Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Uzun Həsən
(1424-1478)
Nüsrətəddin Əbu-Nəsr Həsən bəy 1424-cü ildə Azərbaycanın bayandur tayfasında anadan olmuşdur. Hələ erkən orta əsrlər dövründə Azərbaycan ərazisində məskunlaşmış bu türkdilli tayfa səlcuqların və monqolların yürüşləri nəticəsində Göyçə gölü, Şərqi Anadolu sərhədi və Dəclə və Fəratın yuxarı axarı arasında möhkəmlənmişdi. XIV əsrin sonunda fəallaşan tayfa tədricən Ağqoyunlu tayfa birliyi adı ilə tanınan türkdilli tayfalardan ibarət güclü ittifaq yaratmışdır. Həsən bəy bu tayfa birliyini idarə edən ailədə anadan olmuşdur. Həsən bəy uşaq yaşlarından hərb işinə aludə olmuşdur. Uca boyu, fövqəladə fiziki gücü və eyni zamanda nəhəng zahiri görkəmi ona "Uzun Həsən" adının verilməsinə səbəb olmuşdur. Onun uşaqlıq və gənclik illərini təsvir edən XV əsr salnaməçisi Əbu-Bəkr Tehrani yazırdı ki, Uzun Həsən olduqca sadə həyat tərzi sürür, bəy olsa da, təkcə bəylərlə deyil, sadə insanlarla da əlaqə saxlayır, durub- otururdu. Hamı ilə birlikdə əziyyətlərə qatlaşan Uzun Həsən özünə qarşı hansısa xüsusi şəraitin yaradılmasını tələb etmir və bununla dövrün bir çox şəhzadələrindən seçilirdi. 1434-1453-cü illərdə dövlət yaratmağa yaxın olan Ağqoyunlu tayfa birliyi bu yolda qonşu və qohum tayfa birliyi olan Qaraqoyunluların yaratdığı eyniadlı dövlətlə toqquşur və Azərbaycanda möhkəmlənə bilmir. Bununla belə, Diyarbəkri özünə mərkəz seçən tayfa birliyi regiona nəzarət etmək fikrindən dönmür.
1453-cü ildə Uzun Həsənin atası vəfat edəndən sonra anaları Sara xatun oğulları arasında az qala başlanacaq ara müharibəsinin qarşısını alır. Öz biliyi və müdrikliyi ilə seçilən bu qadın Azərbaycanın orta əsr tarixində xüsusi yer tutur. Tayfa birliyinin başında möhkəmlənən Uzun Həsən regionun ticarət yollarını nəzarət altına almaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Artıq bu dövrdə o, dəfələrlə sayca üstün olan düşməni məğlub edərək mahir sərkərdə kimi şöhrət tapır. Döyüşlərdə müxtəlif hərbi hiylələr tətbiq edən Uzun Həsən özü də biləvasitə hərb meydanında iştirak edirdi. Ağqoyunlu tayfa birliyinin genişlənməsi və möhkəmlənməsi Qaraqoyunlu dövlətinin başçısı padşah Cahanşahı narahat edir və o, 1467-ci ildə Uzun Həsənə qarşı yürüşə başlayır. Həmin ildə Muş döyüşündə Uzun Həsən qalib gəlir, Cahanşah həlak olur.
1468-ci ildə Təbrizi tutan Uzun Həsən Qaraqoyunlu dövlətini ləğv edir, əvəzinə Azərbaycan Ağqoyunlu dövlətini yaradır. Bu dövrdə Azərbaycana Teymurilər dövlətinin başçısı Əbu Səid yürüş edir. Onun məqsədi Əmir Teymurun dövlətini bərpa etmək, Azərbaycanı və ətraf əraziləri zəbt etmək idi. Özünü mahir diplomat kimi göstərən Uzun Həsən Əbu Səidin müttəfiqlərini ondan uzaqlaşdırmış, özü isə Ərdəbil hakimi Şeyx Heydər və şirvanşah Fərrux Yasarın qismində müttəfiq qazanmışdı.
Nəticədə 1469-cu ilin əvvəllərində baş vermiş Mahmudabad döyüşündə Əbu Səid məğlub edilir və öldürülür. Mərkəzləşmə siyasəti yürüdən Uzun Həsən Azərbaycan Ağqoyunlu dövlətini gücləndirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Ölkənin iqtisadi həyatını dirçəltmək və vergi toplanmasını nizama salmaq məqsədi ilə onun başçılığı altında "Qanunnamə" adlı qanunlar toplusu yazılmışdır (ona "Həsən padşah qanunları" da deyilir).
