"Azərbaycanda narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin pərakəndə satışı ilə məşğul olması üçün Daxili İşlər Nazirliyi tərəfindən 2 aptekə, 3 topdansatış müəssisəsinə xüsusi icazə verilib".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Narkoloji Dispanserin direktoru Telman Məmmədhəsənov deyib.
Onun sözlərinə görə, Azərbaycanda narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrə daxil olan dərman vasitələrinin siyahısı hazırlanaraq dövlət başçısı tərəfindən təsdiqlənib.
Bu siyahının hazırlanması zərurətini izah edən T.Məmmədhəsənov bildirib ki, Cinayət Məcəlləsinin 240-cı maddəsində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu maddələrin siyahısı yox idi.
Bu səbəbdən həmin maddələrin siyahısının hazırlanaraq təsdiqləndiyini deyən T.Məmmədhəsənov qeyd edib ki, güclü təsir edən maddələr siyahısına 81 adda dərman vasitəsi daxil edilib. Həmin maddələrin satışına yalnız xüsusi icazə əsasında yol verilir:
"Xüsusi icazənin verilməsi 2005-ci ildə təsdiqlənən "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları" qaydası ilə tənzimlənir. Güclü təsir edən maddələrin satışı üçün xüsusi icazəni Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Daxili İşlər Nazirliyi verir.
Güclü təsir edən dərmanları satan apteklərin və topdansatış müəssisələrinin sayının az olmasının səbəbini açıqlayan T.Məmmədhəsənov əlavə edib ki, şəraiti olan müəssisələrə bu icazələrin verilməsi ilə bağlı hər hansı məhdudiyyət qoyulmayıb.
Onun sözlərinə görə, güclü təsir edən maddələrin pərakəndə satışı ilə məşğul olmaq istəyən müəssisələrin özləri bu məqsədlə müvafiq qurumlara müraciət etməlidirlər. Müəssisələr bu maddələrin saxlanılması qaydalarına tam riayət etdikdə onlara DİN tərəfindən xüsusi icazə verilir.
Mərkəz direktorunun sözlərinə görə, xüsusi icazə müddətsiz verilir:
"Hansısa müəssisə güclü təsir edən maddələrin satışı ilə məşğul olmaq istəyirsə, o, özü müraciət edir və həmin müraciətə baxılır. Uyğun olanlara SN tərəfindən rəy verilir, DİN də bunun əsasında onları xüsusi icazə ilə təmin edir. Bu icazə hüquqi və ya fiziki şəxslərə birdəfəlik verilir. Onlar da həmin qaydalara uyğun olaraq, ya topdan, ya da pərakəndə satış üzrə öz fəaliyyətlərini qururlar".
T.Məmmədhəsənov əlavə edib ki, güclü təsir edən maddələr əsasən, nevrologiyada, ümumiyyətlə isə ağrı sindromu müşahidə edilən bütün ağır xəstəliklərdə, o cümlədən cərrahiyyə əməliyyatlarından sonrakı ağrıların sakitləşməsində, onkoloji xəstəliklərdə istifadə olunur.
Milli.Az
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO