Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində fevralın 23-də Pio-Klementino muzeyində olub. Burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən abidələrə və incəsənət nümunələrinə baxış olub.
Pio-Klementino muzeyinin əsası məşhur yunan-Roma incəsənət əsərlərinin qorunması məqsədilə XVIII əsrdə Papa XIV Klimentin və Papa VI Piyanın tapşırığı ilə qoyulub. Muzeydə minlərlə qədim incəsənət nümunələri qorunur, lakin onların arasında yunan mifologiyasında baş tanrı hesab olunan Zevsin heykəli daha çox maraq doğurur.Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən, mərmərdən hazırlanmış və Roma imperiyası dövrünə aid olan bu heykəl mifik hekayələri və tarixi stilistikanı özündə əks etdirir. Vatikan Muzeyinin direktoru Antonio Paolucci bildirib ki, Zevsin bərpa olunan heykəlinin əsas elementləri qartal, hakimiyyət, ildırım və taxt-tacdır.
Hakimiyyətin və gücün rəmzi olan Zevs əlində üzərində qartal dayanmış çubuq və qalibiyyəti əks etdirən qızıl və fil sümüyü tutub. Heykəlin yaratdığı təəssürat gücü, qüdrəti və hakimiyyəti təcəssüm etdirir.Yunan mifologiyasında Zevs, Roma mədəniyyətində Yupiter, Şərqdə isə Ahur Məzda kimi tanınan bu mifik varlıq qədim mənbələrdə xeyir və şərin paylayıcısı kimi təqdim olunur.A.Paolucci Heydər Əliyev Fonduna və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi. Mehriban Əliyeva bundan sonra da müvafiq sahədə işlərin davam etdiriləcəyini diqqətə çatdıraraq dedi:- Mən ilk növbədə muzeyin direktoruna və bütün əməkdaşlarına bəşəriyyət üçün dəyərli əsərlərin qorunmasına, gələcək nəsillər üçün saxlanılmasına görə dərin minnətdarlığımı bildirirəm. Mən çox xoşbəxt adamam ki, dəfələrlə Vatikanın muzeylərində olmuşam və hər dəfə buraya gələndə fikirləşirəm ki, mən nə zaman yenidən buraya dönəcəyəm. Fəxr edirəm ki, rəhbərlik etdiyim Fond burada qorunan abidələrin bərpasına öz kiçik töhfəsini verir. Mən sizə bu əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.Vatikanın dövlət qubernatoru, kardinal Cuzeppe Bertello Azərbaycan dövlətinə və xüsusən də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi. O, Azərbaycan-Vatikan əlaqələrinin inkişafında bu cür dialoqların davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva da ölkəmizin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırdı.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Tərəvəz şorbası (foto resept)
İllərin təsirini göstərən şəkillər
Geyimdə uyğunluqlar
Göz makiyajı nümunələri
E vitaminin saçlara faydaları
Bakının buludlara çatan minarələri (FOTO)
Məşhur aparıcı meşə aldı-FOTO
Bürclərə görə 2019-cu ilin ən şanslı cütlükləri
Günün qoroskopu: problemlər sanki yarışa giriblər
Çimərliklərdə süni qiymət artımı var
Limon içlikli peçenye (foto resept)
Mayasız çörək (video-resept)
Yanıqlara qarşı ilkin yardım necə edilir?
Pareidoliya
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
Sürücülər DİQQƏT - cərimələnə bilərsiniz
Tərəvəzli noxud şorbası
Günün ulduz falı
Beyni gücləndirməyin yolları
Səhnəmizin ilk Gülçöhrəsinin anım günüdür
Formada qalmaq üçün 4 tövsiyə
Giləmeyvəli piroq (foto resept)
Bakı 2015-in biletlərinin qiymətləri
Sabah 38 dərəcəyə qədər isti olacaq
Uşaqlara şəkilli kitab oxuyun!
65 yaşlı qadın ana oldu
Baku Fires-dən möhtəşəm qələbə
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
HAVA necə olacaq?- 1 MART
Azərbaycan nota verdi
Dəbli saç aksesuarları
Güclü təsir edən dərmanların satışı ilə bağlı apteklərə məhdudiyyət qoyulubmu?
Məzun şəkilləri
Maraqlı və lazımlı məsləhətlər (1)
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
Badam yağı qaş və kirpik uzadırmı?
Qozlu şokoladlı bonbonlar (foto-resept)
Özümüzü necə motivasiya edək?
Acun Ilıcalı 9 milyon avroluq təyyarə aldı - FOTO
Qarağatlı tort
Övladlarımızı "yeniyetməlik sindromu"ndan necə qorumalı?
Dövlət büdcəsi təsdiqləndi
İpoteka şərtləri yumşalacaqmı?
Günün qoroskopu: Münaqişə etməyin!
Bu gündən hansı mağazalar işləyəcək?
Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA - VİDEO
140 bina nəzarətə götürülüb