Dövlətin məşhur iqtisadçı və hüquqşünasları tərəfindən burada toplanmış qanunlar dövrün tələblərinə tam cavab verirdi. Belə ki, sonralar Səvəfi hökmdarları və Osmanlı sultanı Sultan Süleyman öz qanunlarını tərtib edərkən Uzun Həsənin "Qanunnamə"-sindən istifadə etmişdilər. Görülən tədbirlər sayəsində hərbi-köçəri əyanların imtiyazları məhdudlaşdırıldı və mərkəzi hakimiyyətə qarşı çıxanlar məğlub edildi. Daimi nizami qoşun yaratmaq məqsədi ilə qoşunlara aylıq məvacib təyin edildi. Uzun Həsənin dövründə dövlətin ərazisi Qafqaz sıra dağlarından Fars körfəzinədək, Xorasandan Mərkəzi Anadoluyadək uzanmışdır.
Uzun Həsənin dini siyasəti ölkənin möhkəmlənməsinə yönəldilmişdi: dövlətin əsas dininin faktiki sünnilik olmasına baxmayaraq şiələr təqib olunmurdu. O hətta bacısını şiələrin lideri Şeyx Cüneydə, qızı Aləmşah Bəyimi isə (I Şah İsmayılın anası) Cüneydin ölümündən sonra onun oğlu Şeyx Heydərə ərə vermişdi. Dövlətin ən məşhur din xadimləri Uzun Həsənin əmri ilə müsəlmanların müqəddəs kitabı "Quran"-ı Azərbaycan dilinə tərcümə etmişdilər. Bu addım islami biliklərin sadə əhaliyə çatdırılmasında mühüm addım idi.
Avropa dövlətləri və Rusiya ilə daimi diplomatik əlaqələr yaradılmış, Təbrizdə onların səfirlikləri, bəzi Avropa şəhərlərində isə Ağqoyunlu səfirlikləri açılmışdır. Geniş quruculuq işləri aparan Uzun Həsəndən dövrümüzə bir çox abidələr qalmışdır. Həsən-Keyf qalası, Təbrizdə Nəsriyyə məscidi, onun nəzdində fəaliyyət göstərən mədrəsə və bir çox digər dini və ictimai binalar Uzun Həsən tərəfindən inşa etdirilmişdir. Təbrizdə ucaldılmış Qeysəriyyə bazarı bir zamanlar dünyanın ən böyük üstüörtülü bazarı hesab olunurdu. Uzun Həsənin sarayında elmi məclis fəaliyyət göstərir, burada 58 alim çalışırdı. Onun yaratdığı xüsusi ansamblda 98 musiqiçidən əksəriyyətini aşıqlar təşkil edirdi.
Avropa ilə ticarət əlaqələrini günü-gündən genişləndirən Uzun Həsən eyni zamanda kompleks tədbirlər həyata keçirir. Belə ki, Osmanlı dövləti Avropaya yolları bağladıqda aydın olur ki, ənənəvi Böyük İpək yolu marşrutu qapanıb. Odur ki, yolun mərkəzində yerləşən Azərbaycana böyük zərər dəyir (digər Şərq ölkələri də bundan əziyyət çəkirdi). Uzun Həsən Qara dənizin cənub sahillərində yerləşən Trabzon imperatorluğu vasitəsilə Avropa ilə əlaqə yaratmağa çalışır. Bu məqsədlə o, imperator IV İoanın qızı Despinə xatunla evlənir. 1461-ci ildə osmanlı qoşunu Trabzona hücum edəndə hələ Qaraqoyunlularla vuruşmalara başı qarışan Uzun Həsən başda anası Sara xatun olmaqla diplomatik danışıqlara nümayəndə heyəti göndərir. Osmanlıların yürüşə toplar götürməməsindən xəbərdar olan Uzun Həsən danışıqlar yolu ilə onları yubatmaq və bundan istifadə edib qoşunları ilə Trabzona doğru irəliləməyi planlaşdırır. Lakin Trabzon imperatoru Trabzonu osmanlılara döyüşsüz təslim etdiyindən Sara xatunun missiyası əhəmiyyətini itirir.
Bununla belə 1461-ci ildə Yassıçəməndə Ağqoyunlularla osmanlılar arasında müqavilə imzalanır: osmanlılar Trabzon şəhərini, Ağqoyunlular isə onun bütün xəzinəsini götürürlər. Avropaya yol açmaq fikrindən dönməyən Uzun Həsən Aralıq dənizi limanlarından istifadə etmək qərarına gəlir. Danışıqlardan sonra Venesiya Respublikası, Macarıstan, Neapol krallığı, Papalıq, Rodos, Kipr, Burqundiya hersoqluğu, Qaraman əmirliyi ona qoşulur. Onlar müharibə zamanı osmanlılara qərbdən zərbə vuracaqlarına söz verirdilər.
1472-ci ildə Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında birgə mübarizə haqqında Təbriz müqaviləsi bağlanır. Digər Avropa dövlətləri bu müqaviləyə qoşulmur və gözləmə mövqeyi seçirlər. 1472 - 1473-cü illər Ağqoyunlu-Osmanlı müharibəsi hər iki dövlətin var qüvvələrinin səfərbər edilməsini tələb edirdi. Ağqoyunlu qoşunu Osmanlı dövlətinin lap içərilərinə qədər irəliləyir və Aralıq dənizinin sahilində yerləşən Qaraman vilayətinə çatır. Lakin Venesiya öhdəliklərini yerinə yetirmədiyi üçün Ağqoyunlu dövlətinin planları pozulur. 1473-cü ildə baş vermiş birinci döyüşdə (Malatya döyüşü) Uzun Həsən qalib gəlir, lakin ikinci döyüşdə (Otluqbeli döyüşü) məğlub edilir. Aydın olur ki, Ağqoyunlu qoşunları bütün Osmanlı dövlətinin ərazisini yarıb Avropaya çıxış əldə etmək iqtidarında deyil. Bunu başa düşdükdən sonra Uzun Həsən Suriya və ya Gürcüstanı məğlub edib ya Aralıq dənizi, ya da Qara dəniz vasitəsilə Avropaya çıxış əldə etmək qərarına gəlir. O, Urfa və Amid şəhərlərinin yaxınlığında Suriyanı nəzarət altında saxlayan Misir məmlük dövlətinin qoşunlarını məğlub edir. Daha sonra isə gürcü çarlarını da məğlub edir. Lakin qələbələrinin nəticəsini görə bilmir.
Uzun Həsən 1478-ci ildə Təbrizdə vəfat edib və Nəsriyyə kompleksində dəfn olunub.
XƏBƏR LENTİ
Möhtəşəm ziyafət çantaları
Qış gəlinləri üçün xüsusi gül buketləri
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Bulvarda yeni atraksionlar
Meymun aparıcının üstünə cumdu-VİDEO
Rusiya alimləri mümkünsüzü mümkün etdilər
Ağıllı fincan hazırlanır
İncə bədənli xanımlar necə geyinməlidir
Təcrübəsiz sürücülərə məsləhətlər
Jennifer Lopez yeni klipini təqdim etdi
Türkiyədə evdən çıxmaq qadağan olundu
Çində robotlar arasında mübahisə düşdü - VİDEO
Oğlu İbrahim Tatlısəsi ifşa etdi - FOTO
Türkiyədə karantin yenidən SƏRTLƏŞDİRİLDİ
Sevdiyin yeməklərlə pəhriz saxla
Ermənistan Kürə zəhər axıdır
Həftənin ilk iş günü hava necə olacaq?
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Roma Papası qondarma “soyqırım” tədbirlərinə qatılmayacaq
Nazirlikdə işləmək istəyənlər imtahan verdi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Yeni silahlar Qarabağa yerləşdirilir
Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Ağızda əriyən limonlu tort (foto resept)
Apple Çində lider mövqedədir
Bu da internetlə bağlı statistika
Qızcığazlar və gəlinciklər
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Ayaqqabılar haqqımızda nə deyir?
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
Məşhur futbolçu ebolaya yoluxub?
Ledi Qaqa bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Gənc xanımlar üçün donlar
Trampın sükutu erməniləri narahat edib: “Heç olmasa bir “tweet”…”
Qeyri-adi sırğalar
Günün ulduz falı
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Mehmet Ali Erbil 225 gündən sonra evə qayıdacaq
Məşhur aktrisa prokurorluqda -FOTO
Milli Şuradan istefalar gözlənilir
Məhəmməd Əlinin oğurlanmış əlcəyi tapıldı - FOTO
Yer üzünün ən gözəl qızları - FOTO
Sızanaqlar üçün 3 maska
Aclıq güc gələndə...
Azərbaycanın kino tarixində ilk
Tərəvəzli krep (foto-resept)
Saç düzümləri
- ŞƏRHLƏR