geyimlərdən yeni don tikdi
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində bir nəfər mülki şəxs yaralanıb - RƏSMİ
Qeyri-adi əşyalar
Kosmosa misilsiz uçuş təklif olunur
Qan azlığına xeyirli olan qidalar
Qarın əritmənin sirləri
Nəhəng idmançı 472 kq qaldırdı
Əfsanə nikah: 103 yaşlı bəy və 99 yaşlı gəlin
"Azəriqaz" istehlakçıların smart-sayğaclarla təchizatını davam etdirir
İlk Qış Olimpiadası
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
Bakıda "çolaq" işıqfor
Günün qoroskopu:Səbrli olun!
Gözəl donlar
Neon dırnaqlar
Bu gecə "Eurovision 2016"nın qalibi məlum olacaq
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]